Найти в Дзене
132 подписчика

Qarabağ qaziləri Zəfər Gününün 5 illiyini qeyd ediblər


8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının kollektivi bu möhtəşəm tarixi Qələbənin 5 illiyini qeyd edib.

Tədbir öncəsi filial üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir filialın ofisində davam etdirilib. Tədbiri filial sədrinin müavini Ceyhun Əliyev açıb. O, çıxışında 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, bu gün Azərbaycan xalqının, ordusunun və Ali Baş Komandanın birliyinin, əzminin və qüdrətinin rəmzidir.
“Zəfər Günü bizim milli qürur, milli birliyimizin və dövlətçiliyimizin rəmzidir. Bu Qələbə tariximizin ən şanlı səhifələrindən biridir,” – deyə Ceyhun Əliyev vurğulayıb.

Tədbirdə çıxış edən filialın sədri Eyvaz Hüseynov da qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyidir. Onun sözlərinə görə, bu Qələbə Azərbaycan dövlətinin gücünü, xalqın və ordunun birliyini dünyaya nümayiş etdirdi. Eyvaz Hüseynov vurğulayıb ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, qazilərimiz isə dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

Tədbir zamanı digər iştirakçılar da çıxış edərək, Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətindən bəhs ediblər, qazilərə olan ehtiram və minnətdarlıq duyğularını ifadə ediblər.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

@Patriot News. az
1 минута