Найти в Дзене
4 подписчика

Qarabağ qaziləri “Arazbarı” muğam qrupunun konsertində iştirak ediblər


Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri *Eyvaz Hüseynov* və idarə heyətinin üzvləri “Arazbari” muğam qrupunun konsertində iştirak ediblər.

Konsertdə Azərbaycan milli musiqisinin zənginliyi, muğam sənətimizin dərin kökləri və xalqımızın qədim mədəni irsi nümayiş olunub. İfa olunan muğam nümunələri dinləyicilərə xoş anlar yaşadıb, milli musiqimizin mənəvi dəyərlərimizin qorunmasındakı əhəmiyyətini bir daha ön plana çıxarıb.

*"Arazbari” muğam qrupunun bədii rəhbəri Sahil Quliyev, eləcə də qrupun solisti **Zəminə Mustafayeva** öz ifaları ilə konsertin yaddaqalan olmasına töhfə veriblər. Onların təqdim etdiyi musiqi nümunələri milli muğam sənətimizə olan marağın və sevginin ifadəsi kimi diqqət çəkib.

Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının nümayəndələrinin konsertdə iştirakı milli musiqimizə, incəsənətimizə və mədəni irsimizə göstərilən ehtiramın nümunəsidir.

Qeyd edək ki, muğam Azərbaycan xalqının milli-mənəvi sərvəti, tariximizin və mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu sənətin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması milli kimliyimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli musiqimizə dəstək, mədəni irsimizə ehtiram!

*Mənbə: PatriotNews.com.az*
1 минута