132 подписчика
Kəpəz PFK Akademiyasında infrastruktur yenilənir — Ruslan Məmmədovun rəhbərliyi ilə əsas işlər mərhələli şəkildə tamamlanır
Kəpəz PFK Akademiyasında infrastrukturun gücləndirilməsi istiqamətində nəzərdə tutulan işlər ardıcıl şəkildə həyata keçirilir. Akademiyanın İnfrastruktur rəhbəri Ruslan Məmmədovun bilavasitə nəzarəti və koordinasiyası ilə uşaq futbolçularının məşq etdiyi stadionda mövcud olan natamamlıq və texniki çatışmazlıqlar mərhələli formada aradan qaldırılır.
İcra olunan işlər çərçivəsində artıq 215 kv/m ərazini əhatə edən setka işləri tam şəkildə yekunlaşdırılıb. Bu yenilənmə həm təhlükəsizliyin artırılmasına, həm də məşq prosesinin daha səmərəli təşkilinə imkan verib.
Hazırda Akademiyanın stadionunda yeni sanitar qovşağının tikintisi aparılır. Qızlar və oğlanlar üçün ayrı olmaqla, daha funksional, rahat və standartlara uyğun şəkildə inşa olunan sanitar qovşağı uzun müddətdir ehtiyac duyulan vacib infrastrukturlardan biri idi.
Növbəti mərhələdə Akademiya stadionunda işıqlandırma sisteminin qurulması planlaşdırılır. Bu yenilik məşqlərin daha geniş zaman intervalında, axşam saatlarında da davam etdirilməsinə şərait yaradacaq.
İnfrastruktur rəhbəri Ruslan Məmmədov bildirib ki, görülən işlər Kəpəz PFK Akademiyasında uşaqların daha təhlükəsiz, komfortlu və peşəkar mühitdə inkişafını təmin etmək məqsədi daşıyır. Onun rəhbərliyi ilə infrastrukturun mərhələli yenilənməsi davam etdirilir və yaxın vaxtlarda daha bir neçə vacib layihənin icrası gözlənilir.
Ceyhun Əliyev
1 минута
30 ноября 2025