Найти в Дзене
Ceyhun Əliyevin 60 illik yubileyi münasibətilə səmimi təbrik Bu gün əziz dostumuz, Respublika “Qarabağ Qaziləri” Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyevin doğum günüdür. Bu əlamətdar tarix onun 60 illik yubileyi ilə üst-üstə düşərək mənəvi dəyəri daha da artırır. Bu gözəl gündə Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin sədri, idarə heyəti və bütün üzvləri adından Ceyhun Əliyevi doğum günü və 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Altmış yaş — həyatın müdriklik, zəngin təcrübə və dərin həyat dərsləri ilə dolu bir mərhələsidir. Bu yaşda qazanılan hörmət və etibar insanın keçdiyi şərəfli yolun göstəricisidir. Ceyhun Əliyev uzun illər ərzində qazilərə göstərdiyi diqqət və qayğı, vətənpərvər mövqeyi, prinsipiallığı və insanlara olan səmimi münasibəti ilə hər zaman seçilib. Onun fəaliyyəti birlik üzvləri üçün nümunə olmaqla yanaşı, cəmiyyətimizdə də yüksək qiymətləndirilir. Yubiley münasibətilə Ceyhun Əliyevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bol sevinc dolu günlər arzulayırıq. Hər yeni gününün uğurla keçməsini, ailəsinə firavanlıq, dostlarına sevinc gətirməsini diləyirik. Onunla dostluq və çiyin-çiyinə fəaliyyət göstərmək bizim üçün böyük dəyərdir və bu səmimi münasibətlərin uzun illər davam etməsini arzu edirik. Ceyhun Əliyevin yeni yaşı və 60 illik yubileyi mübarək olsun!
4 месяца назад
Tibb elmləri doktoru Yasmin Rüstəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib Azərbaycan kardiologiya elmi üçün əlamətdar hadisə baş verib. Tanınmış kardioloq, tibb elmləri doktoru Yasmin Kamran qızı Rüstəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri seçilib. Qərar Cəmiyyətin növbəti qurultayı və Milli Kardiologiya Konqresi çərçivəsində keçirilən seçkilər zamanı qəbul olunub. Yasmin Rüstəmovanın AKC-yə sədr seçilməsi ölkədə kardiologiya sahəsinin inkişafına, elmi-tibbi əməkdaşlıqların genişlənməsinə və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə kimi dəyərləndirilir. O, 2026–2027-ci illər üzrə Cəmiyyətə rəhbərlik edəcək. Tibb elmləri doktoru Yasmin Rüstəmova uzun illərdir ki, ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində fəaliyyət göstərir. O, Azərbaycan Tibb Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, praktik kardioloq kimi də tanınır. Alimin əsas elmi maraq dairəsinə ürək çatışmazlığı, müasir kardioloji görüntüləmə üsulları, xüsusilə kardiovaskulyar maqnit-rezonans tomoqrafiyası daxildir. Yasmin Rüstəmova beynəlxalq elmi ictimaiyyətdə də tanınan mütəxəssislərdəndir. O, Avropa və Amerika kardiologiya cəmiyyətlərinin üzvü, nüfuzlu beynəlxalq tibbi nəşrlərdə dərc olunmuş onlarla elmi məqalənin və bir sıra fundamental elmi əsərlərin müəllifidir. Müxtəlif beynəlxalq konqres və simpoziumlarda Azərbaycan kardiologiyasını layiqincə təmsil edib. Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyəti ölkədə ürək-damar xəstəlikləri ilə mübarizə, kardioloji xidmətin təkmilləşdirilməsi, həkimlərin davamlı təhsili və elmi araşdırmaların təşviqi istiqamətində mühüm rol oynayır. Yeni sədrin rəhbərliyi altında Cəmiyyətin fəaliyyətinin daha da güclənəcəyi, beynəlxalq əlaqələrin genişlənəcəyi və müasir kardioloji yanaşmaların ölkə üzrə tətbiqinin sürətlənəcəyi gözlənilir. Yasmin Rüstəmovanın AKC-nin sədri seçilməsi Azərbaycan səhiyyəsi və kardiologiya elmi üçün mühüm uğur kimi qiymətləndirilir. @ Patriot News.az
5 месяцев назад
