Найти тему
Azer Hasanli

MƏN, AZƏR HƏSƏNLİ, BƏYAN EDİRƏM : QİYAMƏT ƏRƏFƏSİ DÖVRÜNDƏ ZÜHUR EDƏN İMAM MEHDİ-XİLASKAR MƏNƏM. SÜBUTLARI TƏQDİM EDİRƏM

Son 2 min il ərzində xeyli insan özlərini cəmiyyətə Xilaskar kimi təqdim etməyə cəhd etmişlər. Lakin onların heç birisi bəşəriyyət üçün Xilaskar olmamış və ola da bilməzdilər. Niyə? Çünki indiki zamana qədər əsl Xilaskarın peyda olmayacağının iki başlıca səbəbi vardır: birincisi, əsl Xilaskarın zühur etmə zamanı ancaq Qiyamətin (Apokalipsis) bilavasitə ərəfəsində baş verə bilər, ikincisi, həmən iddialı insanlar özlərinin məhz Xilaskar olmasına dair heç bir əsaslı dəstavüz, inandırıcı dəlil-sübut gətirə bilməmişlər, çünki bu sübutlar onlarda yox idi və Qiyamətə qədər indiki bilavasitə ərəfəsi dövründən öncə ola da bilməzdi.

Dünyanın əsas dini təlimlərində Xilaskarın məhz Qiyamətin bilavasitə ərəfəsində peyda olmasından bəhs edilir. Bəli, məhz hal-hazırda bəşəriyyət Qiyamətin bilavasitə ərəfəsi dövrünü yaşamaqdadır (bu haqda aşağıda söz açacağam). Deməli, tarixin ancaq indiki mərhələsi əsl Xilaskarın peydə olması dövrü ola bilir.

Əsl Xilaskarın kim olduğuna dair sübutları mən Qiyamət və İmam Mehdinin zühuru üzrə üç ən dəyərli informasiya mənbələrin təhlili əsasında təqdim edəcəyəm. Həmən mənbələr bunlardır: Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) 7-ci əsrdə nazil edilmiş kəhanətlər; 16-cı əsrin ortalarında möhtəşəm görücü olmuş Fransa sakini Mişel Nostradamusa nazil edilmiş kəhanətlər; 20-ci əsrin məşhur İspan rəssamı Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərindəki, məncə, fövqəltəbii qüvvələr tərəfindən yerləşdirilmiş məxfi informasiya dibi (onu da bildirim ki, Salvador Dalinin özünün həmən məxfi informasiya dibindən heç xəbəri də yox idi). Qiyamətin bilavasitə ərəfəsi olan müasir dövrdə bu üç informasiya mənbələrində bəşəriyyət üçün taleyüklü olacaq məlumatlar öz təsdiqini baş verən əsas ümumbəşər sürəclərində artıq tapmağa başlamışlar ki, bu haqda aşağıdakı təhlillərimdə bəhs ediləcək.

Bu üç mənbənin sahibləri zaman kəsiyində bir-birlərindən əsrlərlə aralanmış, müxtəlif xalqların, mədəniyyətlərin, dinlərin nümayəndələri olmuşlarsa da, lakin onların təqdim etdikləri informasiyaların xüsusi önəmi ondadır ki, həmən informasiyalarda Xilaskar qismində eyni bir şəxs təsvir edilmişdir. Məsələ ondadır ki, bu üç mənbədə İmam Mehdi-Xilaskarın şəxsiyyətini birmənalı qaydada bildirən əsas məqamlar mahiyyətcə eyni olaraq təkrarlanır. Bu həqiqətin üzə çıxarılması ilk dəfə mənə nəsib olmuşdur. Niyə məhz mənə? Çünki məhz mən Mişel Nostradamusun kəhanətlərində və Salvador Dalinin tablosunda olan məxfi şifrləri ilk dəfə aşkar etməklə həmən sirrlərin açarlarını əldə etmişdim. Nəticədə bu iki mənbədə İmam Mehdi-Xilaskara, Qiyamətə aid olan informasiyaların üzə çıxarılması mən tərəfdən ilk dəfə mümkün olmuşdur. Məhz buna görə bu iki mənbə üzrə mənə qədər bu cür səmərəli tədqiqat işini heç kim apara bilməzdi. Axı indiyə qədər bütün tədqiqatçılar etiraf edir ki, Mişel Nostradamusun kəhanətlərində mövcud olan şifrə onlara bəlli deyil. Digər tərəfdən, Salvador Dalinin tədqiq etdiyim rəsm əsərindəki məxfi informasiya dibini də ilk dəfə mən aşkar etmişəm.

Odur ki, Mişel Nostradamusun kəhanətlərindəki Qiyamətə və Xilaskara aidiyyatı olan informasiyaları ancaq mən üzə çıxarda bilərdim; Salvador Dalinin göstərilən rəsm əsərindəki məxfi informasiya dibindəki Qiyamət və Xilaskar üzrə informasiyaları üzə çıxardan da hələlik ancaq mənəm.

İslam ənənəsinə görə, Xilaskar qismində İmam Mehdi çıxış etdiyi üçün və onun həm Qiyamətin bilavasitə ərəfəsi dövründə, həm Qiyamət zamanı, həm də Qiyamətdən sonrakı dövrlərdə icra edəcəyi dünya miqyaslı xilasedici fəaliyyətini nəzərə alaraq burada “İmam Mehdi-Xilaskar” ifadəsinin işlədilməsi yerinə düşər.

İMAM MEHDİ-XİLASKAR HAQQINDA MƏHƏMMƏD PEYĞƏMBƏRİN (s.a.s.) KƏHANƏTLƏRİ

İmam Mehdi haqqında Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətləri onun söylədikləri hədislər qismində çıxış edir. Ərəb dilini bilmədiyimə görə, həmən hədislərə başqa tərcüməçilərin tərcümələrinə istinad edəcəyəm. Əsasən o hədislərə müraciət edəcəyəm ki, etibarı daha yüksək səviyyədədir. Digər hədislərin cəlb edilməsi həm çox vaxt aparacaq, həm də araşdırma həcmini xeyli artıracaq ki, bu da gələcəyin işidir.

Öncə İmam Mehdinin ailəsi üzrə daha çox xatırlanan hədisə müraciət edək: "Bizə Zaidə xəbər verdi. (H) Bizə Əhməd ibn İbrahim xəbər verdi, mənə Ubeydullah ibn Musa Fıtri-dən xəbər verdi, dedi. (Rəvayətlərdəki) məna eynidir. Bunların Hamısı Asım-dan, Asım, Zir-dən o da Abdullah (ibn Məsud (r.ə.)) vasitəsilə Rəsulullah (s) - dan rəvayət etmişdir : Rəsulullah (s) belə buyurmuşdur :

Dünyada sadəcə bir gün qalsa, -Zaidə, hədisində belə dedi — Allah o günü uzadar ta — sonra sonra bütün ravilər ittifaq etdilər. — O gün Məndən və ya Əhli Beytimdən, adı adıma, atasının adı atamın adına uyğun gələn bir adam göndərər" (Mehdi. https://az.wikipedia.org/wiki/Mehdi).

Bu cümlədə “atasının adı atamın adına uyğun gələn” hissə mübahisələr doğurur. Zənn edilir ki, bunu deyən Zaidə adlı şəxs onu özündən əlavə etmişdir: “Hafiz Gənci Şafei bu barədə deyir : “Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym “Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz.”.

(https://www.wikimedia.az-az.nina.az/İmam_Mehdi.html).

Məncə, 31 ravi “atasının adı atamın adına uyğun gələn” ifadəsini ona görə rəvayətlərində göstərməmişdilər ki, həmən ifadə ondan öncə göstərilmiş “adı adıma uyğun” ifadəsi ilə ziddiyyət təşkil edir. Çünki 12-ci imamın Məhəmməd adı Məhəmməd Peyğəmbərin (s.a.s.) adı ilə eyni olsa da, lakin 12-ci imamın atasının Həsən adı Məhəmməd Peyğəmbərin (s.a.s.) atasının Abdullah adı ilə eyni deyil. Bu ziddiyyətin ortadan qaldırılması üçün həmən 31 ravi “atasının adı atamın adına uyğun” ifadəni yanlış hesab edərək, məncə, buna görə onu deyilən hədisdə göstərməmişdilər.

Lakin burada o məqam var ki, Zaidəni günahlandıranlar hesab edirlər ki, Qiyamət ərəfəsində İmam Mehdi qismində zühur edəcək İmam kimsə başqası deyil, məhz 11-ci imam Həsən ibn Əli əl-Əskərinin oğlu 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi olacaqdır. Bu yanlış mövqedir, çünki 9-cu əsrdə yaşamış və 5 yaşında qeyb olmuş 12-ci imam Məhəmməd ibn Həsən əl-Məhdinin əsrlərlə yaşaması mümkün deyil. Bu o deməkdir ki, 21-ci əsrin birinci yarısı Qiyamət ərəfəsi dövr olduğuna görə məhz indiki zamanda zühur edəcək İmam Mehdi qismində çıxış edəcək insan 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi deyil, tamamilə başqa insan olacaq.

Əgər bu düşüncəmi qəbul etsək, onda Zaidə ravinin “atasının adı atamın adına uyğun” cümləsi tamamilə doğrudur, azından ona görə ki, aşağıda göstərəcəyim kimi, əsl İmam Mehdinin atasının adı məhz Məhəmməd Peyğəmbərin (s.a.s.) atasının adı ilə uyğunluq təşkil edir. Şübhəsiz ki, İmam Mehdiyə dair məlumatları təfərrüatı ilə bildirən Məhəmməd Peyğəmbər (s.a.s.) bu uyğunluq haqqında bilirdi.

Onda sual yaranır – hansı səbəbə görə Məhəmməd Peyğəmbər (s.a.s.) gələcəkdə İmam Mehdi qismində çıxış edəcək insan kimi məhz 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi şəxsiyyətinə israr etmişdir? Zənnimcə, bu israrın məqsədi əsl İmam Mehdi kimi zühur edəcək şəxsdən diqqətin yayındırılmasını güdürdü. Məhəmməd Peyğəmbər (s.a.s.) bu yayındırıcı fəndə ona görə əl atmışdır ki, əsl İmam Mehdiyə qarşı ola biləcək təhlükələri ondan uzaqlaşdırsın.

Məsələ ondadır ki, Məhəmməd Peyğəmbər (s.a.s.) Qiyamət ərəfəsi bizim indiki dövrü seyr edərkən məlumatlı idi ki, bu dövrdə artıq 20 ildən çoxdur ki, İsrailin və Amerika Birləşmiş Ştatların (ABŞ) xüsusi xidmətləri İmam Mehdini fəal surətdə axtarırlar. Aydındır ki, İsrail və ABŞ-ın sionistləri bu axtarışları xoş məramla etmirlər. İmam Mehdi haqqında məlumatların əldə edilməsi üçün İsrail və ABŞ xüsusi xidmətləri müsəlman dustaqlarına işkəncələr verirlər (Имама Махди ищут спецслужбы. https://www.youtube.com/watch?v=PLref5wI8J0; azəricə tərcüməsi – “Xüsusi xidmətlər İmam Mehdini axtarırlar”).

Onlar İmam Mehdini harada axtarırlar? Ərəb ölkələrində axtarırlar... İmam Mehdi qismində onlar kimi axtarırlar? Məhəmməd adında olan ərəbi axtarırlar... Lakin nə İsrailin, nə də ABŞ-ın xüsusi xidmətləri əsl İmam Mehdini ərəb ölkələrində tapa bilməmiş və tapa da bilməyəcəklər, çünki zühur edəcək əsl İmam Mehdinin həm milliyəti, həm də adı başqadır. Beləliklə, Məhəmməd Peyğəmbərin (s.a.s.) yayındırıcı fəndi uğurla baş tutdu.

Odur ki, zənnimcə, Zaidənin rəvayətində qəsdən salınmış yanlış hissə məhz “adı adıma uyğun” ifadəsidir.

Məhəmməd Peyğəmbər (s.a.s.) hədisdə bildirmişdi ki, onun atasının adı ilə İmam Mehdinin atasının adı uyğunluq təşkil edir.

Məhəmməd Peyğəmbərin (s.a.s.) atasının adı ərəb tələffüzündə “Abdullah”-dır, azəricə bu ad “Əbdüllah”, yaxud “Əbdül” kimi ifadə oluna bilir (İSLAM, (İkinci nəşri), Əliyev R.Y., Bakı, 2004, səh. 94). Məna etibarı ilə “Abdullah” da, “Əbdül” də “Allahın qulu” mənasını daşıyırlar (Mirzəyev O.M. Adlarımız. – B. : Azərnəşr, 1986. səh. 74).

Mənim atamın adı “Əbdül-Əli” olmuşdur. Atamın iki qardaşının adlarında “Əli” adı təkrarlanır. Belə ki, qardaşların adları belədir – Yusif-Əli və Abbas-Əli­. Göründüyü kimi bu üç qardaşın adındakı “Əli” hissəsi əslində şiələrin tarixi başçısı, islamın dördüncü xəlifəsi İmam Əli həzrətlərinin şərəfinə verilmiş addır ki, bununla da ailənin islamda ən birinci təşkilatlanmış cərəyan olmuş şiə məzhəbinə mənsub olmasına işarə edilir. Yəni, əslində, atamın “Əbdül-Əli” adı “şiə Əbdül” kimi də yozula bilər. Beləliklə, atamın “Əbdül-Əli” adı Məhəmməd Peyğəmbərin (s.a.s.) atasının adı ilə eyni kökdəndir. Bu üç qardaşın Həlimə baçının adı da Məhəmməd Peyğəmbərin (s.a.s.) süd anası olmuş “Həlimə”-nin şərəfinə verilmişdir.

Atam 1917-ci ildə yeniyetmə ikən Güney Azərbaycanın (İran) Əhər şəhərindən Bakıya bir dəstə həmşəhərli ilə piyada öz qohumun yanına gəlmiş və Bakıda qalmışdı. O dövrdə xeyli azərli İrandan Quzey Azərbaycana pənah gətirmişlər, çünki 1917-1919-cu illərdə İranda dəhşətli aclıq baş vermiş və ölkə əhalisinin yarısına qədər aclıqdan, yoluxucu xəstəliklərdən həlak olmuşdur. Bu fəlakətin baş verməsində İrana daxil olmuş İngiltərənin işğalçı ordusu ilk növbədə suçludur. İngilislər öz ordunun təminatı üçün İranın bütün ərzaqını, tarlalarda olan taxıl məhsullarını almışlar. Üstəlik də ingilis əsgərləri sanitar qaydalarına düzgün riayət etmədiyinə görə İran əhalisini ölümcül qrip və vəba xəstəliklərinə yoluxdurmuşdular. Bu iki aclıq il ərzində aclıq və yoluxucu xəstəliklərdən İranın 20 milyonluq əhalisi 11 milyona qədər azalmışdı (Послужной список преступлений США и Британии против Ирана. https://parstoday.com/ru/radio/programs-i52348; azəricə tərcüməsi – “ABŞ və Britaniyanın İrana qarşı törətdikləri cinayətlərin siyahısı”).

Keçək İmam Mehdinin zühur edəcəyi məkanın harada yerləşəcəyi məsələsinə. 17-ci əsrdə İranda yaşamış görkəmli şiə alimi Muhammad Baqir Məclisi yazdığı “Bihar al-Anwar” hədislər ensiklopediyasında İmam Mehdinin «Xəzra adasında» (ərəbcə “Yaşıl ada” mənasındadır) yaşaması haqda bir rəvayət təqdim etmişdi. Güya Zeynuddin Mazandarani adlı şəxs gəmi ilə dənizə səyahətə çıxmış və Xəzra adasında İmam Mehdinin nəsilləri ilə görüşmüşdü (ИМАМ МАХДИ (ЦИКЛ АМИНА РАМИНА). Часть 9. Большое сокрытие: где сейчас Имам. https://arsh313.com/imam-mahdi-tsikl-amina-ramina/#96; azəricə tərcüməsi – “İmam Mehdi (Amin Raminin silsiləsi). (Bölüm 9. Böyük qeybət: İmam hazırda haradadır.”).

Əllamə Məclisi: “Əli ibni Fazildən bir hekayə nəql edir ki, İmamın (ə.f) Xəzra adasında yaşadığına işarə edir. Baxmayaraq ki, Əli bu adada İmamla (ə.f) görüşə bilməmişdir, lakin övladı ilə görüşüb ondan məlumat toplamışdı.” (İmam Zamanın (ə.f) evi haradadır? https://vk.com/wall102612366_32245).

Həmən Xəzra adası haqqında müxtəlif mülahizələr söylənilmişdir. Bu adanı gah Aralıq dənizində, gah Bermud adlalarında olmasına dair fərziyyələr irəli sürülmüşdir. İmam Mehdinin Böyük qeybət zamanı olduğu üçün zənn edilir ki, Böyük qeybət zamanı bitəndə İmam Mehdi məhz həmən adadan dünyaya zühur edəcək.

Bu rəvayətdə İmam Mehdi qismində 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi nəzərdə tutulur. Aydındır ki, bizim günümüzə qədər 1200 il ərzində 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdinin yaşaması mümkün deyil. Lakin həmən rəvayətdə bizim üçün ən önəmli cəhət odur ki, İmam Mehdinin zühur edə biləcəyi adanın adı məhz "Xəzra" - dır.

Zənnimcə, “Xəzra” toponimi 5-ci əsrdə qədim Azərbaycandan çıxmış və Azər xalqının hissəsi olmuş Xəzər xalqının adı ilə bağlı ola bilir. Xəzər xalqı nəhəng və qüdrətli Xəzər Xaqanlığını qurmuşdur. Xəzər xalqının şərəfinə sahilində yaşadığı dəniz də “Xəzər dənizi” adlanır. Təsadüfi deyil ki, məhz Azərbaycan Cümhuriyyətinin quzey hissəsində keçmiş Xəzər xaqanlığı ilə sərhəddə yerləşmiş indiki iki kəndin adı “Həzrə”- dir (Qəbələ və Qusar nahiyələrində). Həmən iki quzey nahiyələri Xəzər xaqanlığının tabeliyində vaxtaşırı olmuş, orada xəzərlər də yaşamışlar. Belə ki : “Kənd V əsrdə xəzərlər (qədim türk tayfalarından biri) tərəfindən ələ keçirildikdən sonra, Həzər (sonradan isə Həzrə) adlandırılırdı.” (Həzrə kəndi: keçmişdə dağ kəndlərə hücum edənlər üçün istirahət yeri. https://shimal.news/2021/09/13/h-zr-k-ndi-ke-mi-d-da-k-ndl-r-h-cum-ed-nl-r-n-istirah-t-yeri/).

Güney Azərbaycanın (İran) Sərab nahiyəsinin ərazisində “Xəzra” adı altında yaşayış məntəqəsi indi də vardır – Xəzrabad kəndi.

“Xəzər” kəlamı ilə bağlı digər istilah isə “Xəzri”-dir. “Xəzri” güclü quzey küləyin adıdır ki, bu külək quzeydə Xəzər dənizinin sahilində yerləşmiş Xəzər xaqanlığı tərəfindən Abşeron yarımadasının üzərindən əsirdi və bugün də əsir. Azərbaycanın digər nahiyələri xəzri küləyinin təsirinə az qalırlar, çünki dağlar bu küləyin qarşısını alır. Lakin Abşeron yarımadası ilə əlaqədar vəziyyət tam başqadır.

Belə ki, Abşeron yarımadasının dənizin içərisinə xeyli uzandığına görə bütövlüklə xəzri küləyin təsiri altındadır. Odur ki, Abşeron sakinləri qədimdən bu küləyin adını Xəzər dənizi, Xəzər xaqanlığı ilə əlaqələndirərək ona “Xəzri” küləyi (yəni quzey Xəzər dövləti tərəfindən əsərək Xəzər dənizi üzərindən Abşeron yarımadasına gəlmiş külək) demiş və indiyə qədər də bu cür adlandırırlar. Küləyin “Xəzri” adının Abşeron yarımadasının qədim türk əhalisinə aidiyyatı olduğu kimi, zənnimcə, “Xəzra” toponimi də məhz Azərbaycanın yerli türk əhalisinə, ilk növbədə, Abşeron yarımadasının əhalisinə aid olan məkanın adı ola bilir. Yəni, “Xəzra adası” ifadəsi əslində adanı deyil, Xəzər dənizi tərəfindən üç yöndən mühasirəyə alınmış Abşeron yarımadasını bildirir.

Bununla əlaqədar əlavə edə bilərəm ki, Xilaskara aid olan həm Mişel Nostradamusun kəhanətlərini, həm də Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərindəki sirrlərini aşağıdakı mətndə təhlil edərkən isbat edəcəyəm ki, İmam Mehdinin zühur edəcəyi məkan Abşeron yarımadasında yerləşmiş Bakı şəhəridir.

Odur ki, İmam Mehdinin zühur edəcəyi məkanı dünyanın başqa yerlərində axtarılması əbəs yerədir. İndiyə qədər İmam Mehdini dünyanın adalarında tapmayıblarsa, bundan sonra da tapılması mümkün deyil. Axı dünyada məlum olmayan ada artıq çoxdan qalmamışdır.

Baş verəcək Qiyamətin əlamətləri haqqında istinad etdiyim bu üç mənbədə mahiyyəti eyni olan mühüm informasiyalar vardır. Məsələn, bu üç mənbədə Qiyamətin Dünya zəlzələsi nəticəsində baş verəcəyindən bəhs edilir. Buna mən Dünya zəlzələsi ona görə deyirəm ki, bu hələ misli görünməmiş gücündə olacaq zəlzələnin qeyri-adı dağıdıcı təsiri nəticəsində dünyanın hər qitəsində qısa müddət ərzində dağıdıcı zəlzələlərin işə düşməsi baş verəcəkdir. Dünya zəlzələsi o dərəcədə güclü olacaq ki, torpağın altında yerləşən qəbirlər də yer səthinə atılacaqlar. Qiyamətin buna dair əlaməti Quranın həmçinin 99-cu surəsinin – «Zəlzələ» surəsinin ikinci ayətində əks olunmuşdur: “Yer öz yükünü (qəbirdəkiləri, yaxud yeraltı mədənləri) çıxardacağı zaman” (https://quran.az/99). Göründüyü kimi, Quranda da gələcək Qiyamət haqqında xəbər verilir.

Keçmişdə baş vermiş Qiyamətlərin əlamətləri əfsanələr, əsatirlər qismində xalqların tarixi yaddaşlarında həkk olunmuşdur. İndiyə qədər dörd Qiyamət baş vermişdir. Biz artıq beşinci Qiyamətə çox yaxınlaşmışıq. Həmən bu üç mənbələr üzrə Qiyamət haqqında daha geniş tərzdə informasiyaları aşağıdakı təhlillərimdə təqdim edəcəyəm.

Bəşəriyyətin hal-hazırda Qiyamətin bilavasitə ərəfəsi dövrünün yaşaması həmçinin artıq həm Dəccalın (Antixrist), həm də Xilaskarın peyda olması ilə əlaqəlidir. Məhəmməd Peyğəmbərin (s.a.s.) hədisində bu haqda belə məlumat vardır ki, Dəccal və İmam Mehdi eyni zamanda fəaliyyət göstərəcəklər və onlar əslində yaşıddırlar. Bu o deməkdir ki, bunlardan birisinin zühuru digərinin artıq həmən dövrdə yaşamasının təsdiqi kimi qiymətləndirilə bilər.

Nostradamusun kəhanətlərini təhlil edəndə isbat edəcəyəm ki, Dəccal qismində Urusiyyətin indiki prezidenti Vladimir Putin çıxış edir. Belə ki, Nostradamusun 10-cu senturiyanın (100 rübaidən ibarətdir) 72-ci katrenində (rübai) göstərilir ki, 1999-cu ilin avqust ayının 10-da (qriqorian təqvimi ilə) səmadan Dəhşət kralın peyda olması baş vercəkdir. Həmən gün məhz Putin baş nazir kimi hakimiyyətə gətirilmiş və əslində dərhal Urusiyyətin faktiki rəhbəri olmuşdur. Hakimiyyətə gələn kimi “Dəhşət kralı” Putin iki ay ərzində Urusiyyətin 3 şəhərində – Moskva, Volqodonsk və Dağıstanda – gecə sakinlər yatan zaman 4 göydələn binaların partlamasını təşkil etmiş və bununla 307 sakin həlak olmuş, 1700 insan yaralanmışdır. Həmən partlayışlarda heç bir əsas olmadan çeçenləri günahlandıraraq 2-ci Çeçen müharibəsinin başlanması üçün bəhanənin əldə etməsi naminə bu cinayətlər törədilmişdir.

Beləliklə, 1999-cu ildə “Dəhşət kralının”, yəni Dəccal Vladimir Putinin peyda olması həmçinin İmam Mehdi-Xilaskarın da mövcud olmasına işarədir. Heç təsadüfi deyil ki, məhz həmən 10-cu senturiyanın 75-ci katrenində Nostradamus artıq Xilaskarın da Asiyada baş verəcək zühurundan bəhs edir.

Bu hadisələr isə ona dəlalət edir ki, dünya artıq hal-hazırda Qiyamət ərəfəsi dövrünü yaşamaqdadır. Beləliklə, Məhəmməd Peyğəmbərin (s.a.s.) bəhs etdiyi Qiyamət ərəfəsi dövrü məhz yaşadığımız müasir dövrüdür. Hətta islam mənbələrində Məhəmməd Peyğəmbərə (s.a.s.) istinadən İmam Mehdinin zühur zamanı kimi hicri 1400-cü il (miladi təqvimi ilə 2022-ci il) göstərilmişdir: “Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən hədislərdə axır zamanda zühur edəcəyi müjdələnilən Hz. Mehdi (ə.s.)-ın çıxış zamanı olaraq isə Hicri 1400-cü il verilmişdir:

"İnsanlar 1400 ilində Hz. Mehdi (ə.s.)-ın yanında toplanacaqlar." (Risaletül Huruc-ül Mehdi, s. 108)” (İSLAM TARİXİNDƏ İLK DƏFƏ, ''HZ. İSA (Ə.S.) GƏLMƏYƏCƏK, HZ. MEHDİ (Ə.S.) ÇIXMAYACAQ'' DEYƏ KÜTLƏVİ TƏLQİN EDİLİR https://www.harunyahya.info/az/meqaleler/islam-tarixinde-ilk-defe-hz-isa-es-gelmeyecek-hz-mehdi-es-cixmayacaq-deye-kutlevi-telqin-edilir).

İmam Mehdinin göstərilən zühur tarixini hicri təqvimi ilə hesablasaq, onda ikili vəziyyət yaranır. Məsələ ondadır ki, müsəlman ölkələrin işlətdiyi hicri təqvim iki cürdür: hicri-qəmər və hicri-şəmsi təqvimləri. Hicri qəməri təqvimi əsasında hesablasaq, onda hicri-qəmər təqvimi ilə 1400-cü il miladi təqvimi üzrə 1980-ci ildir, yox, əgər hicri-şəmsi təqvimi ilə hesablasaq, onda hicri-şəmsinin 1400-cü ili miladi təqvimi ilə 2022-ci ilə aiddir.

Görünən odur ki, İmam Mehdinin zühur edəcək tarixin hesablanmasının aparılması üçün bu dəfə hicri-şəmsi təqvimi daha münasibdir. Hər halda yəqin etmək olar ki, Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətinə görə məhz XXI əsrin hal-hazırda yaşadığımız 20-ci illər İmam Mehdinin zühur edəcəyi illəridir.

Keçək Məhəmməd Peyğəmbərin (s.a.s.) İmam Mehdinin iqtisadi fəaliyyətini işıqlandıran hədislərinə: “Yer öz xəzinələrini onun üçün xaric edəcək, o, hədsiz miq­darda malı və sərmayəni camaatın arasında paylayacaqdır.”. Digər rəvayətdə deyilir: “O, saysız-hesabsız mal-döv­lət və sərvəti camaata əta edəcəkdir.” (ZÜHUR DÖVRANIN ÜMUMİ SİMASI. https://al-shia.my1.ru/dersler/eqaid/30.htm).

Beləliklə, İmam Mehdinin iqtisadi fəaliyyəti xalqın firavan həyatının təmin olunmasına və sərmayəni əhali arasında paylaşmasına yönələcəkdir. Bəs sərmayənin paylaşması hansı prinsiplə həyata keçiriləcəkdir? Bu haqda Məhəmməd Peyğəmbərin (s.a.s.) sözləri əsasında Əbu Səid əl Xudri tərəfindən rəvayyət edilmiş hədis ərəb dilindən urus və azəri dillərinə tərcüməsi birmənalı deyil.

