1907-ci ildə görkəmli rus arxeoloqu və etnoloqu, rəssamı və muzeyşünası Miller Aleksandroviç Quba qəzasında səfərdə olub və araşdırmalarda iştirak edib. Onun topladığı və çəkdiyi fotoları sizlərə təqdim edirik, həmçinin bəzi annotasiyaları da aşağıda "sitat" kimi oxuya bilərsiniz. Qubada yerləşən Cümə məscidinin fotosu. Fotoda məscidin önündə olan meydan bazarıda gözə dəyir. Sağda biz əlavə tikili kimi minarəni də görürük. Aleksandroviç dağ yəhudilərinə məxsus qədim hamamın fotosunu paylaşır, həm də qeyd edir ki, bu baxımsız vəziyyətdədir. Qubada ümumilikdə 12 sinaqoq var idi. Dağ yəhudiləri arasında qadınlar praktiki olaraq dini həyatda iştirak etmirdilər: yəni sinaqoqda iştirak etmirdilər. Yəhudilər ilk olaraq gigiyena və təmizlik qaydalarını öz qanunlarında təsbit etmişlər. Dəstəmaz alma mərasimi yəhudi dini tərəfindən Allahın adından yaradılmış və Musaya dəstəmaz almaq üçün mis qab düzəltməyi əmr etmişdir ki, Harun və oğulları əllərini və ayaqlarını oradan yusunlar (məbədin girişin