🗞✍🏻 Quba xanlığının iki görkəmli elm və din xadimi haqqında Abbasqulu ağa Bakıxanov öz “Gülüstani-İrəm” əsərində yazır: 👳🏻♂️ Molla Məhəmməd ibn Molla Nəcəfqulu Bakuvi - Təltifat işləri və elmi dərəcə etibarilə əsrinin mümtaz (Q.X. - tanınmış) simalarından biri olmuşdur. Ondan bir çox gözəl əsər yadigar qalmışdır. II Mirzə Məhəmməd xanın müəllimi olmuşdur. Şeyx Bəhaiddin Məhəmməd Amilinin "Kəşkül" adlı kitabını, Fəth Əli xan cənablarının xahişilə, o gözəl əsərə layiq bir tərzdə, ərəbcədən farscaya tərcümə etmişdir. 🔥 Onunla Hacı Məhəmməd Çələbi Əlici, şiə və sünni məzhəblərini birləşdirmək haqqında tədqiqat aparmışdır. ⚡️ Molla Məhəmməd Bakuvi, Bakı xanlığının tədqiqatçısı olmaqla yanaşı, eyni zamanda Quba xanlığının alimi idi. 👳🏻♂️ Hacı Məhəmməd Çələbi Əlici Qülhani - bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. "Tədvinül-Əlici" adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyə
Quba xanlığının iki görkəmli elm və din xadimi haqqında Abbasqulu ağa Bakıxanov yazır
7 апреля 20247 апр 2024
9
1 мин