Urus dilində hədis bu cür təqdim edilir: «В последние времена моей общины появится Махди. Аллах ниспошлёт для него дождь и земля выведет свои плоды. Он будет раздавать имущество поровну, домашний скот умножится и он прославит мусульманскую общину. Править он будет в течение семи или восьми лет» (Azəricə mənim tərcüməm – “Ümmətimin axır zamanlarında Mehdi peyda olacaq. Onun üçün Allah yağış göndərəcək və torpaq öz bəhrələrini üzə çıxaracaq. O, əmlakı bərabər qaydada paylaşdıracaq, evlərdəki mal-qara artacaq və O, islam ümmətini şöhrətləndirəcək. O, yeddi, yaxud səkkiz il ərzində idarə edəcək”.); Хадисы о Махди. https://hadis.uk/xadisy-o-maxdi/20668/; azəricə tərcüməsi – “Mehdi haqda hədislər”).

Azəricə tərcümələrdə bu hədis bir qədər fərqli təqdim edilir, çünki onlarda əmlakın paylanmasının bərabər qaydada baş verməsi göstərilimir.

Əbu Səid əl Xudridən rəvayət olunur ki, Məhəmməd Peyğəmbər (s.a.s.) buyurdu: “Ümmətimin axır zamanında Mehdi peyda olacaq. Allah onun üçün yağış yağdıracaq, yer öz sərvətlərini açacaq. O, malları haqqı ilə paylayacaq, mal - heyvan çoxalacaq, ümmət zənginləşib, izzətlənəcək. O yeddi və ya səkkiz il hökm sürəcək.". (İslamda və rafizi şiəliyində Mehdi inancı - fərqlər. https://www.facebook.com/watch/?v=374085170837839).

Əbu Səid əl-Xudridən Allah elçisinin belə deməsi rəvayət olunur: “Qiyamətə yaxın ümmətimdə Mehdi zühur edəcəkdir. Allah onun üçün yağış yağdıracaq, yerdən nəbatat çıxaracaqdır. O malı ədalətlə paylayacaqdır. Heyvanlar artacaq, ümmətim güclənəcəkdir. O, yeddi, səkkiz il yaşayacaqdır» (Mehdinin zühuru barədə hədislər.

https://haqqdinislam.wordpress.com/2012/12/14/ mehdinin-zuhuru-barədə-hədislər/).

Azəricə tərcümələrdə təqdim olunan bu hədislərdə İmam Mehdi tərəfindən əmlakın paylanma qaydası qeyri-müəyyəndir: “O, malları haqqı ilə paylayacaq”, “O malı ədalətlə paylayacaqdır”.

Bundan fərqli olaraq hədisin urus dilindəki tərcüməsi daha konkret və əyanidir: “O, əmlakı bərabər qaydada paylaşdıracaq”.

İmam Mehdi haqqında Əbu Səid əl-Xudridən diğər rəvayəti də var ki, orada İmam Mehdinin zühuru haqqında Məhəmməd Peyğəmbər (s.a.s.) bəhs edir: “Mehdinin zühuru haqda sizi mücdələyirəm. O, ixtilafların (insanlar arasında) və xətaların (işlərində) zamanında zühur edəcək. Dünya zorakılıq və ədalətsizliklə dolu olduğu kimi O, dünyanı insaf və ədalətlə dolduracaq. Göyün və yerin sakinləri ondan razı olacaq. Və O, əmlakı düzgün qaydada paylayacaq”. Ondan soruşdular: “Düzgünün mənası nədir?”. O, cavab verdi: “İnsanlar arasında bərabərlə bölünməsi.”" (ПРОРОЧЕСТВА О ПРИБЛИЖЕНИИ КОНЦА СВЕТА. https://asar-forum.com/viewtopic.php?t=19759; azəricə tərcüməsi – DÜNYANIN YAXINLAŞAN SONU HAQDA KƏHANƏTLƏR).

Əlavə etməyə yerinə düşər ki, İmam Mehdinin əmlakı bərabər qaydada bölüşdürəcəyini şiəliyin beşinci imamı da təsdiqləyir: “Imam Baqir (əleyhis-salam) belə buyurur: “Əhli-beytin Qai­­mi qiyam edən zaman (imkanatları) bərabər şəkildə bölüş­dü­­rə­cək və rəiyyət arasında ədaləti bərqərar edəcəkdir.” (ZÜHUR DÖVRANIN ÜMUMİ SİMASI. https://al-shia.my1.ru/dersler/eqaid/30.htm).

Beləliklə, göstərilən hədisin urus dilindəki təqdimatı İmam Mehdinin əmlakı bölüşdürəcəyi qaydanı daha düzgün və konkret əks etdirir. Axı, İmam Mehdiyə iddialı olan mən müəssisələrin əmlaklarının maliyyə ifadəsini işçilər arasında bölünməsini məhz bərabər fərdi paylar (“tənmayadar payı” ismi altında) şəklində baş verəcəyəni hələ 1997-ci ildə təklif etmişdim (Гасанли А. Танмаядарный манифест, или танмаядарлыг – строй после капитализма и до социализма // Монитор, 1997, № 6, с. 19-23; Ганун, 2003, №9, с. 52-61; azəricə tərcüməsi – “Həsənli. A. Tənmayadar manifesti, və yaxud tənmayadarlıq – sərmayədarlıqdan sonrakı və sosializmdən əvvəl quruluş”).

Təklif etdiyim yeni “Tənmayadarlıq” (istilah mənimdir) adlı postsərmayədar (postkapitalist) siyasi-ictimai quruluşun bərqərar olması üçün yeni növ özəlləşdirmə üsulu da təklif etmişdim (Гасанли А. Концепция танмаядарной приватизации – приватизации нового типа // Ганун, 2003, №10, с. 77-91; azəricə tərçüməsi – “Həsənli A. Tənmayadar özəlləşdirmə konsepsiyası – yeni növ özəllişdirmə kimi").

Tənmayadar müəssisəsinin işçilərin şəxsi payların bərabər ölçüdə olması üzərində qurulacaq tənmayadar cəmiyyətinin məfkurəsini mən hələ 1994-cü ilin baharında hasil etmişdim. Lakin o zaman onu məqalə şəklində jurnalda dərc etməyə imkanım olmamışdı, çünki 1994-cü ilin yayın sonunda Azərbaycan Ordusuna çağırılaraq 1994-1996-cı illərdə Qarabağ cəbhəsində nümunəvi, yüksək döyüş qabiliyyətinə malik olan, şanlı 701-ci briqadanın 1-ci taborunda səngər zabiti qismində xidmət etmişdim.

Ordudan tərxis olandan sonra nəzəri tədqiqatlarıma davam edərək öncə keçmiş Sovet İttifaqında qurulumuş cəmiyyətin mahiyyətini araşdıraraq nəticəyə gəldim ki, orada sosializm deyil, kommunalizm quruluşu inşa edilmişdir. Yəni Sovet İttifaqında dövlət miqyasında kommuna qurulmuşdur ki, nəticədə bu dövlət çürük, süni, uydurma əsaslarda inşa edildiyinə görə sonda məhv oldu. Axı kommuna quruluşunda işçilərin maddi maraqlarını təmin edəcək iqtisadi mexanizmlər işləmirlər, insanlar sərf etdiyi əməyə müvafiq olacaq əmək haqqı almırdılar ki, nəticədə onların səmərəli işləməsi üçün heç bir ciddi marağları yox idi. Çünki daha yüksək əmək məhsuldarlığı göstərməyə başlamış işçilərin əməyinin qiymətləndirilməsi artıq aşağı salınmış tariflə hesablanmasına keçid baş verirdi. Təsadüfi deyil ki, tarixdə mövcud olmuş bütün növ kommunalar sonradan mütləq dağılırdı.

Sovet kommunasında yüksək maaş almağa yol verilmirdi, işçilərin əksəriyyəti orta maaş səviyyəsinə yönəlmiş əmək haqqı alırdılar. Beləliklə, Sovet kommunasının əsas iqtisadi prinsipi istehlak bərabərliyi prinsipin təmin edilməsinə yönəlmişdi. Bu cür prinsipə uyğun olaraq işçilərin maaşlarını orta maaş səviyyəsində saxlanmasına görə onların göstərdikləri yüksək, yaxud da nisbətən aşağı səviyyədə olmuş fərdi iş məhsuldarlığı nəzərə alınmırdı, daha məhsuldar iş fəaliyyəti təşviq edilmirdi. Axı hakimiyyət hesab edirdi ki, işçilərin yüksək əmək məhsuldarlığı dövlətdə kütləvi işsizliyə səbəb ola bilər ki, buna da sosialist sistemində yol vermək olmaz (Гасанли А. Большевики не построили и объективно не могли построить социализм. Они построили коммунализм // Монитор, 1996, № 3, с. 18-21; Ганун, 2003, № 8, с. 45-53) ; azəricə tərcüməsi – “Həsənli A. Bolşeviklər sosializmi qurmamış və obyektiv olaraq qura da bilməzdilər. Onlar kommunalizm qurmuşdular”).

Odur ki, bu cür kommunalizm cəmiyyətində yaxşı yaşamaq istəyənlər, lakin buna öz yüksək əmək məhsuldarlığı hesabına nail olmaqdan məhrum olduqları üçün, əslində, rüşvətxorluğa, korrupsiyaya, oğurluğa sövq edilmişlər. Nəticədə Sovet İttifaqı sürətlə çökmüş və xalqlar üçün dustaqxana olmuş süni Sovet İttifaqı 1991-ci ildə dağılmışdır. Sovet İttifaqının çökməsi həmçinin marksizm banilərinin sosializm cəmiyyəti üzrə təqdim etdikləri nəzəriyyələrin yanlış olduğunun isbatı olmuşdur.

Marksizmin baniləri etiraf etmişlər ki, sərmayədar cəmiyyətinin daxilində sosializmin iqtisadi bazisi təbii təkamül yolu ilə yaranmır. Odur ki, sosializmi qurmaq üçün öncə zor yolu ilə sosialist inqilabı həyata keçirilməlidir ki, bunun nəticəsində hakimiyyəti ələ keçirəcək sosialistlər dövlət imkanlarından istifadə etməklə sosializm iqtisadsiyyatını yaradaraq sosializm cəmiyyəti quracaqlar. Məhz bu yolla güya sosializm quruluşunun inşası mümkün ola bilər. Lakin həyat göstərdi ki, yaradılmış cəmiyyət sosialist deyil, əzəldən ölümcül doğulmuş dövlət miqyasında olan kommuna cəmiyyəti olmuşdur. Bu cür köklü yanlış nəzəri yanaşması nəticəsində kommunistlərin Sovet İttifaqında inşa etdikləri süni sosializm-kommunalizm quruluşu qanunauyğun qaydada süquta uğrayaraq bəşər tarixinin beşinci ictimai-siyasi quruluşu kimi təsdiqini tapa bilməmişdi.

İddia edirəm ki, bəşər tarixinin beşinci quruluşu qismində məhz təklif etdiyim “Tənmayadarlıq” ictimai-siyasi quruluşu çıxış edəcəkdir. Nəyə görə? Çünki tənmayadar cəmiyyəti süni deyil, onun iqtisadiyyatının ilk rüşeymləri sərmayədar cəmiyyətinin daxilində doğulmaqdadır. Hesab edirəm ki, bu rüşeymlər Amerika Birləşmiş Ştatların (ABŞ) daxilində XX əsrin 60-cı illərində kütləvi surətdə yaranmağa başlamış xalq, kollektiv, yaxud fəhlə adlar altında yeni müəssisə növü qismində çıxış edirlər.

Bu cür xalq müəssisəsində onun mülkiyyəti fərdi paylar şəklində işçilər arasında bölüşdürülür. Bunun üçün bankların iştirakı ilə ABŞ-da müvafiq dövlət sistemi yaradılmışdır. İşçilər işlədikcə öz paylarını hissə-hissə banklar vasitəsi ilə illər ərzində ödəyərək öz fərdi mülkiyyətinə çevirirlər (Казанцев А. «Рабочий капитализм» в США (по страницам американской печати) // Экономические науки, 1990, №8, с.98-105); azəricə tərcüməsi - “Kazantsev A. ABŞ-da “Fəhlə sərmayədarlığı” (Amerika mətbuatının səhifələri ilə)".

Lakin bu cür fərdi mülkiyyət tam deyil, çünki işçinin öz fərdi payını həmən müəssisədə işləməyən adama satmağa ixtiyarı yoxdur. Odur ki, bu cür xalq müəssisəsinin mulkiyyəti işçi kollektivinin mülkiyyətinə çevrilir. Həmən müəssisələrin nizamnaməsinə görə, onun mülkiyyətinin payına sahib olmaq istəyən şəxs həmən müəssisədə işləməlidir. İşdən çıxan işçi öz payını kənara sata bilməz, həmən işçi payının kompensasiyasını alır, pay isə müəssisədə qalır. Həmən iş yeri ixtisar edilərsə, pay qalan işçilər arasında bölüşdürülür.

Fərdi payların ölçüsü fərqlidir, çünki payların ölçüsü işçilərin iş stajına və aldığları əmək haqqına münasib müəyyən edilir. Nəticədə fərdi paylar ölçüsünə görə müxtəlifdir. Zaman ötdükcə ixtisar olunmuş işçilərin payları hesabına köhnə işçilərin fərdi pay ölçüləri böyüyür. Nəticədə müəssisənin sərmayəsınin böyük hissəsi az saylı təbəqənin əlində cəmləşir, yəni sərmayənin təmərküzləşmə sürəci baş verir. Odur ki, zaman ötdükcə müəssisə sərmayəsinin əsas hissəsi kollektivdə azlıqda olan köhnə işçilərin əlində cəmləşir.

Həmən köhnə işçilər də öz paylarını kənara daha yüksək qiymətə satılması üçün müəssisə nizamnaməsini dəyişilməsinə çalışaraq payların kənara satılmasına qadağa qoyan bəndi nizamnamədən çıxarılmasına nail olurlar. Nəticədə xalq müəssisəsi adi səhmdar müəssisəsinə çevrilir. Bu isə o deməkdir ki, xalq müəssisəsi növü sərmayədar cəmiyyətinin çərçıvəsindən kənara çıxa bilmir, yəni postsərmayədar müəssisə növü qismində təsbitini tapa bilmir.

Xalq müəssisələrin süqutunu ortadan qaldırması, onları postsərmayədar müəssisə növü kimi təsbit olunması üçün mən 1997-ci ildə yuxarıda göstərilimiş məqaləmdə xalq müəssisələri tənmayadar müəssisə növünə çevrilməsini təklif etmişdim. Təklif etdim ki, xalq müəssisəsinin süqutuna bais olan payların müxtəlif ölçüdə olması qaydasına son qoyulsun və xalq müəssisəsinin bütün işçilərin fərdi payları eyni ölçüdə təşkil edilsin. Yəni fərdi paylar artıq bərabər ölçülü paylara çevrilərək tənmayadar paylar kimi təsbit olsunlar ki, nəticədə sərmayədar cəmiyyətinin içində tənmayadar müəssisələrdən ibarət olacaq tənmayadar cəmiyyətinin nüvəsi əmələ gəlsin.

Yeni postsərmayədar cəmiyyətinin “Tənmayadarlıq” isminin açıqlaması budur: “Tən” – “bərabər” deməkdir; “maya” – “kapital” mənasındadır; “dar” – fərdi payın sahibini bildirir; şəkilçi “lıq” – ictimai quruluşa işarə edir.

Tənmayadar müəssisəsində fərdi payların bərabər olması ona gətirib çıxaracaq ki, işçilər üçün fərdi payının ölçüsünün artırılması mümkün olmayacaq. Nəticədə öz fərdi qazancının yüksəlməsini istəyəcək işçilər fərdi əmək məhsuldarlıqlarının artırılmasına əsas diqqət yetirəcəklər. Bu isə tənmayadar müəssisələrində əmək məhsuldarlığın durmadan yüksəlməsinə, texnoloyi təkmilləşdirmələrin geniş tətbiqinə gətirib çıxaracaqdır.

Sərmayədar müəssisələrlə müqayisədə tənmayadar müəssisələri əsaslı surətdə daha yüksək rəqabət qabiliyyətinə malik olacaqlar, çünki tənmayadar müəssisələrində həm əmək məhsuldarlığı daha yüksək olacaq, həm də işçilərin fərdi maraqları kollektivin maraqlarları ilə vəhdət təşkil edəcəklər.

Bu cür vəhdət sərmayədar müəssisələrində mümkün deyil, çünki onlarda müəssisələrin sahibləri əmək kollektivləri deyil, sayca cüzi olan və ölkə əhalisinin cəmi 2-3 % təşkil edən sərmayədar sinfinin nümayəndələridir. Nəticədə gələcəkdə yaranacaq dünya tənmayadar sistemi dinc rəqabət yolu ilə dünya sərmayədar sistemini çökdürəcəkdir. Yəni, dünyanın gələcəyi "Tənmayadarlıq"-dır.

Avropa və ABŞ-da bir neçə postsərmayədar (yəni sərmayədar cəmiyyətindən sonra) ictimai modellər təklif edilmişdir. Lakin təhlil göstərir ki, bu modellər gerçək postsərmayədar modelləri deyil, sərmayədarlığın müxtəlif variantlarıdır. Yəni dünyada həqiqi postsərmayədar modeli yoxdur.

Buna rəğmən, təklif etdiyim tənmayədarlıq modeli dünyanın ilk gerçək postsərmayədar modeli olacaqdır. Nəyə görə? Çünki fərdi tənmayadar paylar bərabər ölçüdə olduğu üçün tənmayadar müəssisəsinin daxili mülkiyyət münasibətlərində bu paylar sərmayə (kapital) kimi çıxış edə bilməyəcəklər. Axı tənmayadar müəssisəsində işçilərin tənmayadar payları bərabər olduğuna görə müəssisənin əldə ediləcək gəlir tənmayadar paylara görə deyil, hər işçinin nümayiş etdirdiyi fərdi məhsuldarlığına görə paylanacaq. Beləliklə, tarixdə ilk dəfə məhz tənmayadar müəssisələrin daxili mülkiyyət münasibətlərində sərmayənin (kapitalın) bir ictimai təzahür kimi yox olması sürəci baş verəcəkdir.

Beləliklə, tənmayədar məfkurəsi sayəsində dinc və təbii təkamül yolu ilə sərmayə təzahürünün yox olması üsulu nəhayət ki ilk dəfə tapılmışdır.

Onu da əlavə edim ki, digər müəssisələrlə mülkiyyət münasibətlərində olacaq tənmayadar müəssisəsinin kollektiv sərmayəsi öz sərmayə (kapital) təbiətini hələ ki saxlayacaqdır.

Tənmayadarlıq quruluşuna dair mənim məfkurəm (ideya) Azərbaycanda ərsəyə gəlibsə, deməli məhz bizim ölkədə onun tətbiqi ilk dəfə baş verməlidir. Bunun baş verməsi üçün öncə Azərbaycanda mövcud quldur, antimilli, oğru, yadelli yezid-kürd iqtidarı tarixin zibilliyinə çökdürməliyik. Ondan sonra hakimiyyətə gələcək milli, mütərəqqi qüvvələr tənmayadar quruluşun ilk tətbiqi mərhələsində bir neçə tənmayadar müəssisə yaradaraq onların işini sınayacaq, tənmayadar məfkürəsini təkmilləşdiriləcəklər. Tənmayadar müəssissələrin bu cür ilk dəstəsi yeni tənmayadar iqtisadiyyatının nüvəsini təşkil edəcək.

Yeni növ ictimai sinif qismində peyda olacaq tənmayadar sinfi az müddət ərzində xeyli zənginləşəcək. Bunun sayəsində ölkənin daxili bazarı xeyli genişlənəcək ki, bu da ölkənin bütün sahələrinin inkişafına səbəb olacaqdır. Görünməmiş güclü və sürətli inkişaf baş verəcək. Az zaman ərzində Azər xalqı xeyli varlanacaq və öz timsalında firavan həyatı, yeni, daha kamil tənmayadar demokratiya növünü dünyaya nümayış etdirəcəkdir.

Bu cür xoş gələcək günləri daha tez görmək istəyiriksə, onda millət olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) hərtərəfli dəstək verək ki, hamımız birlikdə indiki oğru, antimilli yezid-kürd iqtidarı daha tez rədd edə bilək.

Türk dünyasının ilkin Vətəni məhz "Böyük (İri mənasında) Azərbaycan" olmuşdur. Məhz buradan hələ miladdan öncə 3-cü minillikdən türk tayfaları dünyaya yayılmışlar. Məhəmməd Peğəmbərin (s.a.s.) özü və onun qureyş tayfası da əslən türk mənşəli olmuşlar. Təsadüfi deyil ki, Azər xalqının 12-ci əsrin dahi mütəfəkkiri Nizami Gəncəvi öz şeirlərində Məhəmməd Peyğəmbəri (s.a.s.) türk adlandırmışdır.

Hicrət zamanı Məhəmməd Peyğəmbəri (s.a.s.) Məkkədən Mədinəyə dəvət etmiş Evs və Hazreç tayfaları Şumer əsilli, yəni şumer azərliləri olmuşlar. İlk müsəlman icması məhz əsasən bu Azər əsilli tayfalarından Mədinədə təşkil olunmuşdur (Peyğəmbərin (s) türk olması haqqında maraqlı araşdırma. http://www.teleqraf.az/index.php/aktual/5998-arasd.html).

Odur ki, islam dini əzəldən məhz türk dini kimi təsbit olunmuşdur. Heç təsadüfi deyil ki, islam mənəviyyatı qədim Azər xalqının mənəviyyatını, bizdən törənmiş türk dünyasının mənəviyyatını özündə daşıyır. Məhz bu cür mənəvi doğmalığa görə türk xalqları sürətlə, az müddət ərzində islamı qəbul etmişlər. Sonradan isə islamı dünyaya əsasən türk elləri yaymışlar.

Qureyş qəbiləsinin kökü Böyük Azərbaycandan hələ miladdan öncə 2-ci minilliyin sonlarında çıxmış Qamər (qədim yunanlar onlara kimmer deyirdilər) Azər elinə bağlıdır. Odur ki, bütün Azər xalqı özünü Məhəmməd Peyğəmbərlə (s.a.s.) qohum saya bilər.

Güney Qafqazı, indiki İranın Quzeyini, Anadolunun Dogusunu ehtiva etmiş qədim Böyük Azərbaycan miladdan öncə 3-cü minilliyindən başlayaraq dünyanın dörd tərəfinə Azər ellərin yayılmasını təmin edərək Türk dünyasının yaranmasına səbəb olmuşdur. Odur ki, bütün Türk dünyası özünü Məhəmməd Peyğəmbərlə (s.a.s.) qohum saya bilər.

Heç təsadüfi deyil ki, Türk dünyası demək olar ki, bütövlüklə müsəlmandır. Hal-hazırda türk xalqların cüzi hissəsi islamdan kənarda qalmışdı – çuvaşlar, qaqauzlar, tatarların bəzi hissələri zornan, edam təhdidi ilə, işkəncələr altında islamdan xaşpərəstliyə yönəldilmişlər. İnşallah, gələcəkdə bunların hamısını dinc yollarla islama qaytarılmasını təmin edəcəyik. Əks təqdirdə onların hamısı uruslaşaraq, türk kimi yox olacaqlar ki, buna yol verə bilmərik.

100 milyonluq Azər xalqı türk dünyasının yeni İntibah dövrünü təşkil edəcək. Bu İntibah sürəcinə öncə Azərbaycan Cümhuriyyətinin Azər xalqı başlayacaq. Həmən İntibahın iqtisadi bazasını tənmayədar istehsal münasibətləri təşkil edəcək. Tənmayadarlıq ictimai quruluşun tətbiqi nəticəsində qısa müddət ərzində gözümüz önündə Azərbaycan Cümhuriyyəti inanılmaz möhtəşəm inkişafı əldə edəcək ki, bu da digər, əsasən zəif inkişaf etmiş ölkələri bizə doğru maqnit kimi çəkəcəkdir.

Lakin öncə Azərbaycan Cümhuriyyətində hakimiyyətin bütövlüyünü, demokratiyanı Azər xalqına qaytaracaq milli inqilab baş verməlidir. Bu haqda hədisdə belə deyilir: “Azərbaycanda mütləq alov qalxacaqdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. O zamanda siz evlərinizə çəkilin. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.” (“Qeybəti Numani” səh. 170).

(Sual.Nur-Az.com. https://sual.nur-az.com/tr/faqs/view/162/page:4 ).

Bəli, hal-hazırda Azərbaycanda mövcud antidemokrat, oğru, yezid-kürd iqtidara qarşı Azər xalqının qəzəbi sürətlə artmaqdadır, yəni hədisdə göstərilən kimi xalqın etiraz alovu artıq qızışmaqdadır və indiki dövr bu alovun milli inqilaba çevrilməsi zamanıdır. İnqilab alovu artıq gur həddə çatan zaman, yəni İmam Mehdi qismindəki “Bizim inqilabçımız qiyam edən zaman” inqilabi qüvvələr Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) başçılığı altında Bakının Azadlıq meydanını tutacaqlar. Bu baş verən kimi gecə də olsa, qar, yağış yağsa da xalqımız meydana inqilabçıların, o cümlədən, qiyam edəcək “Bizim inqilabçımız”-İmam Mehdinin yanına tələsməlidir: budur göstərilən hədisin mənası və hamı üçün Məhəmməd Peyğəmbərin (s.a.s.) əmridir.

Bizim inqilab qələbə əldə edəndən sonra həqiqi, şəffaf seçkilər keçiriləcək və hakimiyyətə xalqın seçdiyi insanlar gələcək. Bununla da dərhal sürətli inkişafa, tənmayadar quruculuğuna start veriləcək. Nəticədə az müddət ərzində Azərbaycan böyük iqtisadi imkanlara və gücə malik olacaq. Bizim möhtəşəm inkişafımız qonşu ölkələr üçün örnək olaraq onları da inqilabi sürəcə cəlb edəcək. Bu sürəc ilk növbədə Mərkəzi Asiyada yerləşən türk cümhuriyyətləri və İranı əhatə edəcəkdir.

2033-cü ildə Azərbaycan Cümhuriyyəti, Türkiyə və İran yeni Azəristan (bu dövlətin hələlik şərti adı mənim təlkifimdir) konfederativ superdövlətində birləşəcəklər. Azəristanın mərkəzi Bakı şəhəri olacaq. Bu haqda məlumat həm Mişel Nostradamusun kəhanətlərində, həm də Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosunun məxfi informasiya dibində vardır.

İmam Mehdinin başçılığı altında Azəristan superdövlətinin yaradılmasına dair Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanəti vardır. Məhəmməd Peyğəmbərin (s.a.s.) sirdaşı olmuş Abu Hurayra bu haqda hədis təqdim etmişdir: “Əgər dünyanın ömründən təkcə bir gün qalsa da, Allah-Taala həmin günü uzadar ki, Yer üzünə mənim nəslimdən olan bir kişini hakim göndərsin. O, Konstantinopol şəhərini və ad-Daylam dağ silsiləsini ələ keçirəcək” (Особенности имама Махди. https://as-salam.ru/news/4014/ ; azəricə tərcüməsi – “İmam Mehdinin xüsusiyyətləri”).

Türkiyənin indiki İstanbul şəhəri Məhəmməd Peyğəmbərin (s.a.s.) dövründə Konstantinopol adını daşımışdır. İmam Mehdi tərəfindən “İstanbulun ələ keçirilməsi” məcazi məna daşıyır. Yəni həmən fəth zor gücü ilə deyil, mənən olacaq. Bizim əcdadlarımızın kökündə durmuş “Az” adlı xalq tarixi Böyük Azərbaycandan dünyanın dörd tərəfinə yayılmış öz hissələrin sayəsində türk ölkələri qurmuşdur. O cümlədən hələ miladdan öncə 2-ci minillikdə “Az” xalqı Anadolunun batısında “Asiya” (yaxud “Assuva”) dövlətini qurmuşdu. “Asiya” türkcə “As/Az-lar ölkəsi” deməkdir. "Asiya" ölkəsinin daxilində indiki Türkiyənin İstanbul ərazisinin bir hissəsi – türk “Troya” şəhəri də vardı. Miladdan öncə 1-ci minillikdə Türkiyənin mərkəzində Azər elləri – Asak (skiflər) və Qamər (kimmerlər) dövlətlərini qurmuşlar. İndiki Türkiyənin doğusu isə Böyük Azərbaycanın bir hissəsi olmuşdur.

11-ci əsrdə Anadoludakı Azər xalqının tarixi torpaqlarına qayıtmış azərli səlcuklar indiki Türkiyəni yaratmışlar. Azərli səlcukların nəsilləri indiki Türkiyə əhalisinin azı yarısı qədərdir. Lakin hələ də, azəri dili Türkiyənin rəsmi dili deyil. Türkiyədəki 40 milyondan artıq Azər xalqını dirçəldəcəyik və dövlət quruculuğu haqqını ona qaytaracağıq. Bu isə hədisdəki İmam Mehdi tərəfindən “İstanbulun ələ keçirilməsi” ifadəsində təzahür edir.

