Найти в Дзене
132 подписчика

Gəncədə tanınmış məşqçi İlqar Alıyevin 60 illiyi qeyd olunub


Gəncədə Kinqboksinq Federasiyasının Qərb bölgəsi üzrə rəhbəri, əməkdar məşqçi İlqar Alıyevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, şəhərin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, idmançılar və dostları iştirak ediblər.

Yubiley mərasimində çıxış edənlər İlqar Alıyevin Azərbaycan idmanına, xüsusilə gənclərin sağlam ruhda böyüməsinə və kinqboksinqin inkişafına verdiyi böyük töhfələrdən söz açıblar. Onun tələbələrinin beynəlxalq və respublika miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər xüsusi vurğulanıb.

Tədbir zamanı hamı yubilyarı ürəkdən təbrik edib, ona uzun ömür, yeni uğurlar və tələbələri ilə birlikdə daha böyük qələbələr arzulayıblar.

Sonda İlqar Alıyev göstərilən diqqət və qayğıya görə iştirakçılara minnətdarlığını bildirib və xatirə şəkli çəkdirilib.

Ceyhun Əliyev
Около минуты