İMAM MEHDİNİN ZÜHURU VƏ AZƏR XALQININ YAXINLAŞAN QURTULUŞ İNQİLABI HAQQINDA (İSLAM HƏDİSLƏRİ ƏSASINDA)
Azərbaycan Cümhuriyyətində baş verəcək inqilab haqqında islamın ilk şiə imamlarının kəhanətləri vardır. Məsələ ondadır ki, Məhəmməd Peyğəmbərin (s.a.s.) güclü görücülük qabiliyyəti onun nəslindən olmuş ilk 12 şiə imamlara da keçmişdi. İlk 12 şiə imamlar arasında şiə ənənəsinə uyğun olaraq “cəfr” adlanan məxfi ezoterik bilgilər imamdan imama ötürülmüşdür. Bu ilk 12 şiə imamalar arasında 5-ci İmam Məhəmməd əl-Baqirin (ə) və 6-cı İmam Cəfər as-Sadiqin (ə) Azərbaycana aid kəhanətləri bizim üçün daha önəmlidir, çünki onlar bizim indi yaşadığımız Qiyamət ərəfəsi dövründə həm Quzey, həm də Güney Azərbaycanda Azər millətimiz üçün baş verəcək həyati önəmli hadisələr haqqında bəhs ermişlər...