Hədisdəki ad-Daylam dağ silsiləsi indiki İranın quzeyində Tehran ilə Xəzər dənizi arasında yerləşir. Bu silsilənin İmam Mehdi tərəfindən “ələ keçirilməsi” paytaxt Tehranın və İranın fəthi deməkdir ki, bu da 2032-ci ildə baş verəcək. Bu haqda Nostradamus kəhanətləri bölməsində söz açacağam. İranın 45 milyonluq Azər xalqını dirçəldəcəyik və İranda dövlət quruculuğu haqqını ona qaytaracağıq.

İmam Mehdinin başlıca vəzifəsi 100 milyonluq Azər xalqının birliyinin təmin edilməsindən, ona məxsus olmuş tarixi Böyük Azərbaycanın ərazilərini ehya etməsindən ibarət olacaqdır. Bu cür nəticəni əldə edilməsi üçün öncə Azərbaycan Cümhuriyyətində tənmayadar qurulyuşunun tətbiqi sayəsində misli görünməmiş inkişaf, yüksək həyat səviyyəsi əldə edilməlidir. Bizim istedadlı Azər xalqımız öz əlləri ilə Yer üzündə ilk dəfə tənmayadar cənnətini quracaqdır. Firavan həyatlarımızı görəcək qonşu ölkələrin xalqları bizim tənmayadar yolumuza qədəm qoymasını öz hakimiyyətlərindən tələb edəcəklər. Bunun sayəsində Türkiyə dinc yolla İmam Mehdinin tənmayadarlıq məfkuratı (ideologiya) ilə “fəth” olacaq. İranın iqtidarı xalqın tələblərinə məhəl qoymasa da, lakin xalqın mübarizəsi nəticəsində iqtidarın mövqeləri xeyli zəifləyəcək ki, bu da sonda İmam Mehdinin tənmayadarlıq məfkuratının İranı da 2032-ci ildə “fəth” etməsi üçün yardımçı olacaq.

Nəhayət, 2033-cü ildə 100 milyonluq Azər xalqı İmam Mehdinin rəhbərliyi altında konfederativ Azəristan superdövlətini quracaqdır. Odur ki, hədisdə “Konstantinopol şəhərini və ad-Daylam dağ silsiləsini ələ keçirəcək” cümləsi İmam Mehdi başçılığı altında yaradılacaq Azəristan konfederativ superdövlətinə Məhəmməd Peyğəmbərin (s.a.s.) tərəfindənverilmiş işarə kimi qiymətləndirilə bilər.

Azəristanın yaradılması, orada mütərəqqi tənmayadarlıq quruluşun tətbiq edilməsi Azər xalqını belə yüksək dərəcədə gücləndirəcək ki, həm Qiyamət ərəfəsi dövründə, həm dəhşətli Qiyamət fəlakəti baş verən zaman, həm də ondan sonra dağılacaq dünya üçün Azər xalqı artıq kollektiv Xilaskar kimi çıxış edəcəkdir.

Məhəmməd Peyğəmbər (s.a.s.) o dərəcədə güclü bəsirət qabiliyyətinə malik olmuşdur ki, VII əsrdə yaşayaraq XXI əsrin həm Qiyamət öncəsi əlamətlərinə, həm də İmam Mehdinin fəaliyyətinə, onun bədən xüsusiyyətlərinə aid təfərrüatları təqdim edə bilmişdir. Belə çıxır ki, həm uzaq keçmişin, həm bu günün hadisələri, həm də bizdən sonra baş verəcək uzaq gələcəyə aid olan hadisələr zamanın eyni anında bəsirət gözü ilə müşahidə oluna bilər. Yəni həqiqi görücülər eyni zaman anlarında həm uzaq keçmişə, həm də uzaq gələcəyə öz bəsirətləri sayəsində zaman səfərləri edə bilirlər. Aydındır ki, zaman səyyahının yaşadığı uzaq keçmiş zamanından uzaq gələcəyə səyahətinin baş tutması üçün zaman səyyahı bəşəriyyətin həmən gələcək zamanına aid olan informasiya sahəsinə daxil olması qabiliyyətinə malik olmalıdır.

Lakin aydın deyil ki, fiziki cəhətdən uzaq keçmiş dövründə yaşayan görücü insan, yəni, zaman səyyahı, uzaq gələcəyə aid olan məlumatları nə cür əldə edə bilir? Axı bir halda ki, uzaq gələcək hələ baş verməmişdir və buna görə də məntiqlə ona aid ola biləcək informasiya sahəsi mövcud deyilsə, onda görücü oradan məlumatı nə cür götürə bilir? Axı dünyaya hələ heç gəlməmiş insanların gələcəyini bu gün biz nə cür görə bilərik? Məsələn, Məhəmməd Peyğəmbərin (s.a.s.) yaşadığı 7-ci əsrdə mən yox idim. Bəs əgər mənə aid olan informasiyaları Məhəmməd Peyğəmbər (s.a.s.) təfərrüatı ilə təsvir etmişsə, deməli 7-ci əsrlə 21-ci əsrin arasında zaman fərqi yoxdur. Belə çıxır ki, eyni anda həm 7-ci əsr, həm də 21-ci əsr fəaliyyət göstərirlər. Bu nə cür baş verə bilər mənə hələ tam aydın deyil.

Yəni, Zaman, Həyat nədir sualları ortaya çıxsa da, hələ ki, onlara, zənnimcə, məqbul cavablar yoxdur. Bəlkə işlənməsi şəraitsizlik üzündən hələlik yarımçıq qalmış mənim yeni təkamül nəzəriyyəm buna cavab verə bilər. Hər halda bu sirli məsələlər üzrə təxminlərim vardır.

Uzaq gələcəyə aid olan hadisələri əyani surətdə müşahidə etmə imkanını, məncə, məhz yadplanetlilər və Axirət dünyasının incə (nazik) maddiyətdən ibarət olan ruhlar seçdikləri insanlar üçün təşkil edə bilirlər. Zənnimcə, bu cür zaman və məkan səyahətləri seçilmiş insanaların fiziki bədəni deyil, onların fiziki bədənində yerləşən, bədəndən kənara çıxmağa və sonradan qayıtmağa qabiliyyətlərinə malik olan canlar edə bilir. İnsan vəfat edəndə onun incə (nazik) maddədən ibarət olan canı bədənindən çıxaraq daha qayıtmır və birdəfəlik bizim dünya ilə paralel dünyada yerləşən Axirət aləminə ruh qismində köçür.

Ətrafımızda həm Axirət dünyasının ruhları, həm də kosmik qəmilər vasitəsi ilə bizi ziyarət edən yadplanetlilər mövcud olsalar da, lakin onların bəşəriyyət aləmi ilə bağlı rolları fərqlidir. Axı yadplanetlilər yanımıza kosmosda yerləşən səyyarələrdən təşrif buyursalar da, Axirət dünyası bizimlə paralel dünyada olduğu üçün ruhlar yanımıza hər an təşrif buyura bilərlər.

Axirət ruhların əsas işi Yer kürəsinin üzərinə kainatdan gələ biləcək bəlalardan bəşəriyyətin qorunmasına yönəlmişdir. Axı vəfat etmiş qohumlarımızın, dostlarımızın ruhları Axirətdə öz həyatlarına davam etsələr də, bizi unutmurlar. Diğər tərəfdən, ruhlar aləmi ancaq dünyasını Axirətə dəyişmiş insanların hesabına yeni ruhlar əldə edə bilir, cünki ruhların özləri yeni ruhları törədə bilmirlər. Bunu ancaq biz, canlılar, edə bilirik, çünki dünyaya gəlmiş yeni canlılar həmçinin yeni canlar deməkdir. Odur ki, ruhlar aləmi bizi qorunmasında maraqlıdır.

Canlı insan dünyasını dəyişəndə onun canı bədənindən ayrılaraq Axirətin ruhuna çevrilir və məhz bunun sayəsində Axirət sakinlərinin sayı artır. Bu mənada Axirət aləmi həm bizdən asılıdır, həm də bizimlə vəhdət təşkil edir.

XX əsrin ortalarından başlayaraq inkişaf etmiş ölkələrin alimləri Axirət aləmi ilə əlaqənin yaradılması üçün texnoloyi vasitələrdən istifadəsinə dair tədqiqatlar aparmaqdadırlar. Bunun da müəyyən ilkin nəticələri vardır. Digər tərəfdən, avtomatik yazı üsulundan istifadə edərək ruhlar bizə Axirət aləmi haqqında məlumatları ötürə bilirlər.

Bəli, Məhəmməd Peyğəmbər (s.a.s.) həyatda olarkan incə maddiyyətli canı vasitəsi ilə həm yadplanetlilərlə, həm də Axirətin ruhları ilə ünsiyyətdə ola bilirdi ki, gələcəyə dair informasiyaları onların vasitəsi ilə əldə edə bilsin. Bu cür təmasların gerçəkdə mümkün olacağı haqda mən öz timsalımda deyə bilərəm.

Belə ki, 1998-ci ilin payızında günlərin birində çox güman ki, ruhlar aləminə aid olan məxluqlar, mənim mənzilimə qeyri-adi qaydada təşrif buyurmuşlar. Bu ziyarət haqqında məlumatı ilk dəfə buradakı yazımda ictimailəşdirirəm.

Bu ziyarət mənim mürəkkəb maliyyə vəziyyətimdə olduğum dövrdə baş vermişdir. Belə ki, 1998-ci ilin baharında işlədiyim müəssisə bağlanmış və mən işsiz duruma düşdüm. Bu nə dərəcədə ağır vəziyyətin olmasını məni daha yaxşı işsizlər anlaya bilər. O zaman Azərbaycan arasıkəsilməz böhran içində idi, işə düzəlmək çox müşkül məsələ olmuşdu.

Bu cür ağır həm maliyyə, həm də psixoloyi durumda olarkən tək yaşadığım özümün iki otağlı mənzilimə dediyim ruh məxluqların, məncə, tanışlıq ziyarəti qeyri-adi tərzdə gerçəkləşdirilmişdi. Belə ki, gündüz çağı mətbəx otağında olarkən qəfildən yan divarın ağ malası olan hissəsində eni hardasa 60 sm, hüdürlüyü 30 sm ölcüsündə olan ekran görüntüsü peyda oldu.

Divarın ağ malası səhnəyə çevrilmişdi, sifətim isə işıq saçmağa başlayaraq, sanki proyektor aparatı kimi, şualar buraxmış və gözlərimdən çıxan görüntülər, sanki kinoteatrda olduğu kimi, divarın üzərində yaranmış ekranda təsvir edilmişdi. Bu təsvirdə zal görüntüsü vardı. Zalda haradasa azı 50 insanın görüntüsü peyda olmuşdu. Bu insaların hamısı eyni qara kostyumlarda, köynəklərin üzərində qalstuklar taxılmış halda kürsülərdə sıralar qaydasında əyləşmişlər. Bu sıralar yuxarıya pilləkanvari qalxırdılar ki, arxa cərgələrdə oturanlar məni rahat görə bilsinlər. Onlar əsasən orta yaşlarında olan qarasaçlı insanlar idilər. Zahirən o insanlar biz, azərlilərə, oxşayırdı.

Onlar bir-birləri ilə təmasda olmadan sakitcə oturmuş və ancaq mənə diqqətlə baxırdılar. Haradasa bir dəqiqə ərzində biz bir-birimizlə baxışdıq. Düşündüm ki, mənə naməlum olan və ilk dəfə gördüyüm simalarla qarşılıqlı baxış üçün bu baxış müddəti yetərlidir və mətbəxi tərk etdim.

Mən digər kiçik tualet otağına keçdim ki, məndən saçan işıqlı şualanmanı orada yoxlayım. Otağın arxa hissəsində su boruları keçirdi ki, onlar taxta dolabına aid olan taxta divarın arxasında qalmışlar. Dolabın taxta divarı mavi rənglə boyanmışdı. Otağa girərkən işığı yandırmadım. Qaranlıqda məlum oldu ki, üzümdən işığın saçması davam edir. Biraz öncə mətbəx divarında ilk dəfə gördüyüm dəstə ilə tanışlıq mənzərəsi tualet otağındakı dolabın taxta divarının üzərində artıq yox idi. Əvəzində dolabın taxta divarının üzərində televizor ekranın görüntüsü açılmış və bir-birini dəyişən səssiz səhnələr müşahidə edilirdi. Həmən görüntülər televizorda getmiş hansısa xəbərlər verilişinə aid ola biləcək süjetlərə bənzəyirdi.

Bu cür qeyri-adi tərzdə baş vermiş ruhların tanışlıq ziyarəti indiyə qədər bir dəfə də olsun artıq təkrar olunmamışdır. Lakin düşünürəm ki, həmən dəstə üzvləri elə belə özlərini göstərməmişdilər. Sanki bununla onlar mənim həyatımda yeni dövrün başlanmasına işarə etmişlər. Düşünürəm ki, indiyə qədər də onlar məni öz yüksək səviyyəli texnoloyi vasitələrlə həm izləyirlər, həm də himayəçilik edə bilirlər. Düşünürəm ki, onlar hansısa plan üzrə hərəkət edərək mənim inkişafıma, həyatıma təsir göstərə bilərlər. Məni izləməklə, onların planından mən tərəfdən baş verə biləcək yayınmaların qarşısının alınması üçün qarşımda maneələr də yarada bilərlər, sanki onlar məni hansısa missiya istiqamətində yönəldirlər.

Hər halda mənimlə görüşən bu dəstənin üzvləri, məncə, xeyir qüvvələrin təmsilçiləri olmuşlar, çünki təmas zamanı onlardan hansısa təhdidedici hərəkətləri, yaxud qəzəbli baxışları müşahidə olunmurdu, onlarda xoş halə (aura) hiss olunurdu. Söylədiyim əhvalat təsəvvüf (mistika) deyil, məncə, fövgəltəbii qüvvələr aləmi ilə ünsiyyət hadisəsidir ki, texniki cəhətdən bu cür ünsiyyəti təşkil etməyə bəşəriyyət hələ qadir deyil.

Şəkksiz ki, həyatımızda fəaliyyət göstərən fövqəltəbii qüvvələr arasında təkçə xeyir qüvvələri deyil, həmçinin də şər qüvvələri vardır. Məhz şər qüvvələrin himayəsi altında Urusiyyətin indiki başçısı Vladimir Putinin qismində Dəccal fəaliyyət göstərə bilir. Xeyirlə şər arasında mübarizə əbədidir və əslində bəşər həyatını hərəkətə gətirən, inkişafa aparan əsas amillərdən birisidir.

Düşünürəm ki, Məhəmməd Peyğəmbərin (s.a.s.) fəaliyyətinə himayəçilik etmiş fövqəltəbii qüvvələr məhz xeyir, haqq tərəfində olan qüvvələr olmuşlar. Təsadüfi deyil ki, Peyğəmbərimizin (s.a.s.) yaratdığı islam təlimi öncə məhz türk xalqları üçün Xilaskar rolunu icra etmişdi. Əfsuslar olsun ki, tarixi səbəblərə görə tanrıçılığa (tenqriçilik), xaçpərəstliyə, Cin inanclarına, iudaizmə və digər inanclara pərəstiş etmiş türk ellərin aqibəti məhvedici olmuşdur, çünki onlar assimilyasiyaya uğrayaraq bir türk kimi yox olmuşlar. Bu cür yox olmuş türklərin sayı yüzlərcə milyonlarla ölçülə bilər.

Tarixi yaddaşlarında yayğın halda olsa da, öz türk kökləri haqda təsəvvürləri olan, məsələn, ukraynalılar kimi xalqlar arasında biz, azərlilər, geniş miqyaslı maarifləndirmə işlərinə yaxın zamanlarda başlayacağıq. Bu işdə türk mənəviyyatını özündə ehtiva edən islam inancı yardımçımız olacaqdır. Türk mənşəyini hələ də yaddan çıxartmayan xalqları yenidən türkçülüyə qayıdılmasına sövq etməsi üçün, gözəl səsli, asan öyrənilən, zəngin azəri dilimiz, türkçülük məfkuratı (ideologiyası) və islam təlimi əsas təsir vasitələrimiz olacaqlar.

Ayrıca vurğulamaq istəyirəm ki, mən nə dindaram, nə də mövhumatçıyam. Sadəcə olaraq, türk dünyasının dirçəlməsinə, onun birliyinin bərpasına yönələcək qarşıda duran geniş miqyaslı işlərimiz üçün mən dilimizin geniş yayılmasını, türkçülüyün təbliğatını və islamın təsir qüvvəsindən faydalanmasını səmərəli olacağını düşünürəm.

2-ci minilliyin son 1999-cu ili həmçinin onunla əlamətdar olmuşdur ki, haqqın və batilin əsas simaları tarixi səhnədə əyani görüntülər. Belə ki, 1999-cu ilin yanvarın 5-də mənə gəlmiş vəhylə “Yeni insan” qismində haqqın təmsilçisi mən göstərilmişəmsə, Mişel Nostradamusun 10-cu senturiyanın 72-ci katrenində göstərildiyi kimi, 1999-cu ilin avqustun 9-da Urusiyyətdə hakimiyyətə gəlmiş və Nostradamusun kəhanətlərinə görə ikinci Dəccal qismində çıxış edəcək batilin, şərin təmsilçişi qismində Urusiyyətin indiki prezidenti Vladimir Putin göstərilmişdir.

Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən İmam Mehdinin xarici görünüşünü əks etdirən xeyli hədis vardır. Onların şərhinə çox yer ayırmaq lüzum yoxdur. O iddiamla kifayətlənə bilərəm ki, hədislərdə İmam Mehdinin təsvir edilmiş şəxs bədən quruluşuna, üzünün cizgilərinə görə mənimlə sanki portret eyniliyi təşkil edir. Nümunə üçün göstərə bilərəm ki, İmam Mehdinin “ulduz” adlandırılan üzündəki xal mənim üst dodağımın tən ortasında yerləşir və tünd bənövşəyi rənqdədir.

Məhəmməd Peyğəmbər (s.a.s.) İmam Mehdinin elmi fəaliyyəti ilə məşğul olmasından xəbər vermişdir. Bu xüsusiyyət də mənə xasdır. Mənim iki ali təhsilim və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəm vardır.

Azərbaycanda hakimiyyəti arsızcasına qəsb etmiş oğru, cinayətkar, nadan, Azər millətinə qarşı düşmən mövqedə olan yezid-kürd dəstəsi xalqımızın hər həyat sahəsini, o cümlədən elmimizi də ölümcül hala salmışdır. Elmi ocaqlarda işləyən alimlərin səmərəli işləməsi üçün heç bir normal şəraitləri yoxdur. Mənim kimi müxalif baxışları olan və buna görə işdən kənarlaşdırılan alimlər nə cür elmi tədqiqatlar apara bilsin ki?

10 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə İnstitutunda elmi işçi vəzifəsində çalışaraq ombudsman təsisatı üzrə 3 il ərzində dissertasiya işimi tamamlayaraq, bütün minimum imtahanları əla qiymətlərlə verərək dissertasiyanın müdafiəsini gözlədim. Axı dissertasiyadakı bütün paraqraflar mənim yeni elmi kəşflərlə dolu idi. Ən əsası odur ki, ombusman təsisatı üzrə yeni təsnifat prinsipləri icad edərək onların əsasında ombudsman modelləri üzrə yeni elmi təsnifat təklif etmişdim. Nəticədə ombudsman elmi mövcud cılız tətbiqi səviyyəsindən nəzəri elm səviyyəsinə qədər yüksəlmiş oldu ki, dünya ombudsman elmi üçün bu ilkdir. Dissertasiyam sayəsində nəzəri ombudsman elminin Vətəni Azərbaycan olmuşdur.

Lakin İnsan hüquqları üzrə institutun filoloq təhsilli rəhbərliyi bu cür köklü elmi yeniliyə məhəl qoymadan, heç bir əsas gətirmədən dissertasiya müdafiəsini 6 il ləngidərək məni 2010-cu ildə işdən xaric etmişdir. Onsuzda məşəqqətli olan həyatım daha da ağırlaşdı. Budur antimilli, talançı iqtidar nümayəndələri tərəfindən mənim kimi vətənpərvər azərli alimlərə qarşı sərgilənən ögey münasibət.

İndi Azərbaycan elmində, elmi vəzifələrdə elmdən uzaq olan xeyli təsadüfi “alimlər” var ki, onların elmi qabiliyyətlərin olmasından söz açmaq əbəs yerədir. Bu cür “alimlər” hansısa elmi düşüncələrini dolğun və aydın qaydada bildirməkdə çətinlik çəkirlər, çünki onlar elmi təfəkkürə malik deyillər.

Axı elmi təfəkkür öz-özünə yaranmır, onun əldə edilməsi üçün uzun müddət ərzində işlədiyin ciddi elmi tədqiqatlar üzrə beynin icra edəcəyi gərgin yaradıcı fəaliyyətinə ehtiyac var. Bu “alimlər” isə adları keçən elmi əsərləri pul verərək digərlərinə yazdırırlar, yaxud da bunun üçün tutduğu rəhbər vəzifələrindən sui-istifadə edirlər.

Heç təsadüfi deyil ki, hal-hazırda Azərbaycanda elm sahəsi bərbad durumdadır. Çünki ölkənin digər həyat sahələrini dağıtdığı kimi, bu nadan, oğru, antitürk, qondarma, Azər xalqı tərəfindən seçilməmiş yezid-kürd iqtidarı elm sahəsini daha israrla dağıdır. Axı bu mənfur iqtidar yaxşı bilir ki, müstəqillik uğrunda ağır mübarizə nəticəsində Sovet İttifaqının xalqlar dustaqxanasından Azər xalqını 1991-ci ildə azadlığa qovuşdurmuş şanlı Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatını məhz AMEA-nın qeyrətli, vətənpərvər alimləri 1989-cu ildə qurmuşlar. 1993-cü ildə aldadıcı yollarla hakimiyyətə gəlmiş yezid-kürd iqtidarı Azərbaycan Milli Elmlər Akademiyasının bu cür vətənpərvər, əqidəli alimlərini öz hakimiyyətinə təhlükə hesab edərək AMEA-nı ləğv etmək istəyində olmuşdu.

Hal-hazırda Azərbaycan müxalifətinin əsas aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbər kadrların zəngin mübarizə təcrübəsi, yetkin elmi təfəkkürü vardır. Bu potensialı itirmək olmaz. Axı Azərbaycanı bu quldur yezid-kürd iqtidarından azad edəndən sonra bizim əsas vəzifələrdən birisi ilk növbədə Mərkəzi Asiya türk cümhuriyyətlərini mövcüd mürtəce rejimlərindən azad edilməsindən ibarət olacaqdır. Odur ki, AXCP rəhbərliyi, digər inqilqabçılarımız öz mübarizə təcrübəsini elmi araşdırmalarda, dissertasiyaların, kitabların yazılmasında əks etdirməlidirlər. İlk növbədə bunu AXCP sədri Əli Kərimli etməlidir ki, başqa mübariz yoldaşlarımız üçün örnək olsun. Bəli, Azərbaycanın indiki müxalifəti iqtidara gələndən sonra həm ölkənin parlaq inkişafını təmin edəcək, həm də ciddi elmi tədqiqatlarla məşğul olacaq.

Dünya xalqlarının siyasi mühacir inqilabçılar üçün gələcəkdə əsas nəzəri, təlim bazası Azərbaycan olacaqdır. Bizim indiki inqilabçılarımız xarici inqilabçıların hərtərəfli hazırlanması ilə məşğul olacaqlar. Öncə bu təlim işlərinə Türkmənistan siyasi mühacirləri üçün başlayacağıq. Unutmayaq ki, Türkmənistan əhalisinin əksəriyyəti məhz Azər mənşəli səlcuqlardan ibarətdir.

İnşallah, Azər millətimiz bu yaramaz, oğru yezid-kürd iqtidarı qovandan sonra yeni milli, mütərəqqi iqtidar elmimizin dirçəlməsi üçün bütün lazımi şərait yaradacaqdır. Düşünürəm ki, Bakı şəhərinin batı bölgəsinə yaxın yerdə alimlər üçün ayrıca “Elmiabad” şəhərinin tikilməsi məqsədəuyğun ola bilir. 200 min sakininə hesablanacaq bu elm şəhəri dünya miqyaslı elm ocağı olacaqdır.

Nəzərə alsaq ki, XXI əsrin ortasında Qiyamət baş verəcək və o zaman müəyyən amillərə görə ən güvənli yerlərdən birisi kimi məhz Abşeron yarımadası olacaqdır, anlamaq olar ki, Elmiabad şəhərində yaşamaq üçün xaricdən xeyli alim arzusunu bildirəcəkdir. Lakin onlardan ancaq ən seçilmiş, ən istedadlı xarici alimlərə Elmiabada köçməyə izn veriləcək. Qiyamət zamanında xeyli ölkələrin məhv olacağı şəraitdə Elmiabad şəhərinin və ümumiyyətlə Azərbaycanın əsas vəzifələrindən birisi dünyanın elmi, texnoloyi nailiyyətlərin qorunması olacaq ki, qoruya bildiyimiz elm və texnoloyi baza əsasında Qiyamət sonrası dövrdə bəşəriyyətin yenidən dirçəlməsinə səmərəli yardım edə bilək.

İmam Mehdi qismində çıxış edəcək şəxsin sərəncamına Məhəmməd Reyğəmbər (s.a.s.) islam ümməti üzərində öz fövqəl səlahiyyətlərini həvalə etmişdir: “Hişam ibn Salim İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Qaim (ə) mənim nəslimdəndir. Ona itaat edən mənə itaət etmiş, ona tabe olmayanlar isə mənə tabe olmamışlar. Onun qeybə çəkilməyini dananlar məni danmış, onu yalan bilənlər isə məni yalan bilmişlər. Kim onu, doğurdan da, qəbul etsə və ona tabe olsa, məni təsdiq etmişdir. Mənim onun barəsində söylədiklərimi inkar edən, yalanlayan və ümmətimi ona etiqaddan saxlayanlardan Allaha şikayətlənirəm! “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!” Şüəra, 227;İsbatul-Huda, 3/472, 3/532”. (İmamı (ə.c) və zühuru inkar edənlərin halı. https://imamzaman.blog/imami-ve-zuhuru-inkar-edenlerin-hali/).

Məhəmməd Peyğəmbərin (s.a.s.) İmam Mehdiyə sərgilənmiş bu cür münasibət təsadüfi deyil, çünki Məhəmməd Reyğəmbər (s.a.s.) İmam Mehdinin əməllərindən agahdır, onları dəstəkləyir ki, bu da İmam Mehdiyə qarşı Məhəmməd Peyğəmbərin (s.a.s.) xoş münasibətində təzahür edilmişdir. Bu duruma aydınlıq gətirmək üçün Məhəmməd Peyğəmbərin (s.a.s.) aldığı vəhyə müraciət edək: “ Abdullah ibn Ömər ibn Hattabdan:

Rəsulullah (s.ə.v) belə buyurdu:

“Mirac gecəsi Allah azzə və cəllə mənə belə vəhy etdi: “Ey Məhəmməd! Onları görmək istərsənmi?” “İstəyirəm, Ya Rəbbim!” dedim.

Belə buyurdu: “Elə isə bir az irəli gəl. “Biraz irəliləyincə Əli ibn Əbu Talibi gördüm. Sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Hüccəti Qaimi (Mehdini) gördüm. Mehdi onların içində parlayan ulduz kimi idi.

Dedim: “Ey Rəbbim! Bunlar kimdirlər?”

Belə buyurdu: “Onlar imamlardır. Bu da Qaim (Mehdi)dir. Halalımı halal edəcək, haramımı isə haram edəcək. Düşmənlərimdən də intiqam alacaq. Ey Məhəmməd, onu (Mehdini) sev, çünki Mən onu (Mehdini) sevirəm, onu (Mehdini) sevəni də sevirəm”.

(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 97).

(Hz. Mehdi (ə.s) ilə əlaqədar yeni hədislərin hamısı.

https://www.qrup313.com/12670/axirzaman-mehdi-isa/hz-mehdi-elaqedar-yeni-hedislerin-hamisi/).

İncə maddədən ibarət olan ruhlar Axirət dünyasında həyatlarına davam etsələr də, lakin öz texnoloji vasitələri ilə bizi, canlı insanları, hər an izləyirlər və yaxınlaşan Qiyamətlə əlaqədar bizi dəstəkləyəcəklər. Bu o deməkdir ki, Məhəmməd Peyğəmbərin (s.a.s.) ruhu hal-hazırda artıq bizimlədir və Axirət ordusu ilə, Axirət aləminin texnoloji imkanları ilə bizə dəstəyini əsirgəməyəcək.