"Səbail" yeni baş məşqçisini açıqladı Azərbaycan I Liqasında çıxış edən "Səbail" Futbol Klubu rəhbər heyətdə mühüm dəyişiklik edib. Komanda yeni baş məşqçi kimi tanınmış mütəxəssis Adil Şükürovla anlaşdığını rəsmən elan edib. Patriot News.az xəbər verir ki, tərəflər arasında 2026/2027-ci il mövsümünün sonuna qədər müddətli müqavilə imzalanıb. Bu qərar klubun yeni mövsüm üçün hədəflərini daha sistemli şəkildə reallaşdırmaq niyyətini göstərir. Adil Şükürov təcrübəli məşqçi kimi komandanın inkişafına töhfə verəcəyinə inandığını bildirib. Yeni baş məşqçi sabah komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə əvvəl isə “ASCO Arena”da media nümayəndələri üçün xüsusi brifinq təşkil olunacaq. Burada Şükürovun planları, komandanın hazırkı durumu və qarşıdakı mövsüm üçün məqsədlər barədə geniş məlumatların veriləcəyi gözlənilir. Qeyd edək ki, Adil Şükürov son olaraq Premyer Liqa təmsilçisi "Kəpəz" klubunu çalışdırıb və onun rəhbərliyi altında komanda bir sıra uğurlu çıxışlara imza atmışdı. “Səbail” rəhbərliyi də məhz bu təcrübənin komandanın nəticələrinə müsbət təsir göstərəcəyinə ümid edir. @Patriot News.az
5 месяцев назад
Kəpəz PFK Akademiyasında infrastruktur yenilənir — Ruslan Məmmədovun rəhbərliyi ilə əsas işlər mərhələli şəkildə tamamlanır Kəpəz PFK Akademiyasında infrastrukturun gücləndirilməsi istiqamətində nəzərdə tutulan işlər ardıcıl şəkildə həyata keçirilir. Akademiyanın İnfrastruktur rəhbəri Ruslan Məmmədovun bilavasitə nəzarəti və koordinasiyası ilə uşaq futbolçularının məşq etdiyi stadionda mövcud olan natamamlıq və texniki çatışmazlıqlar mərhələli formada aradan qaldırılır. İcra olunan işlər çərçivəsində artıq 215 kv/m ərazini əhatə edən setka işləri tam şəkildə yekunlaşdırılıb. Bu yenilənmə həm təhlükəsizliyin artırılmasına, həm də məşq prosesinin daha səmərəli təşkilinə imkan verib. Hazırda Akademiyanın stadionunda yeni sanitar qovşağının tikintisi aparılır. Qızlar və oğlanlar üçün ayrı olmaqla, daha funksional, rahat və standartlara uyğun şəkildə inşa olunan sanitar qovşağı uzun müddətdir ehtiyac duyulan vacib infrastrukturlardan biri idi. Növbəti mərhələdə Akademiya stadionunda işıqlandırma sisteminin qurulması planlaşdırılır. Bu yenilik məşqlərin daha geniş zaman intervalında, axşam saatlarında da davam etdirilməsinə şərait yaradacaq. İnfrastruktur rəhbəri Ruslan Məmmədov bildirib ki, görülən işlər Kəpəz PFK Akademiyasında uşaqların daha təhlükəsiz, komfortlu və peşəkar mühitdə inkişafını təmin etmək məqsədi daşıyır. Onun rəhbərliyi ilə infrastrukturun mərhələli yenilənməsi davam etdirilir və yaxın vaxtlarda daha bir neçə vacib layihənin icrası gözlənilir. Ceyhun Əliyev
5 месяцев назад
Qarabağ qaziləri Zəfər Gününün 5 illiyini qeyd ediblər 8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının kollektivi bu möhtəşəm tarixi Qələbənin 5 illiyini qeyd edib. Tədbir öncəsi filial üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir filialın ofisində davam etdirilib. Tədbiri filial sədrinin müavini Ceyhun Əliyev açıb. O, çıxışında 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, bu gün Azərbaycan xalqının, ordusunun və Ali Baş Komandanın birliyinin, əzminin və qüdrətinin rəmzidir. “Zəfər Günü bizim milli qürur, milli birliyimizin və dövlətçiliyimizin rəmzidir. Bu Qələbə tariximizin ən şanlı səhifələrindən biridir,” – deyə Ceyhun Əliyev vurğulayıb. Tədbirdə çıxış edən filialın sədri Eyvaz Hüseynov da qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyidir. Onun sözlərinə görə, bu Qələbə Azərbaycan dövlətinin gücünü, xalqın və ordunun birliyini dünyaya nümayiş etdirdi. Eyvaz Hüseynov vurğulayıb ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, qazilərimiz isə dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Tədbir zamanı digər iştirakçılar da çıxış edərək, Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətindən bəhs ediblər, qazilərə olan ehtiram və minnətdarlıq duyğularını ifadə ediblər. Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər. @Patriot News. az
6 месяцев назад
Если нравится — подпишитесь
Так вы не пропустите новые публикации этого канала