“ Xəlqə agzın siirrini hərdəm qılır izhar söz, Ol nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.” Məhəmməd Füzuli Dünən 22 iyul Milli Mətbuat günü idi. Milli mətbut. Qəribə səslənir bu gün, razısınız. Sadəcə pafos və böyük bir heç. Necə düşünürsünüz, haqlıyammı. Bəs səbəb? Zatən “Sözün düzü” həyacan blokunu dostların dəstəyi ilə yaradanda əhd etdim, təhqirə yox, həqiqətə hə. Yoxlanılmamış dedi-qodu xarakterli məlumatlara yox, sözün düzünə hə. Mədhiyyə quyusunun dibinə düşmüş bədii tənqidin reabilitasiyası istiqamətində əlimizdən gələni əsirgəməmək.Ruh azadlığı uğrunda mücadilə aparmaq, amma öncə dönək Milli mətbuatımızın tarixinə, tarixdə qalan tarixinə… 1875- ci il iyulun 22-də Azərbaycanın tanınmış zuyalısı, maarifçi – publicist Həsən bəy Zərdabi Azərbaycanın ana dilində çıxan ilk mətbu orqanın “Əkinçi” qəzetinin işıq üzünü görməsinə əməyin vermişdi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axu