Найти в Дзене
Sözün düzü

Ön SÖZ

…sual çıxa bilər ortaya niyə məhz sözün düzü. Çünki zəmanəmizin elə anına gəlib çıxmışıq ki, yalan nəinki ayaq tutur, artıq at çapır. Yalan gündəlik həyatımızın addımbaşındadır. Hətta üzümüz də yalanla boyanıb. Qızarmaq yox, utanmaq yox. Üzlərdə simasız alaqlar cücərir. Beləcə simasızlaşırıq. Susqunluq, üzlərdən təbəssümün yox olması, mehribançılıqdan əsər əlamətin qalmaması, zamanına bu günkü notarial möhürdən dəyərli olan kişi sözünü qeybə çəkilməsi, daha nələr nələr. Dediklərimlə razı deyilmisiniz? Ona görə sözün düzü ki, bir çöp olsa da bu yalan bataqlığından qurtulmaq üçün qoy ilki olsun, amma ümid edirəm ki, çünki sonuncu ölən məhz ümiddir ki, bizlər hər birimiz bir çöp olaraq bərə yaradıb bu yalan bataqlığından qurtulub bu keçici xəstəliyin gələcək nəsillərin zəhərlənməsinin qarşısın alaq. Bilirəm düşünürsüz ki, bu bir xülyadır, mənası olmayan çabadır, bu sizlərsiz məni tanımayanlar, yox yox əsla yadlaşmıram sizinlə, elə məni illərlə tanıyanlar da bunu utopiya kimi qiymətləndirdilər.Bir iki hörmət bəslədiyim qələm sahiblərində savayı və təbii ki, qanımdan canımdan olanlar dəstək oldular bax belə yeddi samuray yola düzəldik. Sözün düzünə doğru. Allah yolumuzu açıq eyləsin!