XİLASKAR HAQQINDA MİŞEL NOSTRADAMUSUN KƏHANƏTLƏRİ

Dürüst kəhanətləri ilə indiyə qədər dünyanın diqqətini özünə çəkmiş XVI əsrin yəhudi əsilli fransız görücüsü Mişel Nostradamus bilavasitə İmam Mehdi adını çəkməmişdi. Lakin apardığım təhlil göstərir ki, onun kəhanətlərində Xilaskar kimi təsvir edilmiş şəxsin əlamətləri, zühuru baş verəcəyi məkanı və zamanı, edəcəkləri dünya miqyaslı əməlləri məhz Məhəmməd Peyğəmbərin (s.a.s.) təsvir etdiyi İmam Mehdi-Xilaskara aiddirlər.

Bununla belə, bildirməliyəm ki, Mişel Nostradamusun kəhanətləri üzrə dünyada indiyə qədər yazılmış minlərlə kitab və məqalələrin heç birisi dürüst deyil, çünki mənə qədər kimsə Nostradamusun işlətdiyi kodunun sirrini aça bilməmişdir. Nostradamusun sirli kodunun açılması mənə 2017-ci ildə müyəssər olmuşdur. Bu iddiamın düzgünlüyünü burada Nostradamusun təhlil edəcəyim kəhanətləri ilə isbat edəcəyəm.

Öncə qeyd etmək lazımdır ki, həm Dəccalın (Antixrist), həm də Xilaskarın (İmam Mehdi) eyni və Qiyamətin bilavasitə ərəfəsi olan dövrdə fəaliyyətlərinin baş verəcəyini Nostradamus 10-cu senturiyada təsvir etmişdi. Belə ki, 10-cu senturiyanın 72-ci katrenində Dəccaldan, həmən 10-cu senturiyanın 75-ci katrenində isə “çox gözlənilən” ifadəsi ilə Xilaskardan bəhs olunur. Bu iki kəsin gerçək zühuru öncə Dəccal, sonra isə Xilaskar tərəfindən baş verir.

Dəccalın zühurunu Nostradamus fantastik dəqiqliyi ilə ilinə və gününə qədər göstərmişdir. Bu haqda 10-cu senturiyanın 72-ci katrenində Nostradamus yazır:

"1999 ilin yeddinci ayında [iyul],

Səmadan böyük vahimə Kralı enəcək”.

Qeyd etmək lazımdır ki, Nostradamus öz kəhanətlərində bu va ya digər hadisənin tarixini nadir hallarda təqdim edir. Nostradamus hadisənin tarixini göstərirsə, deməli həmən hadisə dünya üçün çox mühüm önəmə malikdir.

Katrendə baş verəcək hadisənin göstərilmiş tarixi birmənalı olaraq Urusiyyətin indiki prezidenti Vladimir Putinə işarə edir, çünki məhz Putin 1999-cu ilin avqustun 9-da Urusiyyətin o vaxtkı prezidenti Yeltsin tərəfindən baş nazir vəzifəsinə təyin edilmişdi. Həmən gündə dünyanın heç bir diqər ölkəsində bəşəriyyət üçün oxşar dərəcədə mühüm ola biləcək vəzifəyə hansısa təyinat baş verməmişdir.

Bu təyinatın baş verdiyi tarixi ilə əlaqədar yeqanə əmması ondadır ki, Nostradamus hadisənin 7-ci ayında baş verəcəyini göstərsə də, həmən hadisə indiki təqvimlə 8-ci ayında baş verir. Burada heç bir ciddi ziddiyyət yoxdur. Çünki Nostradamusun yaşadığı zaman Fransada yulian təqvimi işləyirdi, lakin Nostradamus 1566-cı ildə dünyasını dəyişəndən sonra Fransa və digər Avropa ölkələri 1582-ci ildən başlayaraq qriqorian təqviminə keçmişlər. Bu iki təqvim arasında 13 gün fərqi var. Əgər 1999-cu ilin avqustun 9-dan 13 günü çıxsaq, onda Nostradamusun işlətdiyi yulian təqviminə görə Putin baş nazir vəzifəsinə təyinatı iyulun 27-də almış olardı, yəni yeddinci ayda. Beləliklə, Putinin hakimiyyətə gəlməsini Nostradamus gününə qədər dəqiq göstərmişdi.

Putinin vəzifəyə təyinatından sonra onun indiyə qədər baş vermiş bütün fəaliyyəti göstərir ki, “Səmadan böyük vahimə Kralı enəcək” cümləsindəki şəxs məhz Urusiyyətin prezidenti Vladimir Putindir. İndiki ölkə prezidenti Putin hakimiyyətə gələndən sonra daim vəhşətlər törədir. 1999-ci ilin avqustun 9-da hakimiyyətə gələn kimi Putin dərhal İkinci Çeçen müharibəsinin başlanması üçün bəhanənin hazırlanması ilə məşğul olmuşdur. Bunun üçün Putin və onun əlaltısı, Urusiyyətin Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Patruşev 1999-cu ilin sentyabr ayında dörd çox mərtəbəli binaların partlayışını təşkil etmişlər. İnsanların gecə vaxtı yatan zaman Dağıstanda və Volqodonsk şəhərində hərəsində bir bina, Moskvada isə iki bina partladılmışdı. Beşinci binanın partlayışını hazırlayan zaman sakinlərin sayıqlığı nəticəsində partlayışı hazırlayan dəstə yaxalanmışdı. Bu cinayət nəticəsində 307 insan həlak olmuş, 1700 nəfərdən artıq adam yaralanmışdır. Lakin Putin və Patruşev tədhişçiləri (terroristləri) nə həbs olundular, nə də məhbəsin kamerasına atıldılar.

Cinayətkar Putinin tədhişçi fəaliyyəti davam etmiş və daha da genişlənmişdir. Onun törətdiyi İkinci Çeçen müharibəsində yüz minlərlə çeçen qətlə yetirmiş və Çeçenistandan qaçqın düşmüşlər. Qaçan zamanda yolda ikən dinc qaçqın əhalini hərbi təyyarələrlə bombalayırdılar.

Putin 2008-ci ildə Gürcüstana qarşı təcavüzü, 2014-cü ildən Ukrayanaya qarşı müharibəni başlamışdır.

2015-ci ildən başlayaraq Suriyada dəhşətli soyqırımı məhz Putinin göndərdiyi hərbi təyyarələrin tədhişçi təyyarəçiləri törətmişlər. Onlar şəhərləri, qəsəbələri bombalamaqla yüz minlərlə dinc sakinləri qətlə yetirmiş və milyonlarla suriyalıların Vətənləri Suriyadan qaçmağa vadar etmişlər.

Urusiyyətin özündə isə Putin dövlət tədhiş sistemini tətbiq edərək cinayətkar rejim qurmuş və ölkədə həqiqi müxalifəti, demokratiyanı məhv etmişdir.

Məhz cinayətkar Putinin hazırladığı planına uyğun olaraq 2022-ci ilin fevralın 24-də Ukraynanın işğalı üçün Urusiyyətin qoşunu Ukraynanın üzərinə göndərilmiş və geniş miqyaslı müharibəyə başlanılmışdı.

Demək olar ki, Putin və onun rəhbərlik etdiyi cinayətkar hakim dəstəsi vaxtaşırı qonşu ölkələrə qarşı işğal niyyətlərini açıq bildirir, bütün dünyanı yeni nüvə müharibəsi ilə təhdid edirlər.

Bəli, birmənalı qaydada bildirmək olar ki, Nostradamusun “Səmadan böyük vahimə Kralı enəcək" cümləsində göstərilən şəxs məhz Urusiyyətin prezidenti Vladimir Putindir. Nostradamusun Fransa kralı II Henrixə yazılmış məktubunda Putin həmçinin ikincı Dəccal adlandırılır.

Beləliklə, Nostradamus tərəfindən göstərilimiş Dəccalın şəxsiyyəti artıq müəyyənləşdirilmişdir. Nostradamusun kəhanətləri əsasında Dəccal Vladimir Putinin sonu haqqında məlumatı aşağıda təqdim edəcəyəm.

Hələlik isə Nostradamusun kəhanətləri əsasında İmam Mehdi-Xilaskarın zühur edəcəyi məkanın harada olacağının müəyyənləşdirilməsinə keçək.

Nostradamusun 10-cu senturiyanın 75-ci katreninə görə dünya Xilaskarın, yəni, mənim anlayışıma görə, İmam Mehdi Sahib əz-Zamanın zühur məkanı kimi Asiya qitəsi göstərilir:

“Çox gözlənilən heç zaman Avropada deyil,

Asiyada peyda olacaq”.

Bəs Xilaskar Asiyanın harasında zühur edəcək? Fransız kralı II Henrixə yazdığı məktubunda Nostradamus dünya Xilaskarın zühur edəcəyi yerini dəqıqləşdirəcək məlumatları təqdim edir: “O kəs ki, uzun müddət barsız qalmış 50-ci dərəcədən budaqlanacaqdır, sonradan xristian kilsəni yeniləşdirəcək”.

Xaçpərəstliyin Avropada hökmranlıq etdiyi dövrdə yaşamış yəhudi mənşəli Nostradamus üçün “xristian kilsə” ifadəsi konkret kilsəni deyil, mövcud ictimai quruluşu, onun məfkuratını bildirən rəmz kimi anlaşılır. Çünki

Nosrtadamusun yaşadığı dövrdə Avropa ölkələrində rəhbər mövqedə olmuş xristianlıq qurumlarına dövlət qurumları kimi baxılırdı. Axı o zamankı Avropada xristian dininin hakim rolu mövcud xaçpərəst ölkələrin rolundan o dərəcədə üstün idi ki, Roma papalarına islam ölkələrinə qarşı səlib yürüşlərin təşkil etməsinə imkanlar yaradırdı. XVI əsrdə “xristian kilsəsi” kürəsəl, dünya miqyaslı qurum, ictimai quruluşun qiyası kimi qəbul edilirdi. Odur ki, Xilaskarın “sonradan xristian kilsəni yeniləşdirmə” fəaliyyəti müasir dünyada mövcud ictimai quruluşun, yəni sərmayədarlıq (kapitalizm) quruluşun kökündən yeniləşdirilməsinə yönələcək fəaliyyət kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, təklif etdiyim “Tənmayadarlıq” ictimai qurluşu məhz sərmayədarlıq quruluşun içindən ərsəyə gəlir, onda Xilaskarın bu cür yeniləşmə fəaliyyəti mövcud “Sərmayədarlıq” ictimai sistemini yeni “Tənmayadarlıq” ictimai qurluşu ilə əvəzlənməsi sürəci kimi yozulmalıdır.

Dünyanın bu cür köklü yeniləşməsinə yönələcək sürəclər nə zaman başlayacaqdır? Nostradamusun göstərilən kəhanətin bilavasitə önündə yerləşən çümlədən həmən köklü yeniləşmənin başlanma tarixini təxmin etmək olar. Həmən cümlə budur: “yeni Babilistanın böyüməsi ilə, birinci xolokostla artırılımış eybəcərliklərindən cana gəlmiş bədbəxt qızdır ki, bu 73 il yeddi ay davam edəcəkdir”.

İnsanlara, xalqlara vəhşətlər yaşatmış “73 il yeddi ay davam edəcək” dövr zorla yaradılmış Sovet İttifaqının yaşam dövrüdür. Müasir dövrün dünya tarixində ancaq Sovet İttifaqının 1917-ci ilin Oktyabr İnqilabından ta 1991-ci ildə çökməsinə qədər davam etmiş dövr Nostradamusun göstərdiyi həmən müddətə bərabərdir. “Yeni Babilistan” qismində burada dövlət tədhişini (terroru) həyata keçirmiş Sovet İtttifaqı adlanan xalqlar məhbəsi anlaşıla bilər ki, 1920-ci illərdən başlayaraq onun ərazisi məhz Sovet Urusiyyətin qonşu ölkələrə qarşı işğallar nəticəsində böyüyürdü. Sovetlərin xalqlar dustaqxanasında zülmlər, soyqırımlar, işkəncələr, kütləvi sürgünlər yaşamış bədbəxt insanlar, xalqlar məcazi tərzdə “bədbəxt qız” ifadəsində təcəssüm tapırlar.

Həmən dövrdə yəhudilərə qarşı “birinci xolokost” soyqırımı isə digər tədhişçi dövlət qismində çıxış etmiş faşist Almaniyası həyatə keçirmişdir.

Bəli, məhz “73 il yeddi ay davam edəcək” Sovetlərin xalqlar dustaqxanasının dağılmasından sonra Dünyada köklü yeniləşmə sürəclərinə start veriləcəkdir. Bu yeniləşmə ilk mərhələdə XX əsrin əsasən 90-cı illərində baş vermiş dünya sosializm sisteminin yox olmasında özünü büruzə verdi.

Beləliklə, Nostradaumusun kəhanətinə görə Xilaskarın Asiyada üzə çıxacağı dövr Sovet İttifaqının çökməsindən sonra yaşanacaq zamana aiddidir.

Bəs “50-ci dərəcədən budaqlanacaq” Xilaskar Asiyanın 50-ci dərəcəsində, yəni 50-ci meridianında yerləşən hansı ölkədə zühur edəcəkdir? 50-ci meridian Asiyada öncə Azərbaycanın Abşeron yarımadasının ortasından, sonra İranın batısından və Ərəbistan yarımadasının doğusundan keçir. Yeri gəlmişkən, XVI əsrdə öz kəhanətlərini yazan Nostradamus yaxşı bilirdi ki, Asiya qitəsində 50-ci meridianda ancaq islam ölkələri yerləşir. Odur ki, zənnimcə, həmən meridianda Xilaskarın “xristian kilsəni yeniləşdirəcək” cümləsində Nostradamus xristian ölkələrinə deyil, Xilaskarın təklif edəcəyi, sonradan isə tətbiqi Azərbaycandan başlayacağı dünya miqyaslı yeni ictimai quruluşa işarə etmişdi ki, söhbət təklif etdiyim postsərmayədar "Tənmayadarlıq" quruluşundan gedə bilir.

Xilaskarın zühur edəcəyi yerinin müəyyənləşdirilməsinin əsas müşkülü ondadır ki, Nostradamus 50-ci meridianı zühur yeri kimi göstərsə də, lakin onunla kəsişə biləcək en dairəsinin koordinatlarını verməmişdi. Bununla belə, Nostradamusun digər kəhanəti vardır ki, onun sayəsində Xilaskarın zühur edəcəyi yeri birmənalı qaydada müəyyənləşdirmək mümkündür. Belə ki, Nostradamus Fransa kralı II Henrixə yazdığı məktubunda Xilaskarın peyda olacaq şəhərdən bəhs etmişdi:

“... uzun müddət bəhrəsiz qalmış budaqdan

bir şəxsin törənişi baş verməyənə qədər,

bu o kəsdir ki, dünya xalqını miskin və könüllü köləlikdən qurtaracaq

və onları Marsın himayəsinə verəcək,

Yupiteri şan-şövkət və məziyyətlərindən məhrum edərək,

başqa bir kiçik Mesopotamiyada yerləşmiş

azad şəhərdə öz təsdiqini tapacaq”.

Arabir Amerika Yupiter səyyarəsi ilə təcəssüm edilir. Görünür ki, Nostradamusun “Yupiteri şan-şövkət və məziyyətlərindən məhrum edərək” ifadəsində gələcəkdə ABŞ-ın dünyada oynayacağı rolunun azalmasına işarə edilir ki, zənnimcə, bu halı onunla bağlamaq olar ki, yaxın gələcəkdə baş verəcək Qiyamət nəticəsində Quzey Amerika məhv olacaq.

“Azad şəhər” və “kiçik Mesopotamiya”-nın harada yerləşməsi məsələsi Nostradamusun tədqiqatçıları üçün hələ də qaranlıqda qalır ki, bu məsələyə də mən indi aydınlıq gətirəcəyəm.

Bir halda ki, Xilaskar Asiyada zühur edəcəkdir, onun zühur edəcəyi həmən “kiçik Mesopotamiya”-nı və oradakı “Azad şəhər”-i Nostradamusun göstərdiyi Asiyanın 50-ci meridianında yerləşən ölkələrdə, yəni Azərbaycan Cümhuriyyətində, İranda və Ərəbistan yarımadasında axtarmaq lazımdır.

Ərəbistan yarımadasını bu potensial iddiaçılar siyahısından dərhal kənarlaşdırmaq olar, çünki orada İkiçayarasının, yəni “kiçik Mesopotamiyanın” yarada biləcək çaylar yoxdur. Həmən iddiaçı ölkələr sırasından İran da kənarlaşdırıla bilər, çünki orada da həmən İkiçayarasını yarada biləcək çaylar mövcud deyil.

Beləliklə, “kiçik Mesopotamiyanın” olası ölkə qismində ancaq Azərbaycan Cümhuriyyəti çıxış edə bilər. Bəli, axtardığımız “kiçik Mesopotamiya” məhz Azərbaycanda mövcuddur. Onu da qeyd etmək lazımdır ki, hər hansı iki çayı İkiçayarası-Mesopotamiya kimi təqdim edilməsi üçün bu təqdimat müəyyən şərtlərə uyğun olmalıdır. Belə ki, əgər hansısa iki çayın arası dağ silsilərdən ibarətdirsə, onu Mesopotamiya kimi qəbul etmək olmaz. Ön Asiyada Fərat və Dəclə çaylar arasında yerləşən tarixi klassik Mesopotamiya ancaq bu çayların dağlardan çıxan hissələrin arasında yerləşən düzənliyə aiddir.

Kiçik Qafqaz dağ dərələrində axan Kür və Araz çayları məhz Azərbaycanın ərazisində dağlıqdan arana çıxandan sonra aralarında yerləşən Kür-Araz ovalığını yaradırlar. Məhz həmən Kür-Araz ovalığı axtardığımız “kiçik Mesopotamiya” kimi çıxış edir. Güney Qafqazın ən iri dağarası çökəkliyi olmaqla, Kür-Araz ovalığı Azərbaycan ərazisinin mərkəzi hissəsini tutur.

Beləliklə, Nostradamusun göstərdiyi “başqa bir kiçik Mesopotamiya”-nın yerləşdiyi ölkə Azərbaycan Cümhuriyyətidir. Azərbaycanda isə Abşeron yarımadasının 50-ci meridianında yerləşən Bakı şəhəri məhz həmən “azad şəhərdir” ki, Nostradamusa görə, orada zühur edəcək Xilaskar “öz təsdiqini tapacaqdır”. Bu o Xilaskardır ki, islam dünyası onu İmam Mehdi-Xilaskar kimi tanıyır.

Yuxarıda təhlil etdiyim 10-cu senturiyanın 75-ci katrenin mətninin

“Çox gözlənilən heç zaman Avropada deyil,

Asiyada peyda olacaq” tərcümənsini urus tarixçi, yazıcı, Nostradamusun kəhanətlərinin araşdırıcısı Aleksey Penzenski adlı şəxsin kitabından götürmüşdüm (Пензенский А.А. Нострадамус / Алексей Пензенский. – М.: Молодая Гвардия, 2007. – 424 с.).

Lakin 10-cu senturiyanın həmən 75-ci katrenin mətnini Nostradamus kəhanətlərinin kifayət qədər məşhur olan urus tərcüməçisi İqor Qavrilov xeyli fərqli məzmunda təqdim etmişdi:

“Bir bu qədər gözlənilən heç vaxt qayıtmayacaq.

O Asiyada peyda olacaq, Avropada isə evdə olacaq.” (Хоуг Дж. Нострадамус : Полное собрание пророчеств / Джон Хоуг. – Пер. с англ. И. Гаврилова. – М.: ФАИР-ПРЕСС, 2004. – 864 с.; azəricə tərcüməsi – “Nostradamus. Kəhanətlərin tam külliyyati”).

Gördüyümüz kimi, bu iki tərcüməçilərin eyni katrenin tərcüməsində xeyli məna fərqi vardır. Penzenskinin tərcüməsindən elə çıxır ki, Xilaskarın Avropaya heç bir aidiyyəti yoxdur, Qavrilovun tərcüməsindən isə elə alınır ki, Xilaskar Asiyada peyda olsa da, evi Avropada olacaq.

İslam dünyası Xilaskar qismində İmam Mehdini gördüyünə görə onun xaçpərəst Avropada deyil, islam dünyasında zühuru və yaşamasını gözləyir. Lakin Qavrilovun tərcüməsinə görə Xilaskar Asiyada peyda olsa da, evi Avropada olacaq, yəni Xilaskarın əsas fəaliyyət meydanı Asiyadadır, lakin yaşadığı evi Avropada yerləşir. Bu məsələnin ciddi olduğunu nəzərə alaraq, onu araşdıraq.

Öncə Qavrilovun tərcümə etdiyi birinci sətirinin “Bir bu qədər gözlənilən heç vaxt qayıtmayacaq” mənasını açıqlayaq. İslam ümmətinin çoxusu Xilaskar qismində 11-ci imam Həsən ibn Əli əl-Əskərinin oğlu 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdini düşünərək, onun Axırzaman dövründə peyda olmasına, daha doğrusu, qayıtmasına inanır. Yəni zənn edilir ki, 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi ölməyib və böyük Qeybətdədir ki, məhz Qiyamətə qədər olan bilavasitə ərəfə dövründə üzə çıxaraq zühur edəcək.

Məhəmməd Peyğəmbərin (s.a.s.) göstərdiyi əlamətlərə münasib olaraq Qiyamət ərəfəsi dövr ancaq XX əsrin sonlarından başlasa da, lakin 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi indiyə qədər zühur etməmiş və etməyəcək də. Məhz bu haqda Nostradamusun kəhanətində bəhs olunur: “Bir bu qədər gözlənilən heç vaxt qayıtmayacaq”. Axı 12-ci İmam Məhəmməd ibn Həsən əl-Məhdi insandır və onun 9-cu əsrdən indiyə qədər yaşaması mümkün deyil. Bu isə onu bildirir ki, İmam Mehdi qismində çıxış edəcək şəxs məhz XX əsrdə dünyaya gəlmiş və bizim dövrdə yaşayan digər insandır.

Keçək Qavrilovun təqdim etdiyi ikinci sətirin “O Asiyada peyda olacaq, Avropada isə evdə olacaq” əsl mənasının açıqlamasına. Öncə qeyd edək ki, Sovet İttifaqında hakim təbəqədə mövcud olmuş islamofobiyanın daşıyıcıları Quzey Qafqazda yaşayan müsəlman xalqları Avropalı kimi göstərmək istəməmişlər. Odur ki, Quzey Qafqazdakı qitələr xəritəsi müəyyən olarkan xəritədə Avropa ilə Asiya arasında təbii coğrafi sərhəd qismində məhz Böyük Qafqaz dağ silsiləsinin çıxış etməsinə rəğmən, sərhədi bu dağ sililəsinin üzərindən deyil, daha quzeydə yerləşmiş Kuma-Manıç çökəkliyin üzərindən çəkmişlər. Bu cür qəsdən və şüurlu surətdə törədilmiş səhv əməlin nəticəsində Quzey Qafqaz cümhuriyyətləri və Azərbaycan xəritələrdə bütövlüklə Asiyada yerləşmiş kimi göstərilmişlər. Lakin bu cür islamofob coğrafi səhvinin ortadan qaldırılması üçün işlər artıq başlamışdır.

Belə ki, 2014-cü il dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitututunda “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda keçirilmiş konfransda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Asiya və Avropa qitələrin coğrafı sərhədinin Qafqaz üzərində yanlışlıqla müəyyən olunmasına sübutlar vardır: “Sübut üçün kifayət qədər elmi əsaslar var. Mövzu üzrə dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və bizim də araşdırmalarımız Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda, ərazimizin təxminən 12%-i Avropa qitəsinə düşür və Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur ki, bu da ölkəmizin Rusiya (23%) və Türkiyə (3%) kimi Avropa ölkəsi sayılmasına və Avropa oyunlarının Bakıda keçirilməsinə tam əsas verir” (Avropanın sərhədi Azərbaycandan keçir. https://m.igaz.az/az//news/210).

Azərbaycanın quzeyindəki Qusar nahiyəsindən başlayaraq Abşeron yarımadasına qədər davam edən zolağın xeyli hissəsi Avropa qitəsinə daxildir. Bakı şəhərinə gəldikdə isə: “Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.” (Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb. https://az.trend.az/azerbaijan/society/2194518.html).

Mənim doğulduğum və boya-başa çatdığım ev Bakı şəhərinin mərkəz hissəsində yerləşən Zərgərpalan küçəsinin Nizami metrosuna bitişik məhəllədə yerləşir. Evimiz Azər xalqının fəxrisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi ilə istedadlı musiqici, Azərbaycan xalq musiqisinin, xüsusilə də musiqimizin zirvəsi olan muğamların təbliğində böyük xidmətləri olmuş Əhməd Bakıxanovun ev-muzeyi arasında yerləşir. Əhməd Bakıxanovun siması hələ də xatirimdədir. Beləliklə, boya-başa çatdığım ev Asiyada yerləşir.

Son 30 il ərzində mən Bakının batı qırağında yerləşmiş Yeni Yasamal nahiyəsinin dairəvi avtomobil yolunun yanında olan binada yaşayıram ki, bu ərazi Bakı şəhərinin artıq Avropa hissəsinə aiddir. Yəni mən Bakının Asiya hissəsində peyda olsam da, mənzilim hal-hazırda Bakının Avropa hissəsində yerləşir.

Beləliklə, əgər məhz mən İmam Mehdi-Xilaskar kimi tanınılsam, onda Xilaskara aid olan Nostradamusun 10-cu senturiyanın 75-ci katrenin Qavrilov tərəfindən edilmiş tərcüməsi

“Bir bu qədər gözlənilən heç vaxt qayıtmayacaq.

O Asiyada peyda olacaq, Avropada isə evdə olacaq” tamamilə həqiqətə uyğun olacaqdır.

Keçək Nostradamusun Dəccala aid kəhanətlərin araşdırılmasına. Həm Məhəmməd Peyğəmbər (s.a.s.), həm də Mişel Nostradamus bildirmişdilər ki, Dəccal öz əcəli ilə ölməyəcək, o öldürüləcək. Hal-hazırda Dəccalın, yəni Urusiyyətin prezidenti Putinin edamına qədər qalmış son bir neçə il ərzində fəaliyyətinin araşdırılması üçün Nostradamusun kəhanətlərinə müraciət edək.

Öncə xatırladım ki, Fransa kralı II Henrixə yazdığı məktubunda Nostradamus bir-birlərini ardıcıllıqla əvəzləyəcək üç Dəccal haqqında bəhs etmişdi. Müəyyən etdim ki, birinci Dəccal Sovet İttifaqının rəhbəri olmuş, dövlət tədhişi (dövlət terroru) sistemini tətbiq etmiş diktator İosif Cuqaşvili (təxəllüsü Stalin) olmuşdu. Stalinin silahdaşları onu 1953-cü ildə zəhərləyərək məhv etmişlər.

Nostradamusun təbirinə görə, “ikinci Dəccal” qismində, apardığım təhlilimə uyğun olaraq, Urusiyyətin prezidenti Putin çıxış edir. Nostradamusun kəhanətinə görə, prezident Putin 2028-ci ilin sonu - 2029-cu ilin əvvəlini əhatə edən müddət ərzində sui-qəsd nəticəsində devrilərək öz saysız-hesabsız cinayətlərinə görə edam ediləcəkdir.

Üçüncü Dəccalı Nostradamus “Cəhənnəm şahzadəsi” ifadəsi ilə təqdim edir. Nosrtradamusun kəhanətlərinə görə, üçüncü Dəccalın dövründə dünyada qanlı müharibələr 25-27 il ərzində davam edəcək ki, bu zaman dünya xarabalığa çevriləcək. Üçüncü dünya müharibəsi baş verməyəcinə görə, bu cür kürəsəl dağıntıların baş verəcəyi, zənnimcə, fövqəltəbii güç tərəfindən törədilə bilər. Bu fövqəltəbii güc isə ancaq kosmosdan gələ bilər. Yəni, üçüncü Dəccal insan ilə təmsil edilmir, kosmosdan gələcək bəlanın məcazi adıdır. Hesab edirəm ki, dünya miqyaslı dağıntılar törədə biləcək fövqəltəbii güc qismində Günəş sisteminə doğru hərəkət edən və keçmişdə dörd Qiyamət törətmiş Tifon adlı neytron ulduzu çıxış edə bilir. Yəni, hesab edirəm ki, Nostradamusun dediyi üçünçü Dəccal məhz bu Tifon neytron ulduzudur.

Düşünürəm ki, XXI əsrin 20-ci illərin sonlarında həmən Tifon ulduzu kosmosda aşkar ediləcəkdir. Dünya əhalisi bu hadisəyə öncə ciddi önəm verməyəcək. Lakin Tifon yaxınlaşdıqca onun nəhəng cazibə qüvvəsinin təsiri nəticəsində Yer kürəsində dağıdıcı zəlzələlərin sayı əsaslı surətdə artacağına görə bəşəriyyəti artıq qorxu, həyacan bürüyəcəkdir.

Gələcək beşinci Qiyamətin baş verəcək gününə qədər qalacaq bir neçə gün ərzində Tifon ulduzunun Yer kürəsinin səthinə nisbətən hərəkət trayektoriyasını mən hələ 2011-ci ildə Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosundakı məxfi informasiya dibində aşkar etmişdim. Bu tapıntının önəmi ondan ibarətdir ki, sonsuz kosmosda Tifon ulduzunun harada axtarılmasının imkanını yarada bilər.

