“Milis oyuna girir” – “Pussy Riot” niyə dünya çempionatının finalında meydana girdi
Pank qrup “Pussy Riot” futbol üzrə dünya çempionatının final oyununu “Milis oyuna girir” aksiyası ilə bölüb. Dünən “Lujniki” stadionunda keçirilən Fransa və Xorvatiya milli komandaları arasındakı oyunun ikinci hissəsinin əvvəlində polis geyimli 4 nəfər meydana girib. Onlar dərhal meydandan uzaqlaşdırılıblar. “Pussy Riot” hadisədən dərhal sonra facebook-da paylaşım edərək aksiyanın məzmununu izah ediblər. Aksiya Dmitri Priqovun ölümünün 11 illiyi ilə bağlı olduğu açıqlanıb. Dmitri Priqov rus mədəniyyətində milis obrazını yaradıb...