Найти в Дзене
132 подписчика

Gəncədə Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib


Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə şəhərin Heydər Əliyev adına meydanında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbçilər, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tanınmış aparıcı Vüsalə Əlizadənin aparıcılığı ilə keçirilən konsertdə o, Zəfərə aparan şanlı tarixə nəzər salaraq bildirib ki, 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan və xalqımızın “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən Vətən müharibəsində qazanılan Qələbə, Azərbaycan xalqının qürur, birlik və yenilməzlik rəmzinə çevrildi. Rəşadətli Ordumuz 44 gün ərzində 30 illik həsrətə son qoydu, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında dalğalandı.

Konsert proqramında Əməkdar artist Lalə Məmmədova, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, tanınmış müğənnilər İlkin Dövlətov, Çingiz Mustafayev, Leyla Rəhimova, eləcə də solistlər Samirə Hacıyeva, Vasif Bayramov və Hüseyn Abbasov çıxış ediblər.

“Xəmsə” Uşaq Rəqs Ansamblının və Fikrət Əmirov adına “Göygöl” Rəqs Ansamblının rəngarəng çıxışları isə tədbirə xüsusi ovqat qatıb.

Konsertin sonunda yeddi dəqiqəlik möhtəşəm atəşfəşanlıq Gəncə səmasını işıqlandırıb və tədbir alqışlarla başa çatıb.
📸 @PatriotNews.az
1 минута