Digər tərəfdən, müəyyən etmişdim ki, Tifondan ən çox ziyan Quzey Amerika qitəsinə dəyəcəkdir ki, nəticədə bu qitə məhv olacaq. Bu fəlakət haqqında Bakıdakı ABŞ səfirliyinə gedərək səfir cənab Riçard Morninqstara 31.07.2013 il tarixli məktub ötürdüm ki, məni qəbul etsinlər və baş verəcək fəlakətin təfsilatları ilə onları tanış edim. Lakin ABŞ səfirliyinin təpkisi sıfr oldu. Nəticədə bu fəlakətə hazırlaşması üçün ayrılan az müddətli zaman ABŞ üçün daha da azaldı. Görünür, bəşəriyyət yaxınlaşan beşinci Qiyamətin nə boyda kürəsəl qırğın faciəsi olacağını ancaq 30-cu illərdə anlamağa başlayacaqdır.

Məhz 30-cu illərdə qorxuya düşən xalqlar köç hərəkətlərə başlayacaqlar ki, nəticədə Qiyamətin ən ölümcül fəsadları ola biləcək ölkələrdən yüz milyonlarla insanların fərz etdikləri kimi Qiyamət dövründə daha az riski olacaq ölkələrə qaçmaları baş verəcək. Xalqların bu cür kortəbii köçü lokal müharibələrə səbəb ola biləcəkdir.

Ən dəhşətli dağıntılar, kütləvi qırğınlar məhz XXI əsrin ortasında baş verəcək Qiyamət zamanında müşahidə olacaqdır. Hərçənd Qiyamətdən sonrakı dövründə də baş verəcək lokal müharibələrin, əsasən kasıb ölkələrdə tüğyan edəcək aclıq, yoxsulluğun nəticəsində xeyli insan qırılacaqdır. Nostradamusun göstərdiyi kimi, üçüncü Dəccal ilə, yəni neytron ulduzu Tifon ilə əlaqəli olacaq vəhşət dövrü 25-27 il ərzində davam edəcək ki, bu da XXI əsrin 30-cu illərindən başlayaraq 50-ci illərinin sonuna qədər davam edəcək dövrə aid ola bilir. Nəticədə bəşəriyyətin üçdə ikisi məhv olacaq. Budur üçüncü Dəccal-Tifon ulduzunun bəşəriyyətə vuracaq ölümcül zərbələr.

Bəşəriyyətin itkiləri daha çox ola biləcək, əgər biz 2033-cü ildə Azəristan superdövlətini qurmasaq. Məsələ ondadır ki, Qiyamətdən dərhal sonra bütün dünya üzrə xilas işlərin əsas təşkilatçısı qismində çıxış etməsi tarixi missiyası Azəristan superdövlətinin üzərində olacaqdır.

Azəristanı təşkil edəndən sonra dərhal Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərargah mənzilini ABŞ-ın Nyu-York şəhərindən Azərbaycanın Bakı şəhərinə köçürülməsi işlərinə başlayacağıq. Axı müəyyən etdiyim mühüm amillərə görə Qiyamətin törədəcəyi Dünya zəlzələsi günündə dünyanın bəlkə də ən təhlükəsiz məkanı məhz Azərbaycanın Abşeron yarımadası olacaqdır.

BMT-nin Qərargahın Bakıda yerləşməsi dünya ölkələrin Qiyamət bəlasına hazırlıq işlərinə rəhbərliyi məhz Azəristan superdövlətinə həvalə edilməsi anlamına gələcəkdir. Bununla da həm Qiyamət baş verəcək zamanında, həm də ondan sonra yüzlərlə milyon insanın həyatı xilas olacaqdır.

Qayıdaq ikinci Dəccal Vladımır Putinin aqibətinə. İmperialist ruhlu urus xalqının rəğbətini qazanmaq üçün Putin öz başlıca vəzifəsini Sovet İttifaqının dağılmasından sonra tam suverenliyini bərpa etmiş postsovet ölkələri yenidən işğal edərək, zorla Urusiyyətə qatılmasında görür. Lakin bu siyasəti həyata keçirmək üçün Urusiyyətin gücü artıq kifayət etmir. Azı ona görə ki, keçmiş sovet respublikaların hərəsinin arxasında digər güclü ölkələr vardır. Məsələn, 2022-ci ilin yanvarında Qazaxıstanda üsyan etmiş qazaxlara qarşı urus qoşunu göndərmiş Putinin məqsədi güya prezident Tokayevə yardım etmək idi. Lakin əslində Putinin məqsədi Qazaxıstanı ilhaq edilməsi olmuşdu. Ancaq Putinin məqsədi baş tutmadı, çünki Çin təzyiq göstərərək Putini Qazaxıstana göndərdiyi ordunu dərhal çıxarılmasına məcbur etmişdi.

Odur ki, daha böyük işğal potensialını əldə etməsi üçün Putin 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı tam miqyaslı işğal müharibəsinə başladı. Putinin məqsədi Ukraynanın tam işğalından sonra ukraynalıları öz ordusuna qataraq digər keçmiş Sovet cümhuriyyətlərinin işğalına yönəltməsindən ibarət olmuşdur. Lakin bu müharibə Putinin strateji səhvi olmuş və onun hakimiyyəti üçün ölümcül amilə çevrilmişdir. Ukraynalılar öz dövlət müstəqilliyin müdafiəsinə qalxaraq Putinin bu xain, mənfur planlarını darmadağın edirlər. Nəticədə həm urus xalqının, həm də Putinin imperialist azarları üçün Ukrayna məzar olacaqdır.

Urusiyyət iqtisadiyyatı həm müharibə yükünü, həm də Batı ölkələrin iqtisadi, siyasi sanksiyaların ağırlıqlarını artıq daşıya bilmir. Nəticədə Putinin nüfuzu Urusiyyətdə və dünyada sürətlə çökməkdədir. Urusiyyətin iqtisadiyyəti çökür, xalqın həyat səviyyəsi sürətlə enir ki, nəticədə Putinə qarşı Urusiyyət xalqların nifrəti artmaqdadır. Bu sürəclər isə Putinin devrilməsinə yönələcək planların işə salınmasını labüd edir. Putinin nə zaman və hansı yolla devrilməsi haqda Nostradamus Fransa kralı II Henrixə yazdığı məktubunda bildirir.

Demək lazımdır ki, Ukraynaya qarşı 2022-ci ilin fevral ayında artıq tam miqyaslı müharibəyə başlayanda Putinin ümidi ona bağlı idi ki, Ukraynanı az müddət ərzində tam işğal edəcək. Putinin gözləntisinə görə, Batı ölkələri bu işğala göz yumacaq, çünki bu ölkələrin Urusiyyətdən alınan qaz və neft asılılıqları vardır. Bəli, Batı ölkələri müharibənin ilk mərhələsində etiraz səslərini ucaltmadılar, çünki Ukraynanın bu hücuma qarşı tab gətirəcəyinə onların ümidləri yox idi. Lakin Ukrayna ordusu, xalqı urus qoşununu Kiyev şəhərinin həndəvərindən geri püskürdəndən sonra Batı ölkələri Ukraynanın yardımına qoşulmağa başlamış və Urusiyyətdən olan neft və qaz asılılıqlarını artıq 2023-cü ildə tamamən ortadan qaldırmışlar. Bu haqda Nostradamusun kral II Henrixə yazdığı məktubunda deyilir: “Ölkələr başçıları və onların hərbi hakimiyyətləri ona qarşı qalxacaq və onun iki qılıncını əlindən alacaqlar”. Bu kəhanətdə Batı ölkələrin Urusiyyətin neft və qazından asılılıqları Urusiyyətin iki qılıncı kimi təsvir olunmuşdu. Bəli, Batı ölkələri Urusiyyəti bu iki qılıncından məhrum etdi.

Maraqlısı odur ki, Nostradamus ikinci Dəccalın, yəni Putinin, çökmə dövrünü Xilaskarın üzə çıxması dövrü ilə bağlayır. Kral II Henrixə yazdığı məktubunda “ikinci Antixrist” (ikinci Dəccal) ifadəsini işlədəndən sonra Nostradamus yazır: “Antixristin göstərilən çarlığı onunla təxminən eyni zamanda və digər şəhərdə doğulmuş başqa birisini bizlər tanımadığına qədər davam edəcək”.

Xatırladım ki, İmam Mehdi-Xilaskarın zühur edəcəyi yer Bakı şəhəridir. Bu cür zühura mən iddialı olduğuma görə, bildirməliyəm ki, mən və Putin eyni tarixi zamanında fəaliyyət göstəririk. Belə ki, yaşda mən Putindən cəmi bir il böyüyəm.

Beləliklə, Nostradamusa görə, zühur edəcək Xilaskarın dünya tərəfindən tanınma və bununla da qəbul etmə sürəci Dəccal Putinin çökmə dövrünə işarə edən meyar kimi qiymətləndirilə bilər.

Hal-hazırda XXI əsrin yaşadığımız 20-ci illərində bizim post-sovet ölkələr üçün mövcud olan siyasi durumu Nostradamus kral II Henrixə yazdığı məktubunda belə səciyyələndirir: “Əqidəli şəxslərin təqibi Doğu krallarla birləşmiş Quzey kralların hakimiyyətlərindən törənərək davam edəcəkdir”. Burada Doğu krallar altında indiki Mərkəzi Asiya və Qafqazın postsovet ölkələrində hakimiyyəti qəsb edərək xalqlara və mütərəqqi insanlara zülm edən qondarma, cinayətkar, korrupsioner “prezidentlər”-"şahlar" anlaşıla bilir. “Quzey krallar” qismində isə Urusiyyət və Belorusiya başçıları, yaxud cinayətkar “prezidentlər”-"krallar" Putin və Lukaşenko anlaşıla bilərlər. Bu cinayətkar şahlar-krallar birliyinin adı bugün "Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatıdı"-dır (KTMT) ki, onun çətiri altında qondarma bəhanələrlə Urusiyyət bu və ya diğər postsovet ölkələrin yeni işğallarını həyata keçirilməsinin niyyətindədir.

Nostradamus həmən kəhanətin davamında yazır: “Və bu cür təqiblər on bir il, yaxud bir qədər az müddət davam edəcək, çünki sonra Quzeyin əsas kralı çökəcək. Bununla da bu zorakı illər tamamlanacaq. Lakin onun güney müttəfiqi qalxaraq üç il ərzində öz xalqına daha böyük şiddətlə zülm edəcək”.

Nostradamusun bu kəhanətinin açıqlamasına keçək.

2018-ci ildə yenidən prezident seçilməsindən sonra Rusiya imperiyasının hərbi yolla bərpası planını Putin tərəfindən məhz həmən 2018-ci ildə tam miqyasda işə salınmasını nəzərə alsaq və bu tarixə “on bir il, yaxud bir qədər az ” müddət əlavə etsək, onda aydın olacaq ki, Putin iqtidarının tam çökməsi və sonu 2028-ci ilin axırı-2029-cu ilin əvvəlində baş verəcəkdir.

Bəs ikinci Dəccal Putinin hakimiyyəti konkret olaraq hansı üsulla sona çatacaq? Bu haqda Nostradamus kral II Henrixə yazdığı məktubunda yazır: «Rəhbər və hakim ortadan atılmış və havada asılmışdır. Onun xəbəri yox idi ki, ikinci Trasibul qiyamçılarla sövdələşərək uzun müddət ərzində çevriliş hazırlığını istiqamətləndirirdi». “İkinci Trasibul” ifadəsində Nostradamus məcazi mənada “birinci Trasibulun” əməlini “ikinci Trasibul” tərəfindən təkrarlanmasına işarə edir.

“Birinci Trasibul” miladdan əvvəl V-IV əsrlərdə yaşamış yunan sərkərdəsidir. E.ə. 404 ildə çevriliş nəticəsində Afinada oliqarxlar hakimiyyətə gələrək demokratiyaya son qoymuşlar. Buna cavab olaraq “birinci Trasibul” demokrat qüvvələrə rəhbərlik edərək oliqarxları devirir və Afinada demokratiyanı bərpa edir.

Mahiyyətcə oxşar əməlləri etməklə bizim dövrün “ikinci Trasibulu” Urusiyyətdə saray çevrilişi yolu ilə demokratiyanı bərpa edəcək. Bu gələcək çevriliş nəticəsində oliqarx-prezident Putin “havada asılmış olacaq”, yəni asılmaqla edam ediləcək.

Bununla da ikinci Dəccalın Urusiyyətdə qurduğu xalqlar dustaqxanasının tamamilə çökməsi sürəcinə start veriləcək. Xalqların Urusiyyətdən demokratik yolla azadlığa çıxacaqları üçün şərait yaranacaq, yəni indiki Urusiyyətin milli cümhuriyyətləri dinc yolla öz daxilində referedumları keçirməklə Urusiyyət Federasiyasının tərkibindən çıxaraq tam suveren ölkələr qismində Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni üzvləri olacaqlar.

Keçək ikinci Dəccalın yanında yer almış “güney müttəfiqinin” aqibətinə. Diktator Putin 2029-cu ildə cəhənnəmə vasil olandan sonra ikinci Dəccalın “güney müttəfiqi” azğınlaşaraq “üç il ərzində öz xalqına daha böyük şiddətlə zülm edəcək”. İkinci Dəccalın “güney müttəfiqi” qismində çıxış edən ölkə İrandır. İndiki Ukrayna-Urusiyyət müharibəsində Urusiyyət işğalçının tərəfində müttəfiq kimi çıxış edən İran imperialist Urusiyyətə silah satır, hərtərəfli siyasi dəstək verir. Bununla da İranın molla rejimi islam təliminin əsas prinsipi olan “ədalətli davranış” tələbinə məhəl qoymayaraq, islamın mahiyyətinə xəyanət etmiş olur.

Kral II Henrixə yazdığı məktubunda Nostradamus qeyd edir: “Üçüncü guzey kralı öz xalqının hönkürtüsünü eşidərək çox qüdrətli ordu yığacaq və əcdadların, yaxın əqrəbaların dərələri ilə keçərək haqq-ədaləti bərpa edəcək.”. Burada “Üçüncü güzey kralı” qismində Quzey Azərbaycanın gələcək başçısı İmam Mehdi çıxış edir. Onun tərəfindən göndərəcəyi ordunun güney istiqaməti isə İrandır. Bu yürüşün nəticəsində İran xalqları qudurmuş, harınlaşmış, mürtəce rejimdən azad olacaqlar. Putin hakimiyyətinin çökəcəyi 2029-cu ilə qeyd olunmuş üç ili də əlavə etsək, onda İrana həmən yürüşün 2032-ci ildə baş verəcəyini proqnozlaşdırmaq mümkündür.

Nostradamus düz göstərir ki, “üçüncü guzey kralı öz xalqının” yardımına çatacaqdır, yəni bu “kral” qismində zühur edəcək həqiqi İmam Mehdinin (yəni, mənim) azərli nəsli Güney Azərbaycandandır. Odur ki, həqiqi İmam Mehdi həm Quzey Azərbaycanın, həm də Güney Azərbaycanın nümayəndəsi, Azərbaycan Cümhuriyyətini, İranı, Türkiyəni vahid Vətən edəcək 100 milyonluq Azər xalqının övladıdır. İmam Mehdinin də əsas vəzifələrindən birisi bu vahid Vətəni yenidən bərpasını təmin etməkdən ibarətdir.

Keçək təklif etdiyim konfederativ Azəristan superdövlətinə aidiyyəti ola biləcək Nostradamusun katrenlərinin araşdırılmasına. Bu məqsədlə öncə 2-ci senturiyanın 88-ci katrenin mahiyyətini təhlil edək:

“Ulu miqyaslı dağıdıcı hadisənin hərəkətlər zənciri.

Yeddilərin adı beşincidən əmələ gələcək.

Üçlərdən ən qüdrətlisi yadellidir, müharibə qızışdıran.

Mouton, Paris, Eks-ə zəmanət yoxdur (ulu dağıdıcı hadisədən).”

(Нострадамус. Расшифровка пророчеств. https://300-log.forum2x2.ru; azəricə tərcüməsi – Nostradamus. Kəhanətlərin deşifrəsi.).

Bu katrendə yaxınlaşan Qiyamətlə əlaqəli olacaq XXI əsrin 30-cu və 40-cı illərində önəmli hadisələrdən bəhs edilir. Kəhanətin birinci sətirdəki “Ulu miqyasda dağıdıcı hadisənin hərəkətlər zənciri”, məncə, məhz Qiyamətə aidiyyəti vardır. Daha doğrusu, Qiyaməti törədəcək neytron ulduzu Tifonun Günəş sisteminə yaxınlaşdıqca, onun Günəş sisteminin səyyarələrinə, o cümlədən, Yer kürəsi səyyarəmizə qarşı dağıdıcı təsirlərin artmasına və onların şiddətlənməsinə işarə edilir, çünki bu sətirdə “Ulu dağıdıcı hadisədən” törənən “hərəkətlər zənciri” qeyd olunur.

İkinci sətirdə 2033-cü ildə yaranacaq və tərkibində Azərbaycan Cümhuriyyəti, İran və Türkiyə olacaq yeni konfederativ superdövlətdən bəhs olunur. Bu superdövlətin əhalisinin 60 % Azər xalqından ibarət olduğuna görə onu “Azəristan” adlandırılmasını mən təklif etmişdim.

Gələcək konfederatif superdövlətinin “Azəristan” adının əsaslı olmasını göstərən digər sanballı tarixi səciyyə daşıyan səbəblər də vardır.

Birincisi, nəzərə almalıyıq ki, Azərbaycanın qədim tarixi dövrünə aid olmuş bizim Midiya superdövlətimizə miladdan əvvəl 8-7 əsrlərdə azsaylı gəlmə fars tayfaların sonradan sayca xeyli artması halı əsasən farsaların tərkibinə qatılmış azərli türklərin zərdüşt dininə etiqad etmiş hissənin sayəsində baş vermişdir. Odur ki, indiki İranda fars qövminin əksəriyyəti tarixən farslaşmış azərlilərdən ibarətdir ki, məhz buna görə də farslar azərlilərin kaspi antropoloji qrupuna daxildirlər.

İkincisi, qədim Böyük Azərbaycan ərazisindən hələ e.ə. 3-cü minillikdə fəal surətdə çıxmağa başlamış Azər xalqının elləri əhalisi çox seyrək olmuş Avrasiya məkanında yayılaraq, Doğuda indiki Sibirdən və Mərkəzi Asiyadan başlayan, Batıda isə Anadolu və Balkanlara qədər uzanan ərazidə türk dünyasının təməlini qoymuşlar.

Üçüncüsü, azərlilər Anadoluda hələ miladdan öncə 2-ci minillikdə öz “Asiya” (azəricə “As/Az-lar ölkəsi” mənasındadır) adlı dövlətini qurmuşlar. Miladdan öncə 1-ci minillkidə Azər elləri Anadoluda müxtəlif dövlətlər qurmuşlar. Nəhayət, Anadoluya orta əsrlərdə qayıtmış türk tayfaları qurduqları öncə Səlcuq dövlətin, sonra isə Osmanlı imperiyasının qismində əslində oradakı qədim Azər dövlətlərini bərpa etmişlər.

Dediklərimdən belə çıxır ki, 2033-cü ildə təşkil ediləcək konfederativ Azəristan superdövlətin əhalisinin qanında Azər xalqının qanı 60 % deyil, xeyli dərəcədə daha çoxdur. Beləliklə, bu gələcək superdövlətin adını “Azəristan” qoyulmasına bizim tam tarixi haqqımız vardır.

2040-cı ilə qədər dörd ölkənin də Azəristana qatılması onu təşkil edəcək ölkələrin sayını yeddiyə çatdıracaqdır. Bu yeddi ölkələri onların əhalisinin sayına görə sırada yerləşdirsək, onda bu sıra belə olacaq: Türkiyə, İran, İraq, Suriyənin sünni hissəsi, Azərbaycan Cümhuriyyəti, Türkmənistan və Gürcüstan. Gördüyümüz kimi, bu sırada beşincə yerdə Azərbaycan Cümhuriyyətidir. Beləliklə, yeddi ölkənin ümumi konfederativ superdövlətin “Azəristan” adı bu ölkələrin göstərilmiş siyahısında beşinci yerdə olan ölkənin “Azərbaycan” adına münasibəti vardır ki, bu hal da katrenin ikinci sətirində “Yeddilərin adı beşincidən əmələ gələcək” əksini tapmışdı. Hərçənd, həm “Azəristan” və həm də “Azərbaycan” adların törənişi 100 milyonluq “Azər” xalqının adına bağlıdır. Gördüyümüz kimi, bu katrendə Nostradamus dolayı yolla bizə həm Azərbaycandan, həm də konfederativ Azəristan superdövlətindən xəbər vermişdi.

XXI əsrin 40-cı illərində öz hərbi potensialına görə dünyada üç superdövlət olacaqdır - Çin, Urusiyyət və Azəristan. Yaxınlaşan Qiyamətdən qorxaraq Çin öz əhalisini Turanda, Urusiyyətdə yerləşdirilməsinə cəhd edəcəkdir ki, bu da türk dünyasının mövcudluğu üçün təhlükəlidir. Çinin həqiqi əhalisi göstərilən 1,5 milyarddan iki dəfə az olsa da, lakin yenə də Çinin əhalisi iridir. Odur ki, Çinin türk dünyasına və Urusiyyətə yönələ biləcək demoqrafiq təcavüzünə yol vermək olmaz. Çünki yüzlərlə milyon çinlilərin bizim ərazimizə köçməsi türk dünyasının, Urusiyyətin məhv olması deməkdir. Çinin öz əhalisini bizim Turana köçməsinə izn vermədiyimizə görə, Çinin öz əhalisini Turanda zorla yerləşdirilməsi istəyi artacaqdır.

Neytron ulduzu Tifonun Günəş sisteminə yaxınlaşdıqca, Çinin hərbi yolla Mərkəzi Asiyanı işğal etməsi niyyətinin gerçəkləşdirilməsi ehtimalı artacaqdır ki, bu da onun bizə qarşı müharibə təhlükəsini yüksəldəcəkdir. Odur ki, bunun qarşısının alınması üçün gələcəkdə Azəristan və Urusiyyət hərbi ittifaq quracaqlar. Yeri gəlmişkən, bu ittifaqın yaradılması Salvador Dalinin göstərilən rəsm əsərində də əksini tapmışdır ki, bu haqda aşağıda söz açılacaq.

Tarixə nəzər salsaq, görərik ki, əsl urus xalqı türk mənşəli xalq olmuşdur. Avroasiyanın indiki Urusiyyət hissəsində slavyanlar tarixən mövcud deyildirlər. İndiki Urusiyyətin mərkəzində və güneyində türk elləri hələ orta əsrlərdə üstünlük təşkil etmişlər. Moskvadan quzeydə isə əsasən fin-uqor xalqları yaşamışlar. Bolqarıstandan gətirilimiş slavyan dili və pravoslav dini XVIII əsrdən başlayaraq, öncə fin-uqorlar arasında əsasən dinc yolla, lakin sonra türk elləri arasında daha şiddətli tərzdə, zorakılıqla, işkəncələrlə yayılmışdı. Nəticədə Urusiyyətdə türk və fin-uqor ellərdən təşkil olunmuş slavyan dilli süni mənşəli urus xalqı yaradılmışdır (hərçənd “urus” və yaxud “rus” etnonimləri tarixən türk elinin adıdır).

Yəni, Urusiyyət tarixən əsasən bizim türk torpağımızdır. Odur ki, gələcəkdə Urusiyyətdə türk dilinin bərpasına, islam dininin yayılmasına yönələcək Azəristanın münasib fəaliyyəti geniş vüsət alacaqdır. Nəticədə türk köklərinin bərpası ilə, islama keçməsi ilə məşğul olacaq uruslar bizim Türk İttifaqına daxil olmağa hazır olacaqlar.

Beləliklə, göstərilmiş bu "üçlər" arasında "yadelli" tərəf kimi məhz Cin cıxış edir. 40-cı illərin ortasında Mərkəzi Asiya istiqamətində Çin tərəfindən baş verəcək hərbi təcavüzün dəf edilməsi üçün Urusiyyətin Türk dünyasına daxil olması daha münbit şəraitin əldə edilməsində mühüm şərtdir. Dedyim olaylar göstərilən katrenin üçüncü sətirində əksini tapmışdı: “Üçlərdən ən qüdrətlisi yadellidir, müharibə qızışdıran”. Burada üçlər qismində Azəristan, Urusiyyət və Çin nəzərdə tutulur. “Müharibə qızışdıran yadelli” tərəf kimi isə Çin çıxış edir.

Keçək katrenin dördüncü sətirin təhlilinə: “Mouton, Paris, Eks-ə zəmanət yoxdur (ulu dağıdıcı hadisədən)”. Bu sətirdə Nostradamus ona doğma olan Fransanın Qiyamət dövründə hansı əsas məhvedici bəla ilə qarşılaşacağından yazmışdı.

Mouton kommunası Fransanın batısında Biskay körfəzinin yaxınlığında yerləşir. Nostradamusun katrenində Parisin deyil, Lutece məskənin adı çəkilir. Lakin Lutece məskəni qədim dövrdə indiki Paris şəhərinin yerində olduğuna görə katrendə Paris şəhəri nəzərədə tutulur. Katrenin orijinalında “Aix” yer adı yazılmışsa da, lakin onu indi “Eks” şəklində təsvir edirlər. “Eks” isə Fransanın güney-doğusunda Marsel şəhərinin yaxınlığında olan Eks-an-Provans şəhərin qısaldılmış adıdır ki, o da Aralıq dənizinin sahilinə yaxın yerdə yerləşir.

Beləliklə, katrenin dördüncü sətirində bildirilir ki, Fransanın batısına (Mouton), ortasına (Paris) və güney-doğusuna (Eks) gələcək beşinci Qiyamətin dağıdıcı təsirlərindən qorunması üçün zəmanət yoxdur. Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərindən görmək olur ki, Qiyamət zamanı Fransanın əsasən batı nahiyələri suyun altında qaldığına görə ölkə ərazisi xeyli daralacaqdır. Odur ki, ən azından Biskay körfəzinin yanında yerləşən ərazilərdən əhalini ölkənin iç və doğu nahiyələrinə köçürülməsi işlərinə artıq başlamaq lazımdır.

Mişel Nostradamusun həm Tifon neytron ulduzu, həm də onun tərəfindən törədiləcək beşinci Qiyamət haqqında qiymətli məlumatlar diğər kəhanətlərində də təqdim edilir. Nə yazıq ki, Nostradamusun şifrələnmiş kodunu bilmədiklərinə görə tədqiqatçılar beşinci Qiyamət haqqında bu informasiyaları əldə edə bilmədikləri üçün, bizə öz yanlış fantaziyalarını təqdim edirlər.

Mişel Nostradamus Fransa kralı II Henrixə yazdığı məktubunda Azəristan superdövlətin yaranması və fəaliyyəti haqqında şifrələnmiş məlumatlar yerləşdirmişdi. 2023-cü ilin sonunda mən sosial şəbəkədə həm azəri, həm də urus dilində eyni araşdırmamı yerləşdirmişdim. Bu “PEYĞƏMBƏR MİŞEL NOSTRADAMUS FƏLƏSTİN-İSRAİL MÜHARİBƏSİNİN GEDİŞATI VƏ NƏTİCƏLƏRİ HAQQINDA” (https://dzen.ru/a/ZU_cqa_Dby0K3i3-) adlı araşdırmamda isbat olunur ki, İsrail bu müharibədə islam orduları tərəfindən darmadağın olaraq yer üzündən silinəcək. Müharibənin gedişatı 122-ci epistoladan (Nostradamusun Fransa kralı II Henrixə bu məktubu şeir tərzində yazılmış kiçik hissələrə-epistolara bölünür) 134-cü epistolaya qədər təsvir edilmişdir. Bu müharibədən sonra dünyada yaranacaq siyasi vəziyyəti təsvir edən 135-139-cü epistolar əsasən Azəristan superdövlətinin fəaliyyətini təsvir edir. Təhlilimin həmən hissəsini burada təkrarlayıram.

Bu müharibə tamamlanandan sonra Yaxın Doğu ölkələrində geniş yeniləşmə, çağdaşlaşma sürəclərinə start veriləcəkdir. Belə ki, Yaxın Doğu ölkələrində 2040-cı ilə qədər bütün monarxiya və diktatura rejimləri ləğv ediləcək, əvəzində isə demokratik quruluşlar tətbiq olacaq.

