21 yanvar, 2025, Balaxanı (Unsuqul, Dağıstan) və Bakı (Azərbaycan) ⚡️‼️⚡️ Dağıstanın qədim Balaxanı kəndinin sakinləri Dərbənd və Quba xanlarının sonuncusu - Şeyx Əli xan (Şeyxəli xan) haqqında bəzi unikal məlumatları və fotoları bizlərlə paylaşıb. Bildiyiniz kimi, Şeyx Əli xan ömrünün son illərini Balaxanı kəndində keçirib və 1822-ci ildə burada vəfat edib. Onun dəfn olunduğu yer təəssüf ki, dəqiq bilinmir, yalnız təqribi bir sahə məlumdur. Buna baxmayaraq, kənddə onunla bağlı xeyli tarixi məkan və simvolik yerlər var. ⚡️🔥⚡️ Balaxanıda "Поляна Ших-Али-Хана" adlanan bir ərazi, sahə var. Bu məkan Şeyx Əli xanın adını daşıyır və onunla bağlı xatirələrin yaşadığı bir ərazidir. Son illərdə bu ərazidən yol çəkilsə də, bir vaxtlar geniş olan sahənin yalnız bir hissəsi qalıb. ⚡️🔥⚡️ Kənddə Şeyx Əli xanın adını daşıyan - "Тутовое дерево (Тутовник) Ших-Али-хана" adlanan qədim bir tut ağacı da mövcuddur. Bu ağac bu günə qədər məhsul verir və sakinlər üçün dərin mənəvi əhəmiyyət daşıyır. Əvvəllə