Найти в Дзене
Покупайте СтеллыИ дарите их за контент
2 дня назад
 • Вы подписаны

Qarabağ qaziləri “Arazbarı” muğam qrupunun konsertində iştirak ediblər Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri *Eyvaz Hüseynov* və idarə heyətinin üzvləri “Arazbari” muğam qrupunun konsertində iştirak ediblər. Konsertdə Azərbaycan milli musiqisinin zənginliyi, muğam sənətimizin dərin kökləri və xalqımızın qədim mədəni irsi nümayiş olunub. İfa olunan muğam nümunələri dinləyicilərə xoş anlar yaşadıb, milli musiqimizin mənəvi dəyərlərimizin qorunmasındakı əhəmiyyətini bir daha ön plana çıxarıb. *"Arazbari” muğam qrupunun bədii rəhbəri Sahil Quliyev, eləcə də qrupun solisti **Zəminə Mustafayeva** öz ifaları ilə konsertin yaddaqalan olmasına töhfə veriblər. Onların təqdim etdiyi musiqi nümunələri milli muğam sənətimizə olan marağın və sevginin ifadəsi kimi diqqət çəkib. Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının nümayəndələrinin konsertdə iştirakı milli musiqimizə, incəsənətimizə və mədəni irsimizə göstərilən ehtiramın nümunəsidir. Qeyd edək ki, muğam Azərbaycan xalqının milli-mənəvi sərvəti, tariximizin və mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu sənətin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması milli kimliyimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Milli musiqimizə dəstək, mədəni irsimizə ehtiram! *Mənbə: PatriotNews.com.az*

2 дня назад
 • Вы подписаны

Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub 14 oktyabr 2026-cı il tarixində Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialı sədrinin birinci müavini Ceyhun Əliyev YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn əsas vəzifələr, dövlətçilik prinsiplərinin qorunması, milli maraqların müdafiəsi və ölkənin gələcək inkişaf istiqamətləri barədə danışıb. Ceyhun Əliyev dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin cəmiyyətə çatdırılmasının, vətəndaşların üzərinə düşən vəzifələri dərk etməsinin və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd edib. O, həmçinin qazilərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının, dövlətçilik ənənələrinin yaşadılmasının və milli birliyin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi, eləcə də xalqımızın qazandığı tarixi nailiyyətlər barədə danışıb. Eyvaz Hüseynov Azərbaycan xalqının birliyi, milli həmrəyliyi və Vətənə bağlılığının ölkənin inkişafında mühüm rol oynadığını bildirib. O, şəhidlərin xatirəsinin daim uca tutulmasının, qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsinin, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Filial sədri qeyd edib ki, Qarabağ qaziləri Vətən uğrunda döyüşlərdə iştirak edərək ölkənin müdafiəsinə öz töhfələrini veriblər. Bu gün də onların əsas vəzifələrindən biri dövlətin inkişafına dəstək olmaq, cəmiyyətdə milli birlik və həmrəyliyin möhkəmləndirilməsində fəal iştirak etmək, dövlətçilik dəyərlərinin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir. Eyvaz Hüseynovun çıxışından sonra tədbirdə iştirak edən digər şəxslər də mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa dəstəyin, dövlətçilik prinsiplərinə sədaqətin, milli həmrəyliyin qorunmasının və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əhəmiyyəti vurğulanıb. Digər çıxış edənlər şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsinin, gənc nəslin Vətənə məhəbbət və dövlətə sədaqət ruhunda yetişdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin qazilərin cəmiyyət həyatında fəal iştirakının, onların təcrübə və vətənpərvərlik nümunəsinin gənclər üçün mühüm əhəmiyyət daşıdığı bildirilib. Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində vətəndaş həmrəyliyi, dövlətə sədaqət və milli maraqların qorunması mühüm əhəmiyyət daşıyır. Dövlətçilik ənənələrinin yaşadılması və Azərbaycanın gələcək inkişafına töhfə verilməsi hər bir vətəndaşın məsuliyyətidir. Sonda vurğulanıb ki, Qarabağ qaziləri hər zaman Azərbaycan dövlətinə, dövlətçilik prinsiplərinə və milli maraqlara sadiqdirlər. Onlar bundan sonra da ölkəmizin inkişafına, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, dövlətçilik dəyərlərinin qorunmasına öz töhfələrini verməyə davam edəcəklər. Mənbə: PatriotNews.com.az

