Найти в Дзене
Sözün düzü

Qəriblər məmləkəti - BİRİNCİ HİSSƏ

Heç özünüzü vətəninizdə qərib hiss etmisinizmi? Boya başa çatdığınız şəhərdə kənddə, fərq etməz məmləkətin hansı eli obası olursa olsun. Sanki ailə albomunuza baxırsınız, həmən tut ağacının altı, Kür qırağı qayalıqlar, arxa planda Xəzərin mavi suları,dağ şəlaləsinin önündəki əsrarəngiz mənzərədəki xatirə şəkillərimiz. Biz və arxa plandakı Vətənin ayrı ayrı parçaları. İndi bir anlığına albomu bağlayın və yenidən açın. Artıq bizlər nə ön planda varıq nə arxa, sadəcə qeyb olmuşuq qalıb yetimləşmiş vətəndən parçalar... Mənəviyyat – insanın əxlaqi keyfiyyəti. Hesab edilir ki, mənaviyyat ailə, cəmiyyət, maariflənmə, ideya-siyasi və vətənpərvərlik işi vasitəsilə əldə edilir. İnternet məkanına baş vursaz vikepediyada belə bəsit məlumatla rastlaşa bilərsiniz. Ali məhvumun sadə deyimi. Bax beləcə yüksəlmək əvəzinə kiçilirik, bununla da mənəvi səfillərə çevrilirik. Halbuki bu gün susmağı üstün tutan ziyalılarımızdan fərqli olaraq, bu gün həyatda olmayan amma yaralı canı ilə həyəcan təbilini şeirl

Heç özünüzü vətəninizdə qərib hiss etmisinizmi? Boya başa çatdığınız şəhərdə kənddə, fərq etməz məmləkətin hansı eli obası olursa olsun. Sanki ailə albomunuza baxırsınız, həmən tut ağacının altı, Kür qırağı qayalıqlar, arxa planda Xəzərin mavi suları,dağ şəlaləsinin önündəki əsrarəngiz mənzərədəki xatirə şəkillərimiz. Biz və arxa plandakı Vətənin ayrı ayrı parçaları. İndi bir anlığına albomu bağlayın və yenidən açın. Artıq bizlər nə ön planda varıq nə arxa, sadəcə qeyb olmuşuq qalıb yetimləşmiş vətəndən parçalar...

Mənəviyyat – insanın əxlaqi keyfiyyəti. Hesab edilir ki, mənaviyyat ailə, cəmiyyət, maariflənmə, ideya-siyasi və vətənpərvərlik işi vasitəsilə əldə edilir. İnternet məkanına baş vursaz vikepediyada belə bəsit məlumatla rastlaşa bilərsiniz. Ali məhvumun sadə deyimi. Bax beləcə yüksəlmək əvəzinə kiçilirik, bununla da mənəvi səfillərə çevrilirik. Halbuki bu gün susmağı üstün tutan ziyalılarımızdan fərqli olaraq, bu gün həyatda olmayan amma yaralı canı ilə həyəcan təbilini şeirləri vasitəsilə xalqına çatdıran əsl xalqın şairi, zəmanəmizin bəalasın qabartmışdı

Gedir yal davası, sümük davası

Gedir vurhavurla çəpik davası

Gedir milyonçunun qəpik davası

Çürük fikirlərin çürük davası

Dünys düzəlmir ki, düzəlmir baba

Qəribədir Vətənimiz əsrlərlə imperiya qüvvələrinin əsarəti altında olmağına ramən hər devirdə haqq sözün deyən ziyalılarımız əskik olmayıb. Canları və qanları bahasına olsa belə susmayıblar. Allahın verdiyi, mariflənərək qazandıqları savadlarını və istedadlarını xalqdan əsirgəməyiblər. Sözün dəyərini dərk edərək vicdan borcları ilə tarixin səhifələrini rəzalətdən qurtarmaq mücadiləsi veriblər.

Nə bayrağımız vardı, nə himnimiz nə də qerbimiz, amma sözün düzün deyən ziyalılarımız var idi. Və məhz ziyalılarimizı sözlərindən ilham alan millətimiz imperiya burulğanından çıxmaq yolunu buldu. Mariflənmək yolun seçərək, mənəviyyatlarına söykənərək mücadilə verdilər. Min bir əzabdan sonra nəhayət müstəqilliyimizi qazandıq. Deyəcəysiz ki bəs qəribə olan nədir... Qəribəsi odur ki müstəqil Azərbaycanımızda ziyalı sözü sanki axirət dünyasına köçüb. Sözün düzü qeybə çəkilib və təbii ki, zəhərli göbələk kimi artan tiktokerlər daha nələr sosial şəbəkələrdə at oynatmağa başlayıblar. Mənəvi dünyamızı mamır basıb. Televiziya milli çamşırxanaya dönüb, xalqın evinin çirkabını yaxalamaqla məşguldurlar. Bəraət qazanmaq üçün reklamı bəhənə gətirirlər.

Başqa yolla teleməkan fəaliuyyətin dayandıra bilər. Oldu qardaş dayandırın bu rəzaləti, tutuquşu kimi dünya telekanallarının zir zibilini daşımayın məmləkətə. Rusiya, ABŞ ən nəhayəti qardaş Türkiyənin əhaləsinin sayına baxın. Biz cəmi 10 milyonuq. Araşdırsan qohum əqrabalarımız hər el obada var. Niyə axı ayrı ayrı insanların həyatının sandığını açıb tökürsüz para naminə. Başların aldadıb özəl həyatlarını məhzəkəyə qoyursunuz. Allah sənə rəhmət eləsin Mirzə Cəlil Azərbaycan telekanalları Danaqbaş kəndinin canlı yayımina çevriliblər. Hələ bu günlərdə hansısa saytda oxumuşam bu üzdəniraq və bayağı verlişlərin “qəhrəmanlarından” biri Elqizdi kimdi toy şənliklərinin aparılması üçün 10000 manat pul istəyirmiş. Bəxtəvər başımıza. Yəni doğurdan da bu günə qalmışıq. Yoxsa lal qalan söz ustadlarımız karlaşıblar ki, duymaq istəmədiklərimiz şıdırğı rəqs edir məmləkətimizdə.

Ölüm adiləşir...kallaşır insan,

Onsuz da”ah”-“vayı”, ölü eşitmir.

Kallaşa-kallaşa karlaşır insan

İçin səsini çölü eşitmir...

Siz susun istedadınızı şeytana satanlar, biriniz deputat, birinizin övladları prokuror, rəis yaxud digər yüksək vəzifəli məmur olanlar. Susun ki çirkli pulların axını dayanmasın. Amma dilinizə Sabirin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Mirzə Cəlilin, Əhməd Cavadın, Məmməd Arazın Haqq carçılarının adın gətirməyin. Ruhlarını bu məımləkətdən uzaqlaşdırmayın. Siz susun ki, biz danışaq sıradan bir, kreslosuz Allah bəndələri. Danışaq ki, sözün düzü ölməsin...

ARDI VAR

Həmsöhbətiniz Aqşin Hidayətoğlu