Ep 135 İlahi, sonradan səltənətlərin hökmdarları və şahzadələri

nə cür böyük təzyiqə məruz qalacaqlarlar, ələlxüsus onlardan o kəslər ki,

dənizin yaxınlığında və ondan

Ep 136 doğu tərəfdə yerləşirlər, boyük cəmiyyətdə onların [xalqların] dilləri qarışacaqdır;

latın xalqların dilləri və ərəblərin dilləri

quzey Afrikadakı qarşılıqlı təmas sayəsində qarışacaqdır. Və bütün bu

Ep 137 doğu hökmdarlar qovulacaqlar, darmadağın olacaqlar və məhv ediləcəklər

bir o qədər də quzey hökmdarların gücü sayəsində deyil,

lakin yaxınlaşmaqda olan

Ep 138 bizim əsrin sayəsində və gizlincə birləşmiş üçlük vasitəsilə ki, onlar bir-birlərinə

qarşı pusku vasitəsilə qarşılıqlı hücumlardan istifadə edirlər;

Ep 139 və bu triumviratın yeniləşməsi yeddi il davam edəcəkdir; hərçənd

bu birliyin təsiri bütün dünyaya yayılacaqdır.

Epistolarda göstərilən kimi, Yaxın Doğu ölkələrində baş verəcək köklü dəyişikliklər sürəcində müəyyən rolu “qüzey hökmdarları”, o cümlədən Urusiyyət, oynaya biləcəklər. Lakin Yaxın Doğudakı baş verəcək çağdaşlaşmanın əsas təkanverici qüvvəsi qismində bu bölgənin üç aparıcı aktoru: Türkiyə, İran və Azərbaycan Cümhuriyyəti triumvirat kimi çıxış edəcəklər (Ep 138 - Ep 139). Qövmi tərkibinə görə əsasən Azər xalqından ibarət olan bu üç ölkə eyni vaxtda həm gizlincə əməkdaşlıq edəcəklər, həm də Yaxın Doğuda təsir uğrunda bir-birləri ilə rəqabət aparacaqlar. Bir tərəfdən, Azərbaycan və Türkiyə, digər tərəfdən isə, İran arasında baş verəcək bu cür əməkdaşlıq və kəskin rəqabət durumu bu üçlük arasında onların 2033-cü ildə mərkəzi Bakı şəhərində olmaqla yeni konfedreativ Azəristan superdövlətində birləşməsinə qədər davam edəcək.

Onu da bildirim ki, məhz bu Azəristan superdövlətin 2033-cü ildə yaradılma tarixi Nostradamusun yazdığı kimi “bizim əsrin”, yəni, bəşəriyyətin “qızıl əsrin”, daha dəqiq desək, Nostradamusun hesablamalarına münasib olaraq, dünyanın yaranmasından 7-ci minilliyin başlanması tarixi olacaqdır.

Azəristan superdövlətin rəhbərliyində bu üç birləşmiş ölkələrin nümayəndələri arasında intriqalar davam edəcəksə də, lakin bu üç ölkədəki Azər qövmlərin arasında qarşılıqlı yaxınlaşma gücləndikcə həmən rəqabətlilik münasibətləri tədricən sönəcəklər. Bununla yanaşı Azəristanın tərkibi Azəristana daxil olacaq ölkələrin – Türkmənistanın, Gürcüstanın, İraqın və Suriyanın sünni hissəsinin hesabına genişlənəcəkdir. Həmən “triumviratın” bu cür “yeniləşməsi yeddi il davam edəcəkdir” (Ep 139), yəni, 2040-cı ilə qədər.

40-cı illərdə isə Azəristan konfederasiyası dünyanın aparıcı qüvvəsi kimi münasib beynəlxalq qüdrətini əldə etməyə başlayacaqdır ki, bu da Ep 139-da öz əksini tapır: “bu birliyin təsiri bütün dünyaya yayılacaqdır”.

Həmən birliyin aparıcı qüvvəsi olacaq 100 milyonluq Azər xalqının adını Nostradamus Ep 186 - Ep187-də “Azoarains” şəklində təqdim etmişdir. Təssüflər olsun ki, bəzi şərhçilər bu adı təhrif edərək onu “Fələstinlilər” kimi təqdim edirlər, məsələn, Nostradamusa aid mətnlərin yozmaları ilə məşhurlaşan ingilis tədqiqatçısı John Hogue kimi. Nostradamusun kral II Henrixə ünvanlanmış məktubunda yazılır ki, “Azoarains”-lar: “zəhərli şirnikləndirici işlərlə bala acı səfra qatmaq istəyində olmuşlar ki, bu da yeddinci minilliyə yaxın müddətdə baş verəcək, yəni, o zaman ki, İsa Məsihin müqəddəs ismi quzeydən gələcək inamsızların taptağları altında daha qalmayacaq. Dünya isə ulu yanğına yaxınlaşacaqdır”. Beləliklə, Nostradamusun məktubunda bəhs olunan hadisələr “ulu yanğının yaxınlaşacaq” zamanında, yəni Qiyamətin ərəfəsində baş verəcəkdir. Bəli, bəşəriyyət hal-hazırda artıq baş verəcək beşinci Qiyamətin ərəfəsi dövrünü yaşamaqdadır.

Bəs “Azoarains”-ların “şirnikləşdirici işləri" nədir? Bu işlər Azərbaycanda, sonra isə Azəristan superdövlətində baş verəcək yeni tənmayadarlıq ictimai quruluşun inşası ilə əlaqəlidir. Həmən tənmayadar quruluşu Azəristanda yaşayan xalqlara az müddət ərzində elə bir yüksək həyat səviyyəsini təqdim edəcək ki, dünyanın ilk növbədə geridə qalmış ölkələr tənmayadar quruluşa keçməyə meyl göstərəcəklər.

“Azoarains” kəlməsi üç hissədən ibarətdir: qövmi (etnik) ad “Azoar”, şəkilçilər “-a” və “-ins”. “Azoar” qövmi adı əslində “Azər” qövmi adıdır. Fransız əlifbasında “-ə” hərfi yoxdur, fransız tələffüzündə “-ə” səsi, foneması yoxdur. Odur ki, ekstrasens seansları ərzində gələcəyə dalmış Mişel Nostradamus izlədikləri gələcək dövrün səhnələrində eşitdiyi “Azər” qövmi adındakı “-ə” səsini fransız dilinin tələffüzünə uyğun olaraq ikili “-oa” səslə əks etdirmişdir ki, bu da əsl Azər tələffüzünə nisbətən yaxındır. Çünki “-ə” səsini ifadə edəndə azərlilərin dodaqların mövqeyi “-e” və “-a” iki fonemlərin dodaq mövqelərin arasında olan orta mövqeyində olur.

Fransız dilində “-a” şəkilçisi azəri dilindəki “-li” mənsubiyyət şəkilçisinə münasibdir; "-ins” şəkilçisi isə cəmi bildirən bizim “-lər” şəkilçisinə uyğundur.

Beləliklə, Mişel Nostradamusun təqdim etdiyi “Azoarains” qövmi adı əslində bizim qövmimizin “Azərlilər” adıdır.

Göründüyü kimi, Nostradamus öz kəhanətlərində kodlaşdırılmış qaydada işarə etmişdir ki, dünyanın yaradılışından sonra yeni 7-ci minilliyin birinci ili gələcək Azəristan superdövlətinin yaradılış ili, yəni 2033-cü il olacaqdır. Nostradamusun bu işarələrin deşifrəsini ilk dəfə mən təqdim etmişəm.

Həmçinin Nostradamus Tifon adlı neytron ulduzu tərəfindən XXI əsrin ortasında törədəcəyi Qiyamətin Yer səyyarəmizə dağıdıcı təsirlər haqqında da məlumatlar vermişdir. Belə ki, Nostradamus Qiyamətin baş verəcəyi ildə qeyri-adi, məxsusi təbiət hadisələrin zəncirinin təsvirini kral II Henrixə yazdığı məktubunda təqdim etmişdir: “Bu baş verənə qədər Dünya yaranandan hələ bu cür qeyri-müəyyən və daha tünd olacaq Günəş tutulması baş verməyəcəkdir ... və oktyabr ayında hansısa ulu hərəkət və [Yer kürəsinin] köçürülməsi, və bunlar elə qaydada baş verəcək ki, hamı düşünəcək ki, sanki Yer öz təbii hərəkətini qeyb etmiş, və o [Yer kürəsi] əbədi və sonsuz zülmətin uçurumuna qərq olur; önləyici əlamətlər isə yazda olacaq və sürətli ardıcıllıqla baş verəcək qeyri-adi dəyişiliklər, ondan sonra krallıqlarda tam çevriliş, güclü zəlzələlər baş verəcək”.

Beləliklə, Qiyamətin baş verəcəyi ilin yazında müşahidə olunacaq ilk önləyici əlamətlər qismində “krallıqlarda tam çevriliş” hadisələri baş verəcək. Zənnimcə, o dövrə qədər hələ mövcud olacaq bəzi mürtəce rejimlər xalqların tənmayadar inqilablar vasitəsilə devriləcəklər ki, onların ölkələrində Qiyamət ərəfəsi dövrdə xilaskar tənmayadar quruluş tətbiq edilsin. Qatil neytron ulduz Tifonun Günəş sisteminə artıq bilavasitə yaxınlaşması digər səyyarələrdə olduğu kimi, Yer kürəsində də güclü zəlzələlərlə müşahidə olunacaqdır. Qiyamətin bilavasitə yaxınlaşmasının digər əlaməti Günəşin qeyri-adi qaydada tutulması olacaqdır.

Nəhayət, oktyabr ayında Qiyamət baş verəcəkdir, Yer nüvəsi tərəfindən Yer kürəsinin mantiyasına endiriləcək güclü zərbənin nəticəsində Dünya zəlzələsi baş verəcək, Yer kürəsinin özü isə kosmosda kəllə-mayallaq aşacaq: “sanki Yer öz təbii hərəkətini qeyb etmiş, və o [Yer kürəsi] əbədi və sonsuz zülmətin uçurumuna qərq olur”.

Əgər bu cür dəhşətləri saçacaq beşinci Qiyamət fəlakəti zamanında və ondan sonra Azərbaycan Cümhuriyyətinin Azər xalqının indiki gənc və orta nəsilləri xilas olmaq istəyirlərsə, onda hamı bilməlidir ki, nicat yoluna qədəm qoymaq üçün məhz XXI əsrin indiki 20-ci illərin zamanında təcili demokrat, azadlıq inqilabın sayəsində hakimiyyəti milli, mütərəqqi qüvvələrə qaytarılmasına kəskin ehtiyac var. Hakimiyyət nə qədər tez məhz indi Azərbaycanın milli, mütərəqqi, demokrat qüvvələrin əlinə qaytarılacaqsa, bizim həm dəhşətli Qiyamətdən, həm də ondan sonrakı çox ağır dövründən sağ çıxma şansımız bir o qədər daha yüksək olacaqdır.

SALVADOR DALİNİN RƏSM ƏSƏRİNDƏ İMAM MEHDİ-XİLASKARA VƏ QİYAMƏTƏ AİDİYYƏTİ OLAN SİRRLƏR

Yuxarıda bəhs etdiyim 1998-ci ilin payızında qeyri-adi, ezoterik qaydada mənzilimə təşrif buyurmuş ruhlar aləminin nümayədələri ilə görüşməsindən sonra mənim özümün kim olması sualıma beynim cavab axtarmağa başlamışdı.

Nəhayət, 1999-cu ilin yanvarın 5-də səhər yarıyuxulu, mürgülü vəziyyətdə olarkan mənə vəhy şəklində “Yeni insan” səsli ifadəsi ilə cavab nazil edildi ki, mən “Yeni insan”-am.

Həmən “Yeni insan” ifadəsini mən 2011-ci ilin iyun ayının 11-də yerli “Lider” televiziya kanalında getmiş “Sirli aləm” verilişində ilk dəfə gördüyüm Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərinin adında müşahidə etdim.

Biz, azərlilər, üçün bu tablonun əsas intriqası ondan ibarət olmuşdur ki, orada təsvir edilmiş Yer kürəsinin xəritəsində “Yeni insanın” doğuluşu yeri qismində Azərbaycanın Abşeron yarımadası göstərilmişdir. Bu vəziyyət məni maraqlandırdı və həmən tablonun təhlilini aparılmasına yönəltdi. Nəticədə ilk dəfə mən Salvador Dalinin bu rəsm əsərində gizli informasiya dibini aşkar etmişdim ki, həmən informasiya dibindən heç Salvador Dalinin özünün də xəbəri yox idi.

Maraqlısı odur ki, Salvador Dali yazdığı rəsm əsərlərin adlarını öncədən deyil, tabloların çəkməsini tamamlanandan sonra verirmiş ki, bunun üçün o ezoterik üsüllardan istifadə edərək vəhyin gəlməsini gözləyirdi. Yəni çəkdiyi həmən tablo üçün “Yeni insan” ifadəsi Salvador Daliyə gəldiyi vəhydən əmələ gəlmişdi. Vəhy göndərən kimdir? Düşünürəm ki, vəhy fövqəltəbii güvvələrdən nazil edilir.

Salvador Dalinin fövqəltəbii güvvələrlə bu cür təmaslar təsadüfi deyildir. Məsələ ondadır ki, XX əsrin məşhur İspan rəssamı Salvador Dalinin yaradıçılıq üslubu sürrealist tərzinə mənsubdur. Sürrealistlər rəsm əsəri çəkərək öncədən hansısa plan üzrə hərəkət etmirlər. Onlar süjetləri vəhy yolu ilə, onlar üçün bəlli olmayan kənar mənbədən almağa tuşlanırlar. Bunun üçün onlar təsəvvüf üsullarından faydalanırlar. Salvador Dali sürrealizmə müraciət etsə də, lakin öz yaradıcılığında planlı ünsürləri də tətbiq edə bilirdi. Bununla belə, çəkdiyi süjetlərin qaynağını əldə etməsi üçün Dali özünü öncə kənar fövqəltəbii informasiya sahələrinə kökləyirdi. Bu cür qeyri-adı psixoloji halətə düşən Nostradamus özü də tam anlamadan, zənnimcə, yadplanetlilərin və yaxud Axirət aləmin informasiya sahələrinə daxil ola bilərdi.

Azından həm yadplanetlilər, həm də Axirət ruhları öz növbəsində Salvador Dalidən robot kimi istifadə edərək, onun çəkdiyi rəsm əsərlərinə həm istədikləri süjetləri tətbiq edə bilirdilər, həm də Dalinin tabloları çəkən zaman, zənnimcə, Dalinin görmə aparatından istifadə edərək, rəsm əsərinə əlavə gizli informasiya dibini tətbiq edə bilirdilər. Yəni Salvador Dalinin xəbəri olmadan yuxarıda göstərilmiş tablonu çəkən zaman rəsm əsərinin içinə fövqəltəbii qüvvələr tərəfindən (həm Axirət aləmi, həm də yadplanetlilər) məxfi informasiya dibi tətbiq edilmişdir. Salvador Dalinin burada təhlil edəcəyim “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosunun içində məxfi informasiya dibini ilk dəfə mən aşkar etmişdim. Düşünürəm ki, Salvador Dalinin bu rəsm əsəri yaxınlaşmaqda olan beşinci Qiyamətlə əlaqədar bəşəriyyətə fövqəltəbii qüvvələr tərəfindən göndərilmiş ciddi xəbərdarlıq ismarıcı kimi qiymətləndirilə bilər.

Salvador Dalinin bu tablosunda kəşf etdiyim məxfi informasiya dibinin təhlili nəticəsində orada gələcək Qiyamətə aid olan informasiyaların da ilk dəfə açılması mənə nəsib olmuşdur (Azər Həsənli. “Azər xalqının ulu gələcəyi və dünyanın sabahı. Və yaxud ispan rəssamı Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” əsərinin gizli mətləbləri”. “Vətəndaş Həmrəyliyi” qəzeti, Bakı, 2011, № 31-39). Bəşəriyyət üçün fövqəltəbii qüvvələr tərəfindən göndərilmiş bu ismarıcın ən dəyərli və önəmli hissələri İmam Mehdi-Xilaskara və XXI əsrin ortasında baş verəcək Qiyamət fəlakətinə aidiyyəti olan sirrlərdən ibarətdir.

Salvador Dalinin tablosunun vasitəsilə “Yeni insanın”, yəni Xilaskarın, kodlaşdırılmış adını da müəyyən etmək mümkün olmuşdur ki, buna burada aydınlıq gətirirəm. Dalinin tablosunda “Yeni insan” yarılmış Yer kürəsinin içindən çıxmaq üzrədir. Odur ki, onun bədən hissələri görünməkdədir. Ezoterikada insan bədəninin əsas hissələri dörd təbiət qüvvələri ilə uyğunlaşdırılır. Bu cür uyğunluq da tabloda müşahidə olunur. Lakin bunun tam təhılilini burada verməyəcəm, çünki bu çox yer tutacaq.

Bədənin əsas dörd hissəsindən biri olan insanın başı ilə təbiətin dörd qüvvəsindən biri olan od arasında ezoterik bağlılığı əsasında tabloda şifrələnmiş halda təqdim edilmiş “Yeni insanın” adını müəyyənləşdirəcəyəm.

İnsanın zahirən tanınması üçün onun başı, yəni kəllə ilə üzü, və onun ismi əsas rol oynayırlar. İnsan kəlləsinin forması həmçinin üzün quruluşuna təsiri vardır. İnsanın kəlləsi uzunsovdursa (dolixokefal), onun üzü nisbətən dar formada olacaq, əgər kəllə qısadırsa (braxikefal), onun üzü enli formada olacaq.

İnsanın başı ezoterikada od təzahürü ilə assosiasiya edilir. Başqa sözlə desək, ezoterikada insanın başı adətən od anlayışı ilə eyniləşdirilir. Bu mənada “Yeni insanın” ismi od anlayışı ilə əlaqəli ola bilər.

Nəzərə almalıyıq ki, şəxsiyyətin eyniləşdirilməsi üçün insanın kəlləsi ilə üzü və onun adı vəhdət təşkil edirlər, çünki onlar birgə qaydada konkret insanı müəyyənləşdirirlər. Lakin tabloda “Yeni insanın” üzü təsvir edilmədiyinə görə, onun adının müəyyənləşdirilməsi üçün biz insan başının ezoterik təcəssümü olan od təzahüründən faydalana bilərik. Bunun üçün öncə nəzərə almalıyıq ki, Dalinin tablosunda yer almış “geosiyasi uşağa” onun anası şəhadət barmağının dırnağı ilə tablodakı Yer kürəsinin xəritəsində “Yeni insanın” doğulacaq yeri qismində Azərbaycanın Abşeron yarımadasını göstərir. Azərbaycan ərazisinin müxtəlif yerlərində və ələlxüsus Abşeron yarımadasında torpağdan çıxan çoxlu yanar odların olduğu üçün bizim bölgədə uzaq qədim keçmişdə yaşamış xalqların təfəkküründə Azərbaycan ölkəsinə aid əsas təsəvvürü ilə “od” anlayışı arasında tarixən bir üzvi vəhdət yaranmışdır. Məhz buna görə Azərbaycan ölkəsinin bir adı da “Odlar yurdu” məcazi ad qismində çıxış edir.

Od anlayışı ilə bu cür bağlılığın olması Azərbaycan üçün məxsusi qutsal əhəmiyyəti vardır. Belə ki, “Yeni insanın” həm “Odlar yurdunda” peyda olması, həm də onun Azər xalqının övladı olması o ehtimalı artırır ki, onun adı Azərbaycanda hələ qədim dövrlərdən (tablodakı ananın, övladın, raqqəsənin məxsusi çılpaq görünüşü onların aşkarcasına qədim dövrlərə aidiyyatını göstərir) hakim və qutsal olmuş od anlayışı ilə bağlı ola bilər. Qədim azərlilər od təzahürünü ilahiləşdirərək, od məbədləri tikdirir və atəşə tapınaraq atəşpərəst olmuşlar. Azərlilər sevdikləri od rəmzi ilə o dərəcədə qovuşmuşlar ki, qonşu xalqların təsəvvürlərində türk qövmimizin “Azər” adı və od anlayışı eyniləşdirilirdi. Od anlayışı bir rəmz olaraq Azər xalqının dünyagörüşünün eyniləşdiricisi kimi də çıxış edirdi. Təsadüfi deyil ki, atəşpərəstliyi və zərdüştiliyi Azər xalqından qəbul etmiş farslar həmçinin oda da “Azər” deyirdilər.

“Azər” kəlməsi təkcə od adı deyil, həmçinin Azər türk xalqımızın adı kimi çıxış edir, həm də şəxs adıdır. Azər xalqına məxsus olan şəxs adlar arasında ancaq bir şəxs adı var ki, onun həmçinin od mənası vardır – bu ad “Azər” adıdır.

Beləliklə, əgər insanı tanıdan bədənin “baş” hissəsi ezoterik qaydalarına görə “od” anlayışı ilə uzlaşırsa, və bu “od” anlayışı “Azər” isminə məxsus mənalarından biridirsə, deməli Salvador Daliyə nazil edilmiş tabloda mərkəzi simanın, yəni “Yeni insanın”, fövqəltəbii qüvvələr tərəfindən kodlaşdırılmış adı da “Azər” olmalıdır.

Aşağıda göstərəcəyəm ki, tablodakı “Yeni insan” həmçinin təklif etdiyim tənmayadarlıq məfkurəsinin daşıyıcısıdır. Yəni, əgər hələ Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətində mənim tənmayadar məfkurəsinin daşıyıcısı kimi İmam Mehdi göstərilmişdirsə, Salvador Dalinin tablosunda isə həmən tənmayadar məfkurəsinin bilavasitə təmsilçisi qismində “Yeni insan” çıxış edir.

Zənnimcə, Dalinin tablosunda “Yeni insan”, bir tərəfdən, cəmi bildirir, digər tərəfdən, tək halı da bildirə bilir. “Yeni insan” doğulmaqda olan yeni tənmayadar ictimai quruluşun təmsilçisi kimi onu dünyada yayılmasına çalışaraq böyüməkdə olacaq tənmayadar quruluş üçün hökm sürən sərmayədarlığın dar formasiya çərçivələrini dağıdır. Bu cür dağıdıcı əməl tabloda məcazi mənada Quzey Amerika qitəsinin yarılması kimi təsvir olunmuşdu. Bu cür ümumbəşər miqyasında baş verəcək dağıdıcı əməl tək adamın işi deyil, xalqın işidir. Yəni, bu halda “Yeni insan” Dalinin tablosunda 100 milyonluq Azər xalqını təmsil edəcək.

Digər tərəfdən, Dalinin tablosunda “Yeni insan” tənmayadar məfkurəsinin daşıyıcısı kimi təsvir edilmişdi. Həmən tənmayadar məfkurəsinin tək müəllifi qismində isə ancaq mən, Azər Həsənli adlı şəxs, çıxış edirəm. Bu isə onu göstərir ki, tablodakı “Yeni insan” həmçinin tək halı da bildirə bilir. Bu halda “Yeni insan” anlayışının, əslində, şəxsən mənə aidiyyəti vardır. Elə bu hal kifayyətdir ki, “Yeni insanın” adı da "Azər" olsun.

Beləliklə, Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətində göstərildiyi kimi, İmam Mehdi tərəfindən mülkiyyəti insanlar arasında bərabər qaydada (təklif etdiyim tənmayadarlıq məfkurəsinin əsas prinsipi) bölüşdürülməsi, Salvador Dalinin tablodakı “Yeni insanın” məcazi qaydada mənim tənmayadar məfkurəsinin daşıyıcısı kimi təqdim olunması, onun ezoterik qaydada təqdim edilmiş “Azər” ismi mənim “Azər” adımla eyni olması ona dəlalət edirlər ki, İmam Mehdi “Yeni insan” eyni bir insandır, yəni mənəm. Bu cür qənaətə mən hələ 2011-ci ilin payızında gəlmişdim.

Keçək Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərində "Tənmayadarlıq" quruluşunun məzmununu əks etdirən kodlaşdırılmış və bir-birləri ilə funksional bağlılığı olan təsvirlərin ezoterik mənalarının açıqlamasına.

Hələ 2009-cu ilin yayında internet şəbəkəsində urus dilində yerləşdirilimiş mənim “Azərli milli məfkurəsinin XXI əsrdə baş verəcək inkişaf və gerçəkləşdirmə mərhələləri” tədqiqatımda əsaslandırmışdım ki, hazırda dünyada yeganə həqiqi postkapitalist təlimi qismində mənim tənmayadar təlimim çıxış edir. Əgər astral dünya Dalinin bu tablosu vasitəsi ilə bizə məhz bu haqda xəbər ötürürsə, onda lövhədə tənmayadar quruluşuna aid birbaşa işarətlər olmalıdır. Varmı? Bəli, var. Tənmayadar quruluşuna aid birbaşa işarətlər rəsm əsərində təsvir olunmuş Yer kürəsinin altında olan ağ mələfəyə, Yer kürəsi təsvirinin yumurtavari formasına, onun içindən çıxacaq "Yeni insanın" görüntüsünə və Yer kürəsinin üstündəki çətirə məxsus olan rəmzi, ezoterik mənalarında kodlaşdırlmışdır.

Yer kürəsinin altında yerləşən mələfə ağ rəngdədir. Ağ rəngin ictimai münasibətlərlə əlaqəli olan əsas ezoterik mənası “bərabərlik” anlayışında təsvir olunur. Tənmayadar müəssisəsinin işçilərinə məxsus olan fərdi payların ölçüləri eynidir, bərabərdir. Bərabərlik anlayışı azəri dilində həmçinin yığcam “tən” istilahı ilə ifadə olunur.

Beləliklə, təklif etdiyim “Tənmayadarlıq” yeni istilahının birinci “tən” komponenti Dalinin tablosunda öz əksini tapmışdır.

Ağ mələfənin üzərində yerləşdirilmiş Yer kürəsi yumurta formasında göstərilmişdir. Yumurtanın əsas rəmzi mənası “həyatın başlanğıcı, həyatın mayası”-dır. Sərmayadar mülkiyyətinin “həyat mayası”, yəni kapital, azəri dilində həmən “maya” sözü ilə ifadə olunur. Göründüyü kimi, burada “tənmayadarlıq” kəlməsinin ikinci “maya” komponenti Dalinin bu tablosunda əks olunmuşdu.

Yumurtadan çıxmaq üçün cücə öz dimdiyi ilə yumuratnın qabığına içəridən zərbələr endirməklə onu yarır. Tablodakı yumurta formasında göstərilmiş Yer kürəsinin qabığı da içəridən endirilən zərbə ilə yarılır. Lakin bu zərbəni "Yeni insan" icra etmir. Aşağıda göstərəcəyəm ki, Qiyamət baş verən zaman Yer kürəsinin qabığını zərbə ilə yaracaq onun öz nüvəsi olacaqdır ki, həmən hal da Dalinin tablosunda öz əksini tapmışdır. . Bununla belə, tabloda əks olunmuş zərbə məqamının ezoterik anlamı, məncə, ondan ibarətdir ki, məhz “Yeni insan” tərəfindən Yer kürəsi miqyasında icra ediləcək köklü sosial yeniləşmə missiyasını həyata keçirilməsi üçün öncə buna maneçiliklər törədəcək müxtəlif ölkələrdə olan mürtəce iqtidarları inqilabi zərbələr yolu ilə bir-bir aradan qaldırmaq lazımdır.

Axı "Yeni insanın" əsas missiyası yeni postsərmayədar, yəni tənmayadar mülkiyyət münasibətlərinin tətbiqindən ibarətdir. Bunun üçün "Yeni insan" köhnəlmiş sərmayədarlıq ictimai quruluşun təməlini təşkil edən mülkiyyət münasıbətlərini yeni tənmayadar mülkiyyət münasibətlərlə əvəzlənməsini həyata keçirməlidir. Bu cür əvəzlənmə isə sosial inqilab deməkdir. Yəni inqilabi zərbə vasitəsi tənmayadarlığın tətbiqini məhdudlaşdıracaq sərmayədarlığın çərçivələri ortadan qalxmalıdır ki, nəticədə tənmayadar quruluşu fəaliyyət azadlığını əldə edə bilsin. Bu cür köklü yeniləşməni “Yeni insan” ona görə edəcək ki, o, “tən maya” qismində təmsil olunmuş yeni mülkiyyət növünün həm sahibi, həm də təmsilçisidir.

“Tənmayadarlıq” istilahında sahiblik əlaməti “-dar” şəkilçisi ilə ifadə olunur ki, sahib qismində “Yeni insan” çıxış edir. Beləliklə, Dalinin əsərində həm “tənmayadar” istilahı tam əksini tapır, həm də sahibkar-“tənmayadar” qismində “Yeni insanın” çıxış etdiyinə işarə olunur.

İctimai quruluşların qayda və qanunları, adətən, cəmiyyətin bütün təbəqələrinə şamil edilir. Hakim quruluşun qaydaları dövlət qanunları qismində çıxış edir. Beləliklə, ictimai quruluşa həm ümumilik anlamı, həm də hakimiyyət əlamətləri məxsusdur. Bu cür hakim olan ümumilik ictimai formasiyaların adında “-lıq” (“-izm”) şəkilçisi ilə bildirilir. Məsələn, “sərmayədarlıq” (“kapitalizm”).

