🏛👑 Dərbənddə ən maraqlı və zəngin ornamentli saray kompleksi Şərqi Qafqazın ən güclü feodal hökmdarı Fəth Əli xan tərəfindən 1768-ci ildə tikilmiş - "Narın-Qala"da yerləşən Xan Sarayıdır. Xan, Dərbənd qalası "Narın-Qala"nın içərisində oyma daşla zəngin şəkildə bəzədilmiş Xan Sarayı, yardımçı tikililər, inzibati-bürokratik aparatlar, əsgərlər və ruhanilər üçün yerlərin olduğu saray kompleksini inşa etdirmişdi. Xan sarayı iki hissədən ibarət idi, şərq fasadı şəhərə baxırdı və bu fasadın divarları qalaya birləşmişdi. 📜✍🏻 Xan sarayının daxili və xarici təsvirini P.G. Butkov tərəfindən belə verilmişdir: “Narın-Qalada, iki mərtəbəli, bütün şəhəri əhatə edə bilən bir hündürlükdə yerləşən və yabanı daşdan tikilmiş Xan evində idim. Xan və onun bacısının yaşadığı otaqlar Qış sarayında olduğu kimi dördbucaq şəklindədir. Sarayın mərkəzində səkkizguşəli hovuz var. Şəhərə baxan hissədə bütün evin üstündə qala divarlarının davamı olan qalereya hazırlanır; sağda, solda və qalereya ilə üzbəüzdə a