Kiyev şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bilbordlar yerləşdirilib
4 года назад
🇺🇦Ukraynanın işğalla bağlı məlumatların yayılmasından qaytarılması mümkün olmayan itkiləri ayda 2-3 milyard dollar təşkil edir, Ukrayna prezidentinin aparat rəhbərinin müavini bildirir.
4 года назад
🇦🇿🇷🇺14 Rusiya şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün müraciət edib. Bunu Bakıda keçirilən Azərbaycan və Udmurtiya biznes forumu zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Səfərov qeyd edib ki, Rusiya bazarı ənənəvi olaraq Azərbaycan üçün vacibdir.
4 года назад
Təbriz şəhərində hərbi təlim təyyarəsi yaşayış məntəqəsi üzərində qəzaya uğrayıb.
4 года назад
🇷🇺Penza vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edildi.
4 года назад
Donetskin Kiyevskiy rayonunda Ukrayna ordusu tərəfindən vurulan məktəb.
4 года назад
Donetsk televiziyası Ukrayna ordusunun zərbələri nəticəsində 2 məktəbin vurulduğunu açıqladı.Əhali arasında xəsarət alan və itki olmadığı bildirilir. Bunlar Donetskdəki 105 və 56 saylı məktəblərdir.
4 года назад
Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Avronest-in İrəvanda keçiriləcək iclasında iştirak edəcək. Tədbir 21-22 fevral tarixlərində baş tutacaq.
4 года назад
🇦🇿Qarabağdaki qondarma rejim: “Azərbaycan Prokurorluğunun Artsax Respublikası Prezidentinin məsuliyyətə cəlb edilməsi ilə bağlı bəyanatından sonra cəmiyyətdə yaranmış narahatlığı nəzərə alaraq, əmin edirik ki, xidmət hər iki dövlət məmurunun təhlükəsizliyini təmin etməyə qadirdir. Respublika Prezidenti və Artsaxın bütün vətəndaşları, həmçinin Artsaxa səfər edən qonaqlar üçün əlavə tədbirlər görə bilərik.”
4 года назад
Rusiyaya təxliyyə olunan Donbass sakinlərində COVID-19 testinin nəticəsi müsbət çıxan şəxslər var. Onların sayı 20-yə yaxındır. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Çupriyan məlumat verib.
4 года назад
Donetsk milis idarəsinin açıqlaması: Ötən gecə və bu gün səhər saatlarında Ukraynanın təcavüzü nəticəsində Donetsk Xalq Dəstəsinin bir hərbçisi həlak olub, digəri ağır yaralanıb, ikisi isə mərmi zərbələri alıb.
4 года назад
Luqanskın Znamenka və Prişib kəndləri atəşə tutulub. Yaralı mülki vətəndaşlar var. Səhər saatlarında Donetskdə, Trudovski rayonunda atışma zamanı kömür mədənində çalışan 1 mədənçi həlak olub. Bu barədə Donetsk radiosu saat 10:00-da xəbər verib.