Həmən “-lıq” şəkilçisi tabloda ifadə olunur. Belə ki, Dalinin rəsm əsərində Yer kürəsinin üstündə yerləşmiş “çətir” ezoterik mənasına görə həm ümumiliyin, həm də hakimiyyətin rəmzisidir. Tabloda çətirin ümumilik əlamətini çətirin bütün Yer kürəsini yuxarıdan əhatə etməsində sezmək olar. Ezoterikada “çətirin” əsas rəmzi mənası isə “hakimiyyət”-dir. Odur ki, lövhədəki çətir süjeti “tənmayadarlıq” istilahında olan sonuncu “-lıq” komponentinin mənasında mövcud olan ümumilik anlamının qarşılığı kimi çıxış edir.

Beləliklə, fövqəltəbii qüvvələr tərəfindən nazil edilmiş Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərində “Tənmayadarlıq” istilahının bütün tərkib hissələri və "Tənmayadar quruluşun" əsas əlamətləri tam ezoterik əksini tapmışlar.

Yeni quruluşun məhz təklif etdiyim tənmayadar quruluşu olmasına dair digər işarəni isə mən Dalinin bu tablosunda tənmayadar quruluşunu təcəssüm edən “Yeni insanın” doğuluşu yeri kimi Azərbaycanın paytaxtı Bakı şəhərinin göstərilməsində görürəm. Axı tənmayadar məfkurəsinin yaranış yeri Bakıdır. Tabloda məhz Bakı şəhərinin göstərilməsinə bir neçə işarə var ki, onların məzmunu aşağıda açıqlayacağam.

Öncə lövhədəki xanımın sağ əlinin şəhadət barmağının dırnağı ilə "Yeni insanın" doğuluşu yeri kimi məhz Bakının göstərilməsinin təfsirini verim. Qadının sağ əli sol əlindən xeyli qısadır. Bu hal qadında hansısa genetik qüsurun olmasına işarət deyil, çünki tablodakı onun oğlunun qollarının ikisinin də uzunluğu normaldır. Məncə, qadının sağ əli ona görə gödək göstərilib ki, həm yeni tənmayadar quruluşun yaranması, həm də «Yeni insanın»-İmam Mehdinin doğuluş yeri qismində məhz Bakı şəhərinin yerləşdiyi məkan göstərilə bilsin. Əgər qadının sağ qolu sol qolu ilə eyni uzunluğunda olsaydı, onda onun sağ əlinin şəhadət barmağı Bakının üzərində deyil, tablonun xəritəsindəki Almaniyanın yerləşdiyi məkanın üzərində olardı.

Demək lazımdır ki, qadının sağ əlinin ovucun forması vasitəsilə tablodakı digər mühüm sirlər açılır. Beləliklə, Dalinin tablosunda heçnə təsadüfi deyil. Məsələn, tablodakı Yer kürəsinin xəritəsinin miqyası çox kiçik olduğundan Abşeron yarımadası göstərilmir. Lakin tablonun məxfi informasiya dibində Abşeron yarımadası xeyli iri miqyasda göstərilir ki, bunu da mən Bakının ələxüsus Qiyamətdən sonrakı zamanında dünya miqyasında ən mühüm mərkəz olacağına işarə kimi yozuram. Azından ona görə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahının yerləşdiyi ABŞ-ın Nyu-York şəhəri Qiyamət zamanında dağılmış binalar məzarlığına çevriləcəkdir, əgər Atlantik ümmanın dibinə çökməsə.

Qiyamət zamanında Yer kürəsinin dünya miqyaslı digər mühüm şəhərlərin və ölkələrin ya tamam məhv olacağını, yaxud da xeyli dərəcədə zərər görəcəklərini nəzərə alaraq, BMT-nın Baş qəragahı cari əsrin ən geci 40-cı illərində Bakıya təxliyyə ediləcək, çünki bir neçə mühüm amilə görə Qiyamət zamanında dünyanın bəlkə də ən təhlükəsiz məkanı Abşeron yarımadası olacaqdır.

Aşkar etmişəm ki, Dalinin rəsm əsərində yumurta görkəmində göstərilmiş Yer kürəsinin yerləşdiyi məkan qismində gözəl Bakı şəhərinin körfəzi və onun yanında yerləşən sahil çıxış edir. Yer kürəsi yumurtasının yerləşdiyi torpaq hamardır, çünki Bakı körfəzinin dibidir.

Tablonun arxa planının sağ tərəfində yüksələn günəşin şüaları ilə ağ rəngə boyanmış dağ silsiləsi Bakı körfəzinin sahilinə enir. Məncə, bu silsilə Abşeron yarımadsının batısında yerləşmiş və hündürlüyü 300 metr olan Şabandağ dağ silsiləsidir.

Bildiyimiz kimi, Bakının relyefi formaca amfiteatrı xatırladır. Belə ki, şəhərin dəniz bulvarına qədər uzanan düzənlik hissəsi arxadan yarımdairəvi dağ silsiləsi ilə əhatələnir. Bu yarımdairəvi dağ silsiləsinin körfəzə enən batı hissəsi hündürlüyü 200 metr olan təpəliklərdən ibarətdir. Bakı amfiteatrın və körfəzin doğu hissəsi Bakının Zığ qəsəbi ilə tamamlanır. Bakı amfiteatrın bu batı və doğu qolları Bakı körfəzinin sahilinə söykənərək bir-birinə üzbəüz mövqedədirlər ki, həmən mənzərə də Dalinin tablosunda eynən əks olunur.

Dalinin tablosunda məhz Bakının mənzərəsi əksini taptığına işarə edən digər dəlil qədim Azərbaycanın zərdüştilik inancı ilə bağlıdır. Tablodakı qadınla uşaq, çox guman ki, ana-baladır, çünki məhz bala o cür rahat, məhrəmanə halda ananın ayaqlarına sarıla bilər. Onların fiqurlarından yaranmış kölgələrin sol tərəfində hündür insan kölgəsi var ki, öz iri ölçüsünə görə kişi kölgəsi kimi qəbul oluna bilər ki, bu da ailə başçısına işarədir.

Şəkildə yer almış digər cavan qadın rəqs etmə görkəmindədir. Tabloda rəqqasə ilə üzbəüzdə yerləşən təpələrin üzərində tikililərin görüntüləri vardır ki, bu da ərazidə azından bir qəbilənin məskunlaşmasına işarədir. Lövhədə bu qəbilənin inancına dair də məlumat əldə etmək mümkündür. Məncə, bu insanların inancı atəşpərəstlikdir. Daha doğrusu, onlar, məncə, atəşpərəstliyin təkmilləşdirilmiş zərdüştilik inancına tapınırlar. Onların magiya ilə məşgul olmasına həm göydəki astral aləmlə azından rəqs dili vasitəsilə ünsiyyət qurmaq qabiliyyətini göstərən rəqqasə, həm də onun bu ünsiyyətdə informasiya alıb-ötürmək bacarığı dəlalət edir.

Həm bu iki qadın, həm də uşaq tabloda paltarsız göstərilmişlər ki, bu da onların Azərbaycanın qədim ibtidai dövrlərlə, məsələn, atəşpərəstlik dövrü ilə bağlılığına işarədir. Qədim dövrlərdə Azərbaycanda magiya ilə məşğuliyyət çox geniş yayılmışdı. Heç təsadüfi deyil ki, “magiyə” sözünün özü magiyə ilə peşəkarcasına məşğul olmuş Azərbaycanın “mağ” (muğ) adlı tayfanın adından yaranmışdı. Maq kahinləri həm Güney Azərvaycanda, həm də Quzey Azərbaycanda fəaliyyət göstərərək magiyanın sirrlərinə o dərəcədə yüksək səviyyədə yiyələnmişlər ki, onların yanında indiki müasir maqların çoxusu magiya sahəsində məcazi mənada yeriməyi yenicə öyrənmiş körpələrə bənzəyirlər.

Müəyyənləşdirmişəm ki, tablodakı kölqələrin istiqamətləri iki günəşin olmasına işarə edir. Fiziki Günəş Yer kürəsinin arxasındadırsa, Astral Günəşin olmasına rəqqasənin duruşu və tablonun ön planında kölqələrin istiqamətləri işarə edir. Rəqs edən qızın üzü və sol əli Astral Günəşə doğru istiqamətlənir. Heç təsadüfi deyil ki, rəqs edən qızın sinəsində astraldakı məxluqun təsviri yerləşdirilmişdir.

Yeri gəlmişkən, Qiyamət zamanında biz iki günəş görəcəyik, onlardan birisi bizim indiki Günəşimiz, o birisi isə Tifon ulduzu olacaqdır.

Bu insanların atəşpərəstliyinə işarət edən digər xüsusiyyət ondan ibarətdir ki, onların başlarının saçları nadir rəngdə göstərilmişdir. Onların saçların rəngi həna rənginə bənzər qızartdaq, qırmızıbirçək rəngidir ki, indi də Bakıda saçları bu cür rəngdə olan azərlilərə rast gəlmək olur. Əslində, bu rəng od rəngidir. Bu mənada təsadüfi deyil ki, ana qadının alnının sağ tərəfindən üzünə enən tellər məxsusi buruq formasında olmasına görə daha çox kiçik alov dilçəkliklərinə bənzəyirlər.

Düşünürəm ki, tabloda bu insanlarа xas olan təsvirlərin xüsusiyyətləri onların kahin zümrəsinə aid olduqlarını göstərir. Çünki onların astraldakı ruhlarla əlaqə yaratmaq, astral aləmdən uzaq gələcəyə dair informasiya əldə etmək kimi qabiliyyətləri vardır. Məhz buna görə ana şəhadət barmağının dırnağı ilə tablodakı xəritədə balasına göstərə bilir ki, uzaq gələcəkdə “Yeni insan” dünyaya Abşeron yarımadasında zühur edəcək.

Rəqs edən qızın qarşısında tikili var. Daşdan tikilmiş bu tikili hündür, ensiz düzbucaqlı formasındadır. Tikili hündür qülləyə bənzəyir. Onun yuxarı hissəsində bir neçə oyuq, pəncərə yerləri var. Bu tikili təkdir, onun ətrafında digər tikililər göstərilmir. Yəni, həmin tikilinin həm quruluş etibarilə, həm tək olmasına görə hansısa hərbi, yaxud təsərrüfat önəmi yoxdur. Tikilinin formasına, daşdan tikilməsinə, qəsəbədən kənarda yerləşməsinə, yuxarı hissəsində oyuq, açıq pəncərə yerlərin olmasına, rəqqasənin məhz tikilinin yanında göylərlə əlaqə yaratmasına görə hesab etmək olar ki, lövhədə zərdüşt dininə xas olan əlamətlərə cavab verən məbəd təsvir edilmişdir. Həmən insanların məbədin yanında, necə deyərlər, iş başında olarkan, uzaq gələcəyə, yəni bizim indiki Qiyamət ərəfəsi dövrünə aid olan əsas hadisələrin göstərilməsi onların kahin olmasına əlavə işarədir.

Məbədin yaşayış məntəqəsindən kənarda yerləşməsi daha çox zərdüştiliyin ənənəsinə uyğundur. Zərdüştilik inancına görə, bu cür məbəddə dünyasını dəyişmiş insanların cəsədləri yerləşdirilirdi ki, bunun da məqsədi həmin cəsədləri yırtıcı quşlara yem etməkdən ibarət idi. Məsələ ondadır ki, zərdüştiliyə görə, od, su və torpaq pak hesab olunurlar. Odur ki, bu cür düşüncəyə münasib olaraq, torpağı murdarlamamaqdan ötrü vəfat etmiş insanları torpağa tapşırmaq olmaz. Vəfat etmiş insaların cəsədlərini qohumları xüsusi kahin-maqlara verirdilər ki, onlar cəsədi zərdüşti məbədin yuxarı hissəsində yerləşdirsinlər. Yırtıcı quşların məbədin açıq oyuq-pəncərələrindən daxil olmasına və cəsədlərin onlara yem olmasına şərait yaradırıldı. Sonradan isə maq-kahinlər cəsəddən qalmış sümükləri qohumlarına təhvil verirlər. Daşdan tikilmiş bu cür zərdüşti məbəd-qalanın adı “daxma” idi (Велиев С.С. Древний, древний Азербайджан. Историко-географические очерки. – Баку: Гянджлик, 1987, на стр. 60; azəricə tərcümə – “Qədim, qədim Azərbaycan”).

Alimlərin fikrincə, oda tapınmaq və cəsədləri quşlara, heyvanlara yem etmək ənənəsi zərdüştilik inancına bizim azərli kaspi tayfasının inancından əxz edilmişdir. Azərlilərin qədim əcdadlarından biri olmuş türkdilli kaspi tayfaların hələ miladdan əvvəl ikinci minillikdə yaşadıqları məkan indiki Gürcüstanın Kaspi şəhərindən başlayan, Kür çayı boyunca Abşerona qədər uzanan, oradan da aşağıya güneyə enən, sonra isə Xəzərin batı, güney və doğu sahillərində (indiki Türkmənistanda) davam edən və oradan doğuya Pamir dağları istiqamətində uzanan ərazilərdən ibarət olmuşdur.

Bəli, demək olar ki, tablonun sağ tərəfində yerləşmiş qüllə binası öz görkəminin məxsusi əlamətlərinə görə qədim zərdüştiliyin mərasim binasıdır. Sonradan məhz həmən yerdə zərdüştilik ayinlərinin keçirilməsi üçün münasib qaydada tikilmiş qədim “Qız qalası” indi də Bakı körfəzinin sahilində ucalır. “Qız qalası” zərdüştilik məbədidir. Bəzi alimlərin fikrincə onun təməli miladdan öncə qoyulmuşdur.

Bu rəsm əsərindəki məxfi informasiya dibində də Bakıya, Azərbaycana işarə edən digər əlamətləri də vardır. Məsələn, tablonun yuxarı hissəsinin həm sağ, həm də sol künclərində tünd rəngdə göy təsvir olunan yerlərdə məxfi informasiya dibindən Azərbaycanın “buxara papaq” adlı milli papaq növünü geymiş iri kişi sifətləri üzə çıxır. Bu insanların sifətləri antropoloji cəhətdən sırf doğma azərli sifətləridir.

Salvador Dali Bakını heç zaman ziyarət etməmişdir. Lakin buna baxmayaraq, tabloda məhz Bakı körfəzinin və onun sahilinin təsvir olunması əlavə isbat edir ki, tablo Daliyə yadplanetlilər tərəfindən, yaxud da Axirət dünyasından göndərilmişdir

Onu da bildirməliyəm ki, Salvador Daliyə bu tablonun təsvirlərini Axirət dünyasından nazil edilməsi ehtimalı yüksəkdir. Məsələ ondadır ki, tablonun məxfi dibindən həmçinin ölmüş insanların təsvirləri çıxır. Məsələn, tablonun məxfi dibindən sərmayədarlıq və sosializm nəzəriyyələri işləmiş Karl Marksın, Fridrix Enqelsin, Vladimir Leninin simaları üzə çıxır.

Tablonun fototəsvirindən sanki Axirət aləmindən çıxmış ağır şualanma gəlir. Odur ki, tablonun fototəsvirindəki məxfi dibi ilə xeyli zaman çalışdıqda insanın gözləri ağramağa başlayır.

Məxfi informasiya dibini görmək üçün tablonun hər hansı bir nöqtəsinə təxminən yarım dəqiqə ərzində gözünüzü ayırmadan baxmaq lazımdır. Onda tablonun sanki içindən üzə çıxacaq insan sifətlərin, rəqəmlərin, heyvanların, müxtəlif həndəsəli fiqurların və diqər şeylərin qoloqrafik təsvirlərini görmək olur.

Məxfi dibindən üzə çıxacaq bütün təsvirlər qoloqrafik, yəni həcmli görünüşündədir ki, bu da həmən tablonun Salvador Daliyə fövqəltəbii qüvvələrdən nazil olmasına işarə edir. Axı, Dalinin bu əsəri 1943-cü ildə çəkilən zaman qoloqrafiyə təzahürü heç bəlli deyildi, ona aid texnoloji avadanlığı ancaq 1960-cı illərdə əmələ gəlmişdir. Odur ki, 1943-cü ildə Dali bu rəsm əsərini çəkərkən qoloqrafiyadan heç cür istifadə edə bilməzdi.

Nəhayət, ayrıca bildirməliyəm ki, bu tablonun məxfi informasiya dibini ancaq tablonun fototəsvirindən görmək olar. ABŞ-ın Florida ştatının muzeyində saxlanılan Salvador Dalinin bu tablosunun əslini bilavasitə müşahidə etsəniz belə, onun məxfi informasiya dibini görə bilməyəcəksiniz.

Dalinin bu rəsm əsəri qeyri-adidir. Belə ki, əsərin fotoşəklini tərsinə, yəni, baş-ayaq çevirsək, onda gizli dibindən üzə çıxan səhnələri orta əsrlər dövrünə aid etmək olar. Məsələn, tablodakı Yer kürəsinin xəritəsində Balkanlara aid hissəsində mən orta əsrlərə aid olan Osman imperiyasının iki önəmli sultanların təsvirlərini aşkar etmişəm. Zənnimcə, bu təsvirlər 1453-cü ildə Konstantinopolun fəthini gerçəkləşdirmiş sultan II Mehmetə və Osmanlı imperiyasının ən böyük genişlənməsinə nail olmuş I Süleyman Qanuniyə aiddir.

Tabloya sağ tərəfdən baxsaq, məxfi dibindən yeni dövrə aid görüntülər görünər.

Dalinin bu rəsm əsərini ilkin mövqeyində seyr etsək, tablonun həm əyani görüntüsündə, həm də gizli informasiya dibində XX və XXI əsrlərin kürəsəl önəmi daşıyan hadisələrinin (o cümlədən, yaxınlaşan 5-ci Qiyamətə aid təsvirlərin) əksini görərik.

Tabloya onun sol tərəfindən nəzər salsaq, onda məxfi dibindən Qiyamət sonrası dövrə aid görüntülər üzə çıxacaq.

Salvador Dalinin tablosunda yaxınlaşmaqda olan Axırzamanın təsbit olunmuş mənzərəsinin qısa təsvirinə keçək. Günəş sistemindən keçəcək zamanda Qiyaməti törədəcək Tifon adlı neytron ulduzunun kainatda hələ ki tapılmadığına görə Qiyamətin nə zaman baş verəcəyini alimlər deyə bilmirlər. Məsələ ondadır ki, Tifon ulduzunun cazibə qüvvəsi o dərəcədə güclüdür ki, onun istqamətində yönəldəcək radioşuaları çəkir içinə və onları əks etdirmir. Radioşualar Tifonun səthindən əks olunmadığına görə onu tapmaq çətindir. Alimlərin hesablarına görə, bizim Qalaktikada bir milyarda yaxın neytron ulduzu ola bilir ki, onlardan indiyə qədər təqribən ancaq 2 minini aşkar edə bilmişlər.

Qədim dövrlərdə Tifonun törətdiyi Qiyamətlərə xas olan əsas hadisələr xalqların əsatir və folklorlarında əksini tapmışlar. Alimlər bu məlumatları toplayaraq təhlil edəndən sonra o nəticəyə gəlmişlər ki, Tifon ulduzu indiyə qədər dörd Qiyamət törətmişdir. Alimlər Qiyamətlərin nə cür baş verəcəyini, onların fəsadlarının nə cür olmasını müəyyən etmiş və Qiyamətin ümumi ssenarisini hazırlamışlar. Qiyamətin həmən ssenarisi V.A. Simonovun kitabında kifayət qədər dolğun əks olunmuşdur (Пророки всего мира о России после 2012 / В.Симонов. – М. : Эксмо, 2010. – 416 с.; azəricə tərcüməsi – “Dünyanın peyğəmbərləri 2012-ci ildən sonra Rusiya haqqında”).

Belə ki, ortalama 12 600 il olan dövrün tamamında neytron ulduzu Tifon Günəş sistemimizə baş çəkir. Hal-hazırda dünya beşincı Qiyamətin bilavasitə ərəfəsi zamanındadır, yəni biz artıq Axırzaman dövrünü yaşamaqdayıq. Axırzaman dövrünün həm kiçik, həm də böyük əlamətlərini Məhəmməd Peyğəmbər (s.a.s.) öz kəhanətlərində müfəssəl tərzdə bildirmişdir ki, bu əlamətlər XX əsrin son iki onillikdə özlərini artıq büruzə verməyə başlayaraq həmçinin XXI əsrin birinci rübündə də bir-bir təsdiqini tapırlar. Bu isə yaşadığımız dövrün Axırzaman dövrü olmasını birmənalı qaydada göstərməkdədir.

Tarixi mənbələrə əsaslanaraq, alimlərin hazırladığı Qiyamət ssenarisinin açıqlamasına keçək. Tifon neytron ulduzu Yer kürəsinin yanından keçərkən öz nəhəng cazibə (qravitasiya) qüvvəsi sayəsində Yer kürəsinin nüvəsini özünə tərəf çəkəcəkdir. Yer kürəsinin nüvəsi Yer kürəsinin içində olan yüksək temperaturların təsiri nəticəsində ərimiş metal mayesində üzür. Yer kürəsinə ən yaxın məsafəyə yaxınlaşacaq zaman Tifon ulduzunun cazibə qüvvəsi sayəsində Yer kürəsi nüvəsinin hərəkəti sürətləndirildiyinə görə, həmən nüvə Yer kürəsinin mantiyasına güclü zərbə endirəcək. Bu zərbə nəticəsində bəşəriyyətin indiyə qədər müşahidə etmədiyi qüvvədə Dünya zəlzələsi baş verəcəkdir.

Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosunun əyani təsvirindən və məxfi dibindən əldə etdiyim informasiya üzrə apardığım tədqiqat əsasında müəyyən etdim ki, Yer kürəsinin nüvəsinin bu cür məhvedici zərbənin yeri Sakit ümmanın ABŞ-ın Kaliforniya ştatının sahilinə yaxın yerdə olacaqdır.

Dalinin tablosundan elə çıxır ki, həmən məhvedici zərbənin nəticəsində Quzey Amerika qitəsi iki yerə parçalanaraq məhv olacaq. Kanada bütövlüklə, ABŞ-ın isə yarısı Sakit və Atlantik ümmanların dibinə çökəcəklər. ABŞ-ın quruda qalacaq digər yarısında şəhərlər, qəsəbələr yerlə yeksan olacaqlar, qəbiristanlıqlarda meyitlər yer səthinə atılacaqlar.

Tifon ulduzunun arxasınca uzanan daş-toz quyrugundan Yer kürəsinə daşlar töküləcək. Yer kürəsinin atmosfer havasına sürtülən daşlar alovlanacaq və düşdükləri yerlərdə yanğınlar törədəcəklər, alovlu yağışlar yağacaq. Yanardağlar fəallaşaraq od, alovlu lava püskürəcəklər, zəhərli qazları havada yayacaqlar.

Sakit ümmanında Dünya zəlzələsinin təsiri nəticəsində əmələ gələcək hündür dalğalar quruya çatanda yüzlərсə metr hündürülyə qalxaraq Çinin, Hindistanın və bu dalğaların yolunda olacaq digər ölkələrin sahilboyu əhalisini, şəhərlərini yox edəcəklər. O cümlədən Sibir də ümmandan gələn nəhəng dalğaların altında qalacaq.

Təxminən 12 600 il əvvəl baş vermiş dördüncü Qiyamət zamanında Tifon ulduzu Sibirin atmosfer qatını özünə dogru çəkmiş və nəticədə Sibirin üzərinə 200 dərəcədə olan kosmik soyuq çökmüş və orada yaşamış bütün canlıları bir anda buza çevirməklə məhv etmişdir.

Baş verəcək Beşinci Qiyamət nəticəsində Yer kürəsinin oxunun bucağı dəyişəcək, Quzey qütbü batıya, Cüney qütb isə doğuya doğru sürüşəcəklər. Yer kürəsində kürəsəl iqlim dəyişilikləri baş verəcək.

XXI əsrin ortasında baş verəcək beşinci Qiyamət ərzində və ondan əmələ gələcək məhvedici fəsadlar nəticəsində Yer kürəsinin əhalisinin üçdə ikisi məhv olacaq, xeyli ölkələr xarabalığa çevriləcək.

Hərçənd ola bilsin ki, baş verəcək beşinci Qiyamətdə onun dağdıcı təsirləri dördüncü Qiyamətlə müqayisədə bir qədər zəif ola bilərlər. Lakin bunu daha dəqiq söyləmək üçün bizə öncə Tifonu kosmosda tapmaq, traektoriyasını, hərəkət sürətini öyrənmək lazımdır ki, onun Qiyamət zamanı Yer kürəsinə nisbətən hansı mövqedə olması bəlli olsun.

Beşinci Qiyamətin bu fəlakət ssenarisi Salvador Dalinin tablosunda bütün təfərrüatları ilə öz əksini tapmışdı. Dalinin tablosunun təhlili nəticəsində beşinci Qiyamətin aşağıda təqdim edəcəyim ssenarisini ilk dəfə mən təklif etmişdim.

Tablodakı Yer kürəsinin içindən Yeni insan çıxmaqdadır. Tablodakı Yer kürəsi özü yumurtavari formasında göstərilmişdi. Yer kürəsinin bu cür forması tədqiqatçını Yeni insanın Yer kürəsindən çıxmağa yönəlmiş hərəkətlərini adi yumurtadan çıxacaq cücənin hərəkətləri ilə qiyas aparılmasına yönəldir. Adi yumurtadan çıxmaq üçün cücə dimdiyi ilə yumurtanın qabığına zərbələr endirir və onu sındırandan sonra yumurtadan çıxır. Burada əsas məqam odur ki, yumurtanın qabığı içəridən endirilən zərbələrlə dağıdılır.

Dalinin tablodakı Yer kürəsinin qabığı da içəridən endiriləcək zərbələr ilə sökülür. Lakin bu zərbələri içəridən Yeni insan endirmir. Yeni insanın Yer kürəsinin içində doğuluş sürəci məcazi məna daşıyır. Axı “doğulan” “Yeni insan” körpə deyil, o, güclü, cavan insan görkəmindədir. Nəzərə alsaq ki, “Yeni insan” tənmayadar quruluşunun rəmzisidir, onda onun “doğuluşunda” sosial mənasını axtarmaq lazımdır. Bu məna ondan ibarətdir ki, yeni tənmayadar quruluşu məhz mövcud sərmayədar quruluşun içində yaranır və böyüyür. Kifayət qədər güc topladıqdan sonra yeni tənmayadarlıq quruluşu hakim sərmayədarlıq quruluşun “yumurtasının” qabığını, yəni tənmayadarlığın inkişafına maneçiliklər törədəcək sərmayədarlığın qanunlarını, idarəetmə aparatını, güc strukturları tərəfindən göstəriləcək müqavimətini inqilabi zərbələr yolu ilə qıracaq. Nəticədə formalaşan tənmayadar quruluşu sərbəst fəaliyyət imkanları əldə edir və sonradan cəmiyyətdə hakim mövqeyə yiyələnir. Qədim dövrlərdən indiyə qədər dünya tarixində olmuş müxtəlif ardıcıl siyasi-iqtisadi quruluşların təkamülü və bir-birlərini əvəz etməsi bu cür təbii inkişaf sürəclərindən keçir.

Yaxınlaşmaqda olan Tifon ulduzunun göstərəcək təsiri nəticəsində Yer kürəsinin qabığını içəridən endirilən zərbələr ilə yaracaq qüvvə qismində Yer kürəsinin nüvəsi çıxış edəcək. Məhz bu ssenari Salvador Dalinin tablosunda əksini tapmışdır. Yer kürəsinin nüvəsinin Yer kürəsinin mantiyasına endirəcəyi dağıdıcı zərbənin yeri isə Salvador Dalinin tablosunda Yer kürəsinin qabığında əmələ gələcək dairəvi qabarıqlıq şəklində göstərilmişdir. Bu dairəvi qabarıqlıq tabloda kəlləsi hələ Yer kürəsinin içərisində olan “Yeni insanın” başı səviyyəsində göstərilmişdir.

Həmən dairəvi qabarıqlığın məhz Yer kürəsinin nüvəsinin zərbələrindən əmələ gəlməsinə iki amil işarə edir. Birincisi, keçmişdə baş vermiş Qiyamətlər adətən Yer kürəsinin quzey yarımkürəsində baş vermişdi. Tabloda da həmən dairəvi qabarıqlıq Yer kürəsinin yumurtasının quzey hissəsində yerləşir. İkincisi, təbiətdə Yer kürəsinin radiusu ilə bərk daxili nüvənin radiusu arasında olan ölçü nisbəti onların arasında Dalinin tablosunda göstərilmiş xəritədəki nisbətlə eynilik təşkil edir. Bu isə ona dəlalət edir ki, tablodakı qabarıqlıq Yer kürəsinin nüvəsinin mantiyaya vurduğu zərbə yerini bildirir.

