Найти в Дзене
Quba Xanlığı

Fəth Əli Xanın İzi İlə - Dağıstanda Quba - Məmmədqala

🔥 Dərbənd şəhərinin yaxınlığında Məmmədqala qəsəbəsi var. Sizə ordan danışım. Çünki, orada Quba izi var, qubalıların izi var. Əsl adı Xanməhəmmədqala olub. Gavduşan hadisələri illərində Fəth Əli xanın Dağıstanda düşmənləri baş qaldırmışdı. Dağıstan feodal hökmdarları Fəth Əli xanın yüksəlişi və onun hakimiyyətinin sərhədlərinin genişlənməsi ilə barışmaq istəmirdilər. Rus qoşunlarının getməsi ilə onların arasında yenidən çəkişmələr başladı. ⚡️⚡️ Beləliklə bu dövrdə, usmi Əmir-Həmzə ilə düşmənçilik edən Quba xanı Fəth Əli, usminin cəsur qardaşı oğlu Xan-Məhəmmədi özünə müttəfiq etdi. Onun üçün Dərbəndin şimalında qala tikdirdi, kənd saldı, iqamətgah qurdu və buranın adını verdi - Xanməhəmmədqala. Mirzə Həsən Əlqədari yazır ki, xan, Qubadan 100 rəiyyət ailəsini bu kəndə köçürdü. Xan-Məhəmməd bəy cəsur mübarizəsi ilə usmi Əmir Həmzəyə ağır zərbələr endirdi. Semenov-Tyan-Şanski yazır ki, 1775-ci ili Xanməhəmmədqala qəsəbəsinin yaranma vaxtı hesab etmək olar. Fatimat Taxnayeva qeyd edir ki
Poster fotosu tərəfimdən süni-intellektin tətbiqi ilə hazırlanıb.
Poster fotosu tərəfimdən süni-intellektin tətbiqi ilə hazırlanıb.

🔥 Dərbənd şəhərinin yaxınlığında Məmmədqala qəsəbəsi var. Sizə ordan danışım. Çünki, orada Quba izi var, qubalıların izi var. Əsl adı Xanməhəmmədqala olub. Gavduşan hadisələri illərində Fəth Əli xanın Dağıstanda düşmənləri baş qaldırmışdı. Dağıstan feodal hökmdarları Fəth Əli xanın yüksəlişi və onun hakimiyyətinin sərhədlərinin genişlənməsi ilə barışmaq istəmirdilər. Rus qoşunlarının getməsi ilə onların arasında yenidən çəkişmələr başladı.

⚡️⚡️ Beləliklə bu dövrdə, usmi Əmir-Həmzə ilə düşmənçilik edən Quba xanı Fəth Əli, usminin cəsur qardaşı oğlu Xan-Məhəmmədi özünə müttəfiq etdi. Onun üçün Dərbəndin şimalında qala tikdirdi, kənd saldı, iqamətgah qurduburanın adını verdi - Xanməhəmmədqala. Mirzə Həsən Əlqədari yazır ki, xan, Qubadan 100 rəiyyət ailəsini bu kəndə köçürdü. Xan-Məhəmməd bəy cəsur mübarizəsi ilə usmi Əmir Həmzəyə ağır zərbələr endirdi. Semenov-Tyan-Şanski yazır ki, 1775-ci ili Xanməhəmmədqala qəsəbəsinin yaranma vaxtı hesab etmək olar. Fatimat Taxnayeva qeyd edir ki, Xanməhəmmədqalanın adına ilk dəfə general Yermolov və Pestelin 1818-ci ilin 16 noyabrına aid rəsmi hərbi yazışmalarında rast gəlinir.

📌 Beləliklə, Dağıstanda yerləşən Qubadan xəbərimiz olsun, Məmmədqaladan. Hazırda oranın əhalisi əsasən
darginlər (1950-60-cı illərdə oraya köçürülüblər) və azərbaycanlılardan təşkil olunub.

Bot | Dzen & Telegram @QubaKhanate ☑️