Bəs nəyə görə qəriblər məmləkəti. Heç insan da öz məmləkətində qərib olar… Atalar sözü var “evli evdə yatar, qərib harda axşamlar?”. Baxın başa bəla qonşularımızın ucbatından, Ermənistandan və Azərbaycan torpaqlarının zəbt olunması dövründə dogma yurdundan didərgin düşmüş soydaşlarımızın əksəriyyəti paytaxta üz tutmuşdular. Illərlə evsiz eşiysiz qalmış dövlətin dəstəyi ilə müxtəlif yerlərdə məskunlaşmış, az hissəsi qohum əqrabaya pənah gətirmişlər. Bu tamam başqa bir haldır,müharibələrin acı həqiqətidir. İndi gəlin bu günə nəzər salaq, demək olar ki, əhalimizin əksər hissəsi Bakıdadır. Keflərindən yox, məcburiyyətdən. Müharibə acısından yox, əlacsızlıqdan, regionlarda hökm sürən işsizlikdən. Təhsillənməyə yox, qarın doyurmağa… Gəlin birgə bir reyd edək. Taksi xidmətindən istifadə edək. Neçə sürücü bizi Bakıdakı ünvanlardan birinə naviqatorsuz aparacaq. Yaşıdlarımın yadında olar, o vaxtki taksi sürücüləri şəhəri beş barmaqları kimi tanıyırdılar. İndikilərin 80% sanki Nyu Yorkda zaddadı