5 дней назад
 • Вы подписаны

Чингиз Абдуллаев — гордость азербайджанской литературы и любимый писатель миллионов читателей Патриотизм, любовь к Родине и преданность литературе — в творчестве всемирно известного мастера детективного жанра В дождливый осенний выходной день особенно приятно взять в руки хорошую книгу и погрузиться в мир захватывающих историй. Именно с такими мыслями Мухаммад Али Балакишиев, металлург из Москвы, решил поделиться своими впечатлениями о творчестве выдающегося азербайджанского писателя, мастера детективного жанра Чингиза Абдуллаева. «Чингиз муаллим — один из моих самых любимых авторов. С гордостью могу сказать, что прочитал почти все его романы. В моей домашней библиотеке целую полку занимают произведения этого замечательного писателя», — отмечает автор. По словам Мухаммада Али Балакишиева, книги Чингиза Абдуллаева отличаются увлекательными сюжетами, интересной подачей материала и лёгкостью чтения. Закончив один роман, читатель невольно испытывает желание приступить к следующему. Азербайджан в произведениях писателя Особое внимание поклонник творчества писателя уделяет тому, что в своих произведениях Чингиз Абдуллаев неизменно обращается к теме родного Азербайджана. История и культура азербайджанского народа, красота природы, города, национальные традиции, обычаи, фольклор и народная мудрость находят отражение на страницах его книг. Через литературу писатель знакомит читателей с духовным наследием и национальными ценностями нашей страны. Именно в этом Мухаммад Али Балакишиев видит проявление глубокого патриотизма автора и его искренней любви к Родине. Произведения Чингиза Абдуллаева переведены на многие языки мира. Его творчество получило широкое признание, а имя писателя стало одним из символов современного азербайджанского детектива. «Чингиз муаллим — наша гордость!» — подчёркивает Мухаммад Али Балакишиев. Любимые произведения читателя Среди наиболее любимых романов автор выделяет «Искусство выживания», «Его подлинная страсть», «Доблесть великанов», «Суд неправых», «День Луны», «Оппоненты Европы», «Год обезьяны», «Смерть под аплодисментами» и другие произведения писателя. В завершение Мухаммад Али Балакишиев пожелал Чингизу Абдуллаеву крепкого здоровья, новых творческих достижений, вдохновения, успехов и покорения новых литературных вершин. «Дорогие и уважаемые друзья! Сегодня, в дождливый осенний выходной день, самое подходящее время, чтобы с удовольствием прочитать очередной детективный роман нашего Чингиз муаллима», — отмечает автор. PatriotNews.com.az

1 неделю назад
 • Вы подписаны

YAP Gəncə şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə və VIII Qurultayına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının ölkənin sürətli inkişafında, beynəlxalq nüfuzunun yüksəlməsində və müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdə mühüm rolundan danışıb. Bayram Aslanov bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan və Prezident İlham Əliyevin ətrafında sıx birləşən partiya üzvləri bundan sonra da qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının tarixi müasir Azərbaycan dövlətinin tarixinin ayrılmaz hissəsidir. Bu tarix mühüm Zəfərlərlə zəngindir və qarşıdakı illərdə də yeni uğurlarla davam etdiriləcək. Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışında Azərbaycanın öz gücünə, xalqın iradəsinə və dövlətçilik ənənələrinə arxalanaraq gələcəyə inamla addımladığını bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və hədəflərlə davam etdirilir. Deputat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının həyata keçirilən siyasi kursun ən mühüm nəticələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, qarşıdakı əsas vəzifələr əldə edilmiş Zəfərlərin qorunması, dövlətin gücünün daha da artırılması, iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxışında Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu qeyd edib. O bildirib ki, partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini, etimadını və inamını qazanmasıdır. Bunun əsas səbəblərindən biri isə YAP-ın söz və əməl birliyinə sadiqliyidir. 1 saylı Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru, Paralimpiya çempionu Ramil Qasımov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışının Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı mühüm siyasi baxışları özündə əks etdirdiyini vurğulayıb. Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi, VIII Qurultayın nümayəndəsi Türkan Əhmədova isə Yeni Azərbaycan Partiyasının tarixinin Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri və xalqın gələcəyə inamı ilə sıx bağlı olduğunu bildirib. O, ölkənin qazandığı uğurların qorunması və yeni nailiyyətlərin əldə olunması üçün milli həmrəyliyin, dövlətçilik düşüncəsinin və gələcəyə inamın bundan sonra da mühüm amillər olacağını qeyd edib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Mənbə: PatriotNews.com.az