Bizim Yer kürəsinin radiusu orta hesabla 6 371 km təşkil edir.

Yer kürəsinin nüvəsi dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Daxili nüvə xarici nüvənin mayesinin içində üzür. Bərk daxili nüvənin radiusu 1300 kim civarındadır

Yer kürəsinin radiusu ilə bərk daxili nüvənin radiusu arasında nisbət təxminən 5:1.

Həmən nisbət Dalinin tablosunda da əksini tapır. Belə ki, tabloda Yer kürəsinin yumurtasının parçalanmış xəttindən sağda yerləşən hissəsi nisbətən yumru göstərildiyi üçün onun radiusunun və dairəvi qabarıqlığın radiusunun ölçülərini tablonun üzərində xətkeşlə ölçsək görərik ki, burada da nisbət 5:1.

Beləliklə, aydın olur ki, Dalinin tablosunda göstərilmiş dairəvi qabarıqlıq Yer kürəsinin nüvəsinin Yer kürəsinin mantiyasına vurduğu dağıdıcı zərbələrin nəticəsini əks etdirir. Gerçək həyatda ərazisi çox iri olacaq bu dairəvi qabarıqlıq Sakit ümmanın dibindən qalxacaq yeni torpaqdır. Salvador Dalinin vasitəsi ilə fövqəltəbii qüvvələr tərəfindən bəşəriyyətə nazil edilmiş “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uçaq” tablosundakı məxfi informasiyaların təhlili əsasında Sakit ümmanın dibindən qalxacaq bu yeni torpaq ilk dəfə mən tərəfindən kəşf olduğuna görə, həmən yeni torpağa ad vermək müəllif hüququ da mənə məxsusdur. Bu gələcək yeni torpağın adını "Azəran" qoyuram.

Qiyamətdən sonra dünyada həmən yeni torpağı mənimsəməyə qadir olacaq yeqanə ölkə Azəristan föfqəldövləti olacaqdır. Odur ki, gələcək yeni Azər ölkənin adı da "Azəran" (yəni, mənaca "Azər xalqının ölkəsi") olmalıdır və olacaq da. 10 min il öncə türk tayfaları Sibirdən Berinqov körfəzin buz örtüyü üzərindən Quzey Amerika qitəsinə keçirdilər. Sonradan həmən körfəzin buz örtüyü əridiyinə görə Quzey Amerikaya keçmiş türk tayfaları orada qalmışlar. Nəticədə onlardan hindu ellərin bir hissəsi əmələ gəlmişdir. İndinin özündə də Quzey Amerikanın hindu dillərində xeyli türk kəlmələri aşkarlanır. Baş verəcək yeni Qiyamət nəticəsində əmələ gələcək yeni torpaq “Azəran”-ı mənimsəyəcək türk dünyası tarixdə ikinci dəfə Yer kürəsinin Batı yarımkürəsində öz yerini tutacaqdır, daha doğrusu, oraya qayıdacaqdır.

Həmən dairəvi qabarıqlıq tabloda sol tərəfdən konusvari dəbilqə formasında olan tünd kölqə ilə əhatələnir. Bu dəbilqənin təpəsi şiş ucu ilə tamamlanır. Dəbilqənin şiş ucuna kiçik müddət ərzində göz ayırmadan diqqətlə baxsaq, onda tablonun məxfi dibindən əjdahanın kiçik təsviri üzə çıxacaq. Əjdahanın iki başı və ilan bədəni vardır. Əjdahanın sifəti tablonun sol tərəfinə baxır, yəni əjdahanın hərəkət trayektoriyası sağdan soladır. Əjdahanın quyruğuna həmən dəbilqənin şiş ucu sanki pərçimlənmişdir, yəni konusvari dəbilqə sanki əcdahadan törənir.

Bu iki başlı əjdaha məhz həmən Tifon ulduzunun rəmzi təsviridir. Müxtəlif xalqların əsatirlərində bildirilir ki, Tifon ulduzu böyük sürətlə oz oxu ətrafında fırlanır və bu zaman od saçır ki, buna görə onun rəngi qırmızıdır. Təsadüfi deyil ki, qədim dövrlərdə Tifon ulduzunun adlarından birisi də “Qırmızı saçlı Əjdaha” olmuşdu. Tifon ulduzunu Amerikada birbaşa müşahidə etmiş qədim astek rəssamı Tifonun şəklini çəkmişdi. Yuxarıda göstərilmiş V.A. Simonovun kitabında bu şəkil 38-ci səhifədə təqdim edilmişdir. Həmən şəkilin ortasında əjdahanın başı, ondan ayrılan ilanvari çıxıntıları və quyruğu göstərilimişdir.

Dalinin tablosunda ikibaşlı Tifon əjdahasının ilan quyruğuna yapışan konusvari dəbilqə Tifonun nəhəng cazibə qüvvəsinin rəmzi təsviridir. V.A. Simonovun kitabında 325-ci səhifəsində göstərilir ki, Tifon kimi neytron ulduzlar çox güclü maqnit sahəsinə malikdirlər ki, bundan yaranan nəhəng cazibə qüvvəsi sayəsində Tifon Günəş sistemindən keçərkən oradakı səyyarələrə dağıdıcı təsir göstərir.

Beləliklə, Dalinin tablosunda göstərilir ki, Tifon əjdahası öz quyruğundan yayılan cazibə qüvvəsi ilə Yer kürəsinin nüvəsini sanki bir yedək kimi özünə tərəf çəkərək, həmən nüvənin Yer kürəsinin mantiyasına zərbə endirilməsinə və nəticədə Yer kürəsinin qabığını dərin yarıqlarla parçalanmasına səbəbkar olur.

Tifonun Günəş sisteminə yaxınlaşdıqca, onun Günəş sisteminin səyyarələrinə mənfi təsiri artacaqdır. Məsələn, son oniliklər ərzində Yer qabığı naməlum səbəbdən hərəkətə gəlməkdədir: “Bütün dünya üzrə müxtəlif litosfer lövhələrin (plitaların) bir-birlərinə qovuşduğu yerlərdə uzunluğu çox kilometrlərlə uzanan yarıqlar, çatlar çoxalmaqdadır. Bu hallar eyni zaman kəsiyində dörd Amerika Ştatlarında, Afrikanın Doğusunda, Türkiyədə və hətta Krasnodar diyarında qeydə alınmışdır. Bu yarıqların sürətlə yayılması səbəbi aydın deyil, hərçənd son illər ərzində bu sürəc qorxulu güç əldə etmişdir.” (Гигантские трещины рвут континенты на части – Северная Америка, Африка, Евразия. Что дальше и чем всё вызвано? https://dzen.ru/a/ZYxtW8VaIihVbYxO?sid=4047709172099651; azəricə tərcüməsi – Quzey Amerika, Afrika, Avroasiya – nəhəng yarıqlar qitələri hissələrə qırmaqdadır. Bunlar nə ilə bağlıdır və sonrası nə olacaq?).

Zənnimcə, bu cür həqiqətən qorxulu və fəlakətli sürəclərin baş verməsi məhz yaxınlaşan Tifon ulduzunun nəhəng cəzibə qüvvəsinin göstərdiyi təsirlə əlaqədardır. Heç təsadüfi deyil ki, uzun müddət ərzində sakit olmuş köhnə tektonik qırılmaların son illərdə qəflətən seysmik fəallıqları artırılmışdır.

Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərinin bəşəriyyətin gələcəyinə dair dünya miqyaslı müxtəlif sirrlərin üzə çıxarılması üçün mən öz məxsusi tədqiqat texnologiyamı işləyib hazırlamışdım. Bunun sayəsində də Azəristan konfederativ superdövlətinə daxil olacaq yeddi ölkələr hansılardan olduğunu da Dalinin bu tablosu sayəsində dəqiqləşdirmişdim. Burada həmən tədqiqat texnoilogiyamı təqdim etməyəcəm, çünki bu çox yer tutacaq. Sadəcə onu bildirəcəyəm ki, Azəristan konfederasiyasının bütün perimetri üzrə, yəni tablodakı quzey, batı, güney, doğu istiqamətlərdə, xeyli sayda sərhəd nöqtələri və xətləri müəyyən edərək, o qənaətə gəldim ki, Azəristan konfederasiyasının tərkibində Türkiyə, İran, İraq, Suriyanın sünni hissəsi, Azərbaycan Cümhuriyyəti, Türkmənistan, Gürcüstan yer alacaqlar. Əlavə onu da bildirim ki, Urusiyyətdən çıxacaq Quzey Qafqazın indiki milli, müsəlman cümhuriyyətləri də Dalinin tablosunda Azəristan konfederasiyasının tərkibində göstərilir.

30-cu illərin sonlarında Azəristan və Urusiyyət hərbi ittifaq quracaqlar ki, Çin tərəfindən artacaq hərbi təcavüz təhlükəsini dəf edə bilsinlər. Bu ittifaq Salvador Dalinin tablosunda öz əksini tapmışdı. Belə ki, Dalinin tablosundakı cətirin sol qıraq qotazının altında iki kişi fiquru vardır. Onların məxsusi qeyimlərindən qövmi mənşəyi haqda kifayət qədər dolğun məlumat əldə etmək mümkündür. Belə ki, onlardan birisi azərlidir, digəri urusdur.

Azərlinin geyimi orta əsrlərin son dönəmində azərli xanların və dövlət məmurlarının yuxarı təbəqəsi üçün səciyyəvi olan ayaqqabılara qədər uzunan xələt və bütöv konus görkəmindəki uzun şiş papaqdan ibarətdir. Şəkildəki fiqurun qara saqqalının forması da həmin dövr üçün ənənəvidir. Beləliklə, qırmızı xələtli fiqur azərliyə məxsusdur. Onun qarşısında dayanan şəxsin başındakı qısaldılmış şiş papaq, əynindəki qara kaftan, ayağındakı uzunboğaz çəkmələr Urusiyyətin varlı təbəqəsinin nümayəndələri üçün son orta əsrlər zamanın ənənəvi geyimidir ki, hərçənd, əslində bu qeyim Sibir türklərin qeyimlərinə məxsusdur. Bu səbəbdən də deyə bilərik ki, ikinci şəxs qövmi mənsubiyyətinə görə urusdur. Buna əlavə olaraq onun qumral saqqalı da işarə edir.

Tabloda məhz azərli ilə urusun görüşünün təsvir olunmasına dair digər işarət də özünü onların paltarlarının rəngində büruzə verir. Belə ki, türk rəmziyyətinə görə, azərlinin xələtin qırmızı rəngi güney səmtini göstərir, urusun kaftanın qara rəngi isə quzey tərəfindən gəlmə insanı bildirir.

Azərli ilə urusun duruşundan, pozasından da müəyyən məlumat əldə etmək mümkündür. Urusun sağ əli azərlinin çiyninə söykənmiş haldadır, azərlinin sol əli isə rusun kürəyinin sağ tərəfinə toxunur. Bu cür məhrəmanə duruş, bir tərəfdən, onu göstərir ki, azərli və rus yaxın müttəfiq və həmkardırlar. Digər tərəfdən isə, bu ittifaqda yönəldici, aparıcı rol məhz azərliyə məxsusdur. Axı həmin duruşda söhbət zamanı azərlinin sağ əlinin urusun sinəsinə toxunması məqamı adətən göstəriş verən tərəfə xasdır, rusun isə pozası daha çox icraçı tərəf üçün səciyyəvidir.

Rəsm əsərində gələcək Azəristan-Urusiyyət münasibətlərində məhz Azəristanın aparıcı mövqedə olmasına dair digər işarətlər də yer almışdı (Azər Həsənli. “Azər xalqının ulu gələcəyi və dünyanın sabahı. Və yaxud ispan rəssamı Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” əsərinin gizli mətləbləri”. “Vətəndaş Həmrəyliyi” qəzeti, Bakı, 2011, № 31-39 ).

Bəli, öncə Azərbaycan Cümhuriyyətində, sonra isə Azəristan konfederativ superdövlətində tənmayadar quruluşun tətbiqi sayəsində kiçik müddət ərzində xalq üçün yüksək həyat səviyyəsi, firavanlıq, zənginlik əldə olunacaq; tənmayadar cəmiyyətində ədalət, insan haqlarına, həqiqi demokratiya qaydalarına, qanunun aliliyinə qəti surətdə riayət olunacaq; hakimiyyətin əsas üç idarəetmə qolların müstəqilliyi və onlar arasında tarazlığın qorunması, hamı üçün və hər fərd üçün həqiqi əmin-amanlığın təmin edilməsi təmin ediləcək. Bunların hamısı Azəristana dünya üzrə elə yüksək imic, hörmət qazandıracaq ki, müxtəlif xalqlar bizimlə bir olmağa can atacaqlar. İnanıram ki, bəşəriyyətin arzuladığı gızıl əsr ilk dəfə Azəristanda qurulacaq.

Lakin XXI əsrin ortasında baş verəcək Qiyamət həm tənmayadar quruluşun, həm də gızıl əsrin bütün dünyada yayılmasını xeyli ləngidəcəkdir, çünki biz Qiyamətə daha çox ciddi surətdə hazırlaşmasına diqqət yetirməyə məcbur olaraq, əldə ediləcək gəlirin böyük hissəsini Qiyamətə hazırlıq işlərinə yönəldəcəyik.

Bəli, dəhşətli Qiyamət fəlakəti baş verən zaman xalqımızı, övladlarımızı qorumaq istəyiriksə, biz artıq indidən Qiyamətə hazırlıq tədbirlərinə qədəm qoymalıyıq. Bu yolda Azərbaycan Çümhuriyyətində mütərəqqi, məsuliyyətli milli qüvvələrin atılacaq ilk addımı mövcud mürtəce, talançı, bacarıqsız, bütövlüklə cinayətkar, Azər millətimizə qarşı düşmən mövqedə olan, hakimiyyəti həyasızcasına, zorakılıqla qəsb etmiş təsadüfi yezid-kürd iqtidarını tarixin zibilliyinə ən yaxın zamanda çökdürülməsindən ibarət olacaqdır.

Hakimiyyətin mənbəyi millətdir. Lakin bunun üçün millət azad olmalı, insan hüquqları tam miqyasda təmin edilməli, demokratiya, ədalət hökm sürməlidir. Axı azad olmayan millət nə xoşbəxt yaşamağı, nə də bəlalı Qiyamət dövründə və ondan sonra özünü xilas etməyi bacarmayacaqdır.

NƏTİCƏ

Yaxınlaşan Qiyamətə dair məlumatlar müxtəlif görücülər tərəfindən verilmişdir ki, bu da özü özlüyündə vaсibdir. Lakin yaxınlaşan Qiyamət üzrə ən dolğun, siyasi təsir və tərcihlərdən kənar olmuş informasiyaları məhz Məhəmməd Peyğəmbər (s.a.s.), Mişel Nostradamus və Salvador Dali təqdim etmişlər. Məhəmməd Peyğəmbər (s.a.s.) və Mişel Nostradamus gələcəyə dair informasiyaları şüurlu surətdə təqdim etmişdirlərsə, Salvador Dali çəkdiyi tablosunda mövcud məxfi dibindəki informasiyalardan xəbərsiz olmuşdu.

Bu üç şəxs vasitəçi-ötürücülər qismində iştirak edərək, Qiyamət üzrə öncə onlara fövqəltəbii qüvvələr tərəfindən göndərilimiş həyati önəmə malik informasiyaları öz kahənətlər və Dalinin tablosu vasitəsilə bizə, yəni indiki yaşadığımız Axırzaman dövrünün insanları üçün ötürməyə bacarmışlar. Daha doğrusu, məncə, vasitəçi-ötürücü missiya üçün fövqəltəbii qüvvələr tərəfindən məhz bu üç şəxs seçilmişlər. Qiyamət və İmam Mehdi haqqında informasiyalar o dərəcədə mühümdir ki, bununla əlaqədar əlavə məlumatları ötürmək üçün fövqəltəbii qüvvələr Salvador Dalinin xəbəri olmadan “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsərinə məxfi informasiya dibini əlavə etmişlər.

Salvador Dalinin bu rəsm əsərini futuroloji proqnoz kimi qəbul etmək olar. Məsələ ondadır ki, Dalinin rəsm əsərinin çəkilişində istifadə olunmuş sürrealist üsul astral aləmindən əldə etdiyi informasiyaları olduğu kimi, təhrif olunmadan kətana köçürməyə imkan yaratmışdı. Nəticədə bu üsulla çəkilən lövhələrdə insan amilinin ciddi təshihedici təsiri demək olar ki, ya çox kiçikdir, ya da yox səviyyəsindədir. Digər tərəfdən, nəzərə almalıyıq ki, bu əsərdəki məxfi informasiya dibinə məlumatların astral aləmi tərəfindən yerləşdirdiyinə görə həmən informasiyalara Dali tərəfindən heç cür təsir göstərilə bilməzdi.

Odur ki, əgər Məhəmməd Peyğəmbəri (s.a.s.) və Mişel Nostradamusu onların kəhanətlərinə görə şüurlu vasitəçi-ötürücülər kimi qəbul etmək olursa, Dalidən sanki robot kimi istifadə etdiyinə görə, Dalinin çəkdiyi tablosunu artıq məhz fövqəltəbii qüvvələrin bilavasitə özləri tərəfindən təqdim edilmiş informasiya mənbəyi kimi qəbul etməliyik.

Düşünürəm ki, indiki Qiyamət ərəfəsi dövründə həm Mişel Nostradamusun gizli şifrəsini, həm də Dalinin vasitəsilə astral qüvvələri tərəfindən ərsəyə gətirilmiş bu tablonun məxfi informasiya dibini tarixdə ilk dəfə məhz mən tərəfindən aşkar edilməsi də təsadüfi deyil. Yəni, ola bilsin ki, mən də İmam Mehdi qismində astral qüvvələri tərəfindən vasitəci-ötürücü kimi seçilmişəm. Zənnimcə, astral qüvvələrin məqsədi həmən mənbələrdə olan gizli informasiyaları mən tərəfdən üzə çıxararaq, sonradan bəşəriyyətə çatdırılması yolu ilə dünya xalqların Qiyamətə ciddi tərzdə hazırlaşmasına sövq etməkdən ibarətdir.

Hər halda, təsadüfi deyil ki, VII əsrdə yaşamış Məhəmməd Peyğəmbərə (s.a.s.) fövqəltəbii qüvvələr tərəfindən uzaq gələcəkdə fəaliyyət göstərəcək İmam Mehdinin siması göstərilmiş, onun icra edəcək fəaliyyəti ilə tanış etmişdilər. Sonradan bu biliklərin Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətlərində yer alması ona gətirib çıxarmışdı ki, həmən kəhanətlərdə təsvir edilmiş İmam Mehdi həm zahiri görünüşünə, həm də insanlar arasında mülkiyyətin bərabər paylar qaydası ilə bölüşdürülməsinə görə mənim zahiri görünüşümlə və mənim tənmayadarlıq məfkurəm ilə eynilik təşkil edir.

17-ci əsrdə İranda yaşamış görkəmli şiə alimi Muhammad Baqir Məclisi yazdığı “Bihar al-Anwar” hədislər ensiklopediyasında İmam Mehdinin «Xəzra adasında» yaşaması haqda bir rəvayət təqdim etmişdi. Rəvayətə görə İmam Mehdinin zühur edəcəyi yer Xəzra adasıdır ki, əslində isə, təhlilimdə göstərdiyim kimi, söhbət bizim Abşeron yarımadasından gedə bilir. Bu mənada, “Yeni insanın” və yaxud İmam Mehdi-Xilaskarın zühür edəcəyi məkanı qismində Salvador Dalinin yuxarıda sözü gedən rəsm əsərində də qadın-maq tərəfindən Abşeron yarımadasının göstərilməsi artıq təsadüf deyil, həqiqətdir.

Yaxud Mişel Nostradamusun kəhanətlərində “Xilaskar” qismində təqdim edilmiş şəxsin, deşifrə etdiyim kəhanətlərə görə, məhz Abşeron yarımadasının Bakı şəhərində yaşaması, ona dəlalət edir ki, “Xilaskarın” Vətəni qismində Azərbaycanın göstərilməsi təsadüf ola bilməz.

Mən tərəfdən ilk dəfə 1994-cü ildə kəşf edilmiş “Tənmayadarlıq” adlı yeni ictimai quruluşun Salvador Dalinin 1943-cü ildə yazdığı “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” tablosunda rəmzi vasitələrlə təsvir edilməsi təsadüf deyil, qanunayğunluq səciyyəsini daşıyan gerçəklikdir.

Yəni, Məhəmməd Peyğəmbərin “İmam Mehdi”-si, Mişel Nostradamusun “Xilaskar”-ı, Salvador Dalinin “Yeni insan”-ı eyni adamdır. Burada təqdim etdiyim "Bəyanatın" mətnində əsaslandırılmış mənim iddiama görə, həmən adam qismində mən, Azər Həsənli, çıxış edirəm.

YEKUNLAR

İmam Mehdinin şəxsiyyəti ilə əlaqədar Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətləri, Mişel Nostradamusun kəhanətləri və Salvador Dalinin “Yeni insanın doğuluşunu müşahidə edən geosiyasi uşaq” rəsm əsəri üzrə apardığım təhlillərin qısa yekunlarını təqdim edirəm:

1) Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətlərinə görə onun atasının Abdullah adı ilə İmam Mehdinin atasının adı məna etibarı ilə eynilik təşkil etməlidir ki, bu şərt mənim atamın Əbdül adı ilə təmin edilir. Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətlərində İmam Mehdinin təsvir edilmiş fəaliyyəti, zahiri görünüşü, bədən quruluşu mənim əlamətlərimlə oxşardır;

2) Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətlərində Qiyamət ərəfəsi dövrünə xas olan kiçik və böyük əlamətlərin, o cümlədən, əxlaq pozuntuların və mənəviyyatsızlıqların kütləvi səciyyə alması, çoxmərtəbəli binaların kütləvi tikilməsi və sairə, artıq bir-birinin ardınca icra olunması ona dəlalət edir ki, hal-hazırda biz artıq Axırzaman dövründə yaşayırıq;

3) Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən adı çəkilmiş “İmam Mehdi”, Mişel Nostradamusun işarə etdityi “Xilaskar”, Salvador Dalinin tablosunun adında göstərilmiş “Yeni insan” məhz indiki Axırzamanda yaşayan eyni şəxsin, yəni mənim, müxtəlif adlarıdır;

4) Məhəmməd Peyğəmbərin (s.a.s.) və Mişel Nostradamusun kəhanətlərində, Salvador Dalinin rəsm əsərində İmam Mehdi-Xilaskarın zühur edəcəyi məkanı qismində Azərbaycanın Abşeron yarımadası göstərilir;

5) Məhəmməd Peyğəmbərin (s.a.s.) və Mişel Nostradamusun kəhanətlərində həm ikinci Dəccal, həm də İmam Mehdi-Xilaskarın Qiyamət ərəfəsi dövründə fəaliyyət göstərirlər. Bu kəhanətlər əsasında belə nəticəyə gəlmək olar ki, bir tərəfdən, XXI əsrin 20-ci illəri İmam Mehdinin zühur edəcəyi illəridir, digər tərəfdən isə, ikinci Dəccal qismində Urusiyyətin indiki prezidenti Vladimir Putin çıxış edir ki, o da Nostradamusun kəhanətinə görə 2028-ci ilin sonu - 2029-cu ilin əvvəli zaman kəsiyində devriləcək və edam ediləcək;

6) Müəssisə mülkiyyətinin işçilər arasında bərabər paylarla bölünməsi prinsipi üzərində qurulmuş təklif etdiyim “Tənmayadarlıq” adlı yeni postsərmayədar ictimai quruluş Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətində və Salvador Dalinin rəsm əsərində əksini tapmışdır;

7) Məhəmməd Peyğəmbərin (s.a.s.) və Mişel Nostradamusun kəhanətlərində, Salvador Dalinin rəsm əsərində yeni konfederqativ superdövlətin yaradılması göstərilmişdir ki, hələ bu kəhanətlər üzərində təhlili işimə başlamamızdan əvvəl illər öncə həmən superdövlətin adını təklif etdiyim “tənmayadarlı azərçilik” milli məfkurəmdə “Azəristan” qoyaraq, onun tərkibində Azərbaycan Cümhuriyyəti, İran, Türkiyənin birləşəcəyi haqqında yazmışdım («Предстоящие в XXI веке стадии развития и реализации азерлийской национальной идеи»; azəricə tərcüməsi – “Azərli milli məfkurəsinin XXI əsrdə baş verəcək inkişaf və gerçəkləşdirmə mərhələləri”). Mənim urus dilində yazdığım bu 120 səhifəlik milli məfkurəm internet şəbəkəsində 2009-cu ilin yayında yerləşdirilmişdir. Bu "Bəyanatımda" təqdim etdiyim təhlillər ona dəlalət edir ki, burada göstərilimiş peyğəmbər-görücülərin kəhanətləri həmçinin təklif etdiyim azərli milli məfkurənin düzgünlüyünü təsdiqləyirlər.

Azəristan konfederatıv superdövlətin üzvlərinin sayı 2040-cı ilə qədər Türkmənistan, Gürcüstan, İraq və iki yerə bölünəcək Suriyanın sünni hissəsi hesabına artırılacaqdır.

8) Müqəddəs Quran kitabının Zəlzələ surəsində Dünya zəlzələsi zamanı meyidlərin qəbirlərdən çölə atılması haqqında məlumatın yer alması; Məhəmməd Peyğəmbərin (s.a.s.) kəhanətlərində Qiyamətin ərəfəsi dövrünə aid olan kiçik və böyük əlamətlərin artıq XX əsrin sonlarından indiyədək incəliklərinə qədər tam dəqiqliklə bir-bir təsdiqinin tapması; Mişel Nostradamusun kəhanətlərində Qiyaməti törədəcək neytron ulduzu Tifonun hansı zamanda və hansı istiqamətdən Günəş sisteminə daxil olacağı haqqında məlumatların təqdim edilməsi, Qiyamət zamanı Yer kürəsinin kəllə-mayallaq vurması haqqında onun tərəfindən məlumatın verilməsi; Salvador Dalinin göstərilən rəsm əsərində Qiyamətin baş verdiyi zamanda hansı ölkələr kütləvi insan təlafatları ilə üzləşəcəyinə, daha çox dağıntılara məruz qalacağına və hətta Yer üzündən silinəcəklərinə dair məlumatların olması ona dəlalət edir ki, Qiyamət haqqında burada göstərilən ən mühüm informasiya mənbələrindən götürülmüş kəhanətlər həmən Qiyamət fəlakətinin gözə görünən gələcəyimizdə baş verəcəyinin qaçılmazlığını təsdiqləyirlər.

Əfsuslar olsun ki, bəşəriyyətin indiki orta və cavan nəsillərin əksəriyyəti Qiyamətin baş verəcəyi zamanda bu fəlakətdən sağ çıxa bilməyəcəklər.

Azər Həsənli. Azərbaycan Cümhuriyyəti. Bakı şəhəri. 07.06.2024

P.S. Mən bu "Bəyanatı" tamamlamışdım ki, türk dilində olan videoçarxda bir hədislə rastlaşdım (Peygamberimiz'in (sav) Dilinden Hz. Mehdi (as) - Kudüsü Kurtaracak O Zat. https://www.youtube.com/watch?v=kqSxFwqZKSs&t=402s). Bu hədisə görə, İmam Mehdinin zühuru o ildə baş verəcək ki, həmən ilin Ramazan ayında öncə Ayın tutulması, sonra isə Günəşin tutulması baş verəcəkdir. Bu cür hadisənin məhz Ramazan ayında baş verməsi hələ indiyə qədər müşahidə olunmamışdır. Lakin məhz bu qeyri-adi hadisə 2024-cü ilin Ramazan ayında baş vermişdir.

Mən bu "Bəyanatımı" 2024-cü ilin martın 6-da yazmağa başlamışdım. Cari ilin Ramazan ayı isə martın 11-də başlamış, aprelin 9-da tamamlanmışdı. Ay tutulması martın 25-də, Günəş tutulması isə aprelin 8-də baş vermişdi. Yəni, bu tutulmalar Ramazan ayının daxilində baş vermişdir.

Beləliklə, hədisə görə, İmam Mehdinin zühuru ili 2024-cü ildir. Odur ki, mənim bu "Bəyanatımın" tam həcminin “Dzen” platformasındakı kanalımda 07.06.2024 tarixində yerləşdirilməsi eyni zamanda İmam Mehdinin zühurunu təsdiqləyən hadisədir.

Bu "Bəyanatımın" həmən kanaldakı URL-ünvanı budur:

https://dzen.ru/a/ZmLDMfmw3ieCLd-w

Ümidvaram ki, zaman ötdükcə 07.06.2024 tarixi dünyada İmam Mehdinin zühuru tarixi kimi qəbul olunacaqdır.

07.06.2024