Найти в Дзене
Deputatşou
Bu bazar, yəni 2024- cü il sentyabrın 1 də Azərbaycanda növbəti deputat seçkiləri baş tutacaq. El dilində desək, artıq seçilmişlərin sadəcə hüquqi seçkisi keçiriləcək. Əslində xalqımız üçün yeni bir hadisə baş verməyəcək. Elə postsovet zamanı da belə idi, bu gün də belədi, sabah da, nə qədər səsimiz həbsdədir belə də gedəcək. Ən azından, heç olmasa bolşeviklər xalq kütləsindən kimlərisə də, deputat kürsüsünə oturdurdular. Digər dövrlərdə iqtidar, istər cəbhəçilər olsun istərsə də yapçılar “özünkülərinə” yol açiblar. Bu bazar da belə olacaq. Alver mənasında yox, həftənin son günü yəni. Mərc gələ bilərik...
1 год назад
Nənəmizin nağıllarından zəmanəmizin nağıllarına
Biri vardı biri yoxdu... Maariflənmənin ilk addımları. Beləcə şifahi xalq ədəbiyyatı nənələrin dilindən uşaq ikən, insanların şüuruna yol tapır, xeyirnən şərin daimi mücadiləsində sağlam ruhun hansı yönü tutmasın aşılayırdı. Belə bir deyim var “ nağıl yalandı, amma hər nağılda bir işarə var”. Məncə bu uşarə uşaqlıq dövrümüzün ilk mayakıdır, həyatın qəddar qayalarına çırpılmamaq üçün. Təəssüf ki bütün nağılların sonu olan kimi uşaqlığın da son baharı bizi haqlayır. Beləcə keçid alırıq nənəmnizin nağıllarından zəmanəmizin nağıllarına... Zəmanəmizin nağılları nənəmizin nağıllarına bənzəməz. Çünki bu nağıllarda qəhrəmanlar olmur...
1 год назад
Söz həbsxanası
“ Xəlqə agzın siirrini hərdəm qılır izhar söz, Ol nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.” Məhəmməd Füzuli Dünən 22 iyul Milli Mətbuat günü idi. Milli mətbut. Qəribə səslənir bu gün, razısınız. Sadəcə pafos və böyük bir heç. Necə düşünürsünüz, haqlıyammı. Bəs səbəb? Zatən “Sözün düzü” həyacan blokunu dostların dəstəyi ilə yaradanda əhd etdim, təhqirə yox, həqiqətə hə. Yoxlanılmamış dedi-qodu xarakterli məlumatlara yox, sözün düzünə hə. Mədhiyyə quyusunun dibinə düşmüş bədii tənqidin reabilitasiyası istiqamətində əlimizdən gələni əsirgəməmək...
1 год назад
Qəriblər məmləkəti – İKİNCİ HİSSƏ
Bəs nəyə görə qəriblər məmləkəti. Heç insan da öz məmləkətində qərib olar… Atalar sözü var “evli evdə yatar, qərib harda axşamlar?”. Baxın başa bəla qonşularımızın ucbatından, Ermənistandan və Azərbaycan torpaqlarının zəbt olunması dövründə dogma yurdundan didərgin düşmüş soydaşlarımızın əksəriyyəti paytaxta üz tutmuşdular. Illərlə evsiz eşiysiz qalmış dövlətin dəstəyi ilə müxtəlif yerlərdə məskunlaşmış, az hissəsi qohum əqrabaya pənah gətirmişlər. Bu tamam başqa bir haldır,müharibələrin acı həqiqətidir. İndi gəlin bu günə nəzər salaq, demək olar ki, əhalimizin əksər hissəsi Bakıdadır. Keflərindən yox, məcburiyyətdən...
1 год назад
Qəriblər məmləkəti - BİRİNCİ HİSSƏ
Heç özünüzü vətəninizdə qərib hiss etmisinizmi? Boya başa çatdığınız şəhərdə kənddə, fərq etməz məmləkətin hansı eli obası olursa olsun. Sanki ailə albomunuza baxırsınız, həmən tut ağacının altı, Kür qırağı qayalıqlar, arxa planda Xəzərin mavi suları,dağ şəlaləsinin önündəki əsrarəngiz mənzərədəki xatirə şəkillərimiz. Biz və arxa plandakı Vətənin ayrı ayrı parçaları. İndi bir anlığına albomu bağlayın və yenidən açın. Artıq bizlər nə ön planda varıq nə arxa, sadəcə qeyb olmuşuq qalıb yetimləşmiş vətəndən parçalar... Mənəviyyat – insanın əxlaqi keyfiyyəti. Hesab edilir ki, mənaviyyat ailə, cəmiyyət, maariflənmə, ideya-siyasi və vətənpərvərlik işi vasitəsilə əldə edilir...
1 год назад
Ön SÖZ
…sual çıxa bilər ortaya niyə məhz sözün düzü. Çünki zəmanəmizin elə anına gəlib çıxmışıq ki, yalan nəinki ayaq tutur, artıq at çapır. Yalan gündəlik həyatımızın addımbaşındadır. Hətta üzümüz də yalanla boyanıb. Qızarmaq yox, utanmaq yox. Üzlərdə simasız alaqlar cücərir. Beləcə simasızlaşırıq. Susqunluq, üzlərdən təbəssümün yox olması, mehribançılıqdan əsər əlamətin qalmaması, zamanına bu günkü notarial möhürdən dəyərli olan kişi sözünü qeybə çəkilməsi, daha nələr nələr. Dediklərimlə razı deyilmisiniz? Ona görə sözün düzü ki, bir çöp olsa da bu yalan bataqlığından qurtulmaq üçün qoy ilki olsun,...
1 год назад