1 неделю назад
 • Вы подписаны

Eyvaz Hüseynov – Ağdərədən ictimai fəaliyyətə uzanan döyüş yolu 06 oktyabr – Qarabağ müharibəsi qazisi “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədri Eyvaz Hüseynovun doğum günüdür. Qarabağ müharibəsinin ağır illərində xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşən, Füzuli və Ağdərə istiqamətlərində gedən qanlı döyüşlərin iştirakçısı olan Eyvaz Hüseynov keçdiyi döyüş yolu və sonrakı ictimai fəaliyyəti ilə Azərbaycan müharibə nəslinin nümayəndələrindən biridir. Səngərdən başlayan həyat yolu 1993-cü ildə hərbi xidmətə başlayan Eyvaz Hüseynov qısa müddət sonra Qarabağ cəbhəsinə göndərilib. Xüsusi təyinatlı qüvvələrin tərkibində Füzuli və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Onun döyüş yolu Çaylı, Talış, Gödəkburun, Marquşavan, Qlobus, Vişka və Tonaşen istiqamətlərində aparılan hərbi əməliyyatlarla bağlıdır. Həmin illər Azərbaycan Ordusunun ağır sınaqlardan keçdiyi, hər qarış torpaq uğrunda şiddətli döyüşlərin getdiyi bir dövr idi. Eyvaz Hüseynov da həmin döyüşlərin ən ağır məqamlarını yaşayan hərbçilərdən biri olub. Ağdərə döyüşü – həyatında silinməz iz 1994-cü il aprelin 20-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı Eyvaz Hüseynov ağır yaralanıb. Döyüş meydanında aldığı yara onun həyatında dərin iz buraxsa da, Vətənə xidmət əqidəsini dəyişməyib. Müharibədən sonra onun həyatında yeni bir mübarizə mərhələsi başlayıb – qazilərin, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının problemlərinin ictimaiyyətə çatdırılması. Beləliklə, onun həyatında döyüş meydanından başlayan xidmət sonralar ictimai fəaliyyətə çevrilib. Döyüşçüdən qazilərin müdafiəçisinə Hazırda “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədri olan Eyvaz Hüseynov qazilərin və şəhid ailələrinin yanında olmağa, onların problemlərinin diqqətdə saxlanılmasına və həlli istiqamətində müvafiq qurumlarla əlaqələrin qurulmasına çalışır. O, müxtəlif sosial və ictimai tədbirlərdə qaziləri təmsil edir, şəhid ailələri ilə görüşlərdə iştirak edir, şəhidlərin xatirəsinin daim yaşadılmasına və Qarabağ müharibəsi iştirakçılarının keçdiyi yolun gənc nəslə çatdırılmasına xüsusi önəm verir. Gəncə filialının fəaliyyəti çərçivəsində şəhidlərin anım mərasimlərinin keçirilməsi, qazilərin və şəhid ailələrinin ziyarət olunması, müxtəlif tədbirlərdə iştirak və onların problemlərinin gündəmə gətirilməsi istiqamətində işlər görülür. Onun fəaliyyətində əsas məqamlardan biri də müharibə veteranlarının həmrəyliyinin qorunması və qazilər hərəkatının ictimai mövqeyinin daha da gücləndirilməsidir. “Canlı əfsanə” Eyvaz Hüseynovun həyat yolu Qarabağ müharibəsinin bir dövrünün canlı yaddaşıdır. Füzuli və Ağdərə istiqamətlərində keçdiyi döyüşlər, 1994-cü ildə Ağdərədə ağır yaralanması və müharibədən sonrakı ictimai fəaliyyəti onun Vətən qarşısında xidmətinin əsas səhifələridir. Dünən səngərdə Vətənin müdafiəsində dayanan Eyvaz Hüseynov bu gün qazilərin və şəhid ailələrinin yanındadır. Məhz bu baxımdan onun adı döyüş yoldaşları və onu tanıyanlar arasında “canlı əfsanə” kimi xatırlanır. Onun keçdiyi yol bir daha göstərir ki, Vətənə xidmət yalnız döyüş meydanı ilə məhdudlaşmır. Səngərdə başlayan xidmət ömrün sonrakı illərində də başqa formada davam edə bilər. Eyvaz Hüseynovun döyüş yolu Qarabağ müharibəsinin yaddaşında, ictimai fəaliyyəti isə bu günün qazilər hərəkatında öz izini qoyur. 06 oktyabr – Eyvaz Hüseynovun doğum günü münasibətilə onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ictimai fəaliyyətində uğurlar arzulayırıq. Vətən qarşısında xidmətiniz daim uca olsun! Ceyhun Əliyev

1 неделю назад
 • Вы подписаны

Şəhid Nicat Qasımovun xatirəsi yad edildi – “Bu Zəfər şəhidlərimizin qanı bahasına qazanılıb” Gəncədə Vətən müharibəsi şəhidi Nicat Elşən oğlu Qasımovun anım mərasimi keçirilib. PatriotNews.com.az xəbər verir ki, Gəncə Şəhidlər Xiyabanında keçirilən mərasimdə Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov, sədr müavini Ceyhun Əliyev, İdarə Heyətinin üzvləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Çıxış edən Eyvaz Hüseynov Nicat Qasımovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb. Ceyhun Əliyev çıxışında Azərbaycanın tarixi Zəfərində şəhidlərin fədakarlığının, Azərbaycan Ordusunun rəşadətinin və xalqın birliyinin mühüm rol oynadığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyinin Qələbənin əldə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib. «“Nicat kimi qəhrəman oğullarımız Vətən uğrunda canlarını fəda etdilər. Bu Zəfərin hər qarışında şəhidlərimizin müqəddəs qanı var. Bizim borcumuz onların xatirəsini yaşatmaq və şəhid ailələrinin yanında olmaqdır”, – deyə Ceyhun Əliyev bildirib.» Mərasimdə digər çıxış edənlər də Nicat Qasımovun həyat və döyüş yolundan söz açıblar. Sonda şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri qoyulub və ehsan verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Fərman Əliyev

Покупайте СтеллыИ дарите их за контент