Найти в Дзене
Quba Xanlığı

Ərdəbildə axtarışlar gözlənilməz faktı üzə çıxardı: Bakıxanovların axtarışı zamanı Quba xanlarının övladları ilə bağlı fakt ortaya çıxdı

⚡️⚡️⚡️⚡️ Hər şey bir cümlə ilə başladı:

"Sara xanım Aşurbəyli yazır ki, sonuncu Bakı xanı Hüseynqulu xan 1806-cı ildə ailəsi ilə birlikdə Qubadan Ərdəbilə qaçdı. Rus işğalı Bakı xanlığının ləğvinə səbəb oldu. Hüseynqulu xan, ailəsi və silahdaşları Ərdəbil yaxınlığındakı Barı (indiki Baruq) kəndində məskunlaşdılar, burada bəzi sakinlər indi də Bakılılar adlanır."

🔥🔥 Axtarışlarım uzun müddət davam etdi, bu kəndi tapmaq çətin oldu, eyniadlı dörd kəndin sakinləri, ağsaqqalları ilə danışdıqdan sonra nəhayət sonda həmin kəndi tapdım. Axtardığım, Bakıxanovlar idi, amma kənd sakinin elə ilk cümlələrində sürprizlə qarşılaşdım. O, dedi, böyüklər danışırlar ki, bu kənddə xanlar yaşayıb, Fəth Əli xan, Şıx Əli xan, Həsən Əli xan. Bu adları eşitdikdə həqiqətən dondum, yoxsa bu Quba xanlarıdır, axı mən Quba araşdırmaçısıyam. ⚡️ Sizinlə paylaşdığım sirli Ərdəbil posteri, ƏQD, elə belə yazı deyildi. Mən bu yazını anons etmişdim. Axtarışlar ilahi dəstək almağa başladı. Kənd ağsaqqalının sözlərinə görə, 20-ci əsrin əvvəllərində Fəth Əli xan, Həsən Əli xan, Xanbaba xan və Şıx Əli xan adlı dörd qardaş yaşayıb. Onlar, Şimali Azərbaycandan köçən xan nəslinin davamçıları idi və həm kənddə, həm də Ərdəbildə çox yüksək hörmətə sahib olublar. Kənd sakinləri, ağsaqqallar deyir ki, o qardaşları həmişə xan deyərək çağırıblar.

Kənd sakini mənə onların övladları haqqında danışırdı. Hər birinin uşaqları olub, amma təəssüf ki, Pəhləvi şahının 1963-cü ildə apardığı torpaq islahatı zamanı kəndi tərk etməyə məcbur olublar, çünki bu islahat iri mülkədar və xan, bəy ailələrinə zərbə vurdu, eyni hadisələr Sovet Azərbaycanında da baş vermişdi. Onların övladları, Qəzvinə, Ərdəbilə və xaricə köçüblər. 🔥 Qeyd edilən, Şıx Əli xan adlı qardaşın 4 övladı olub. Şıx Əli xan Ərdəbil şəhərinin mərkəzində olan Cecin qəbitistanlığında dəfn edilib, hansı ki, bu məzarlığın bir hissəsi məhz onun tərəfindən alınıb və xalqa istifadə üçün ehsan edilib. 🔥 Fəth Əli xan adlı qardaşın deyilələrə görə 2 övladı olub, biri Qəzvində, digəri isə xaricdə yaşayır. 🔥 Həsən Əli xan ən kiçik qardaş olub və ən axırıncı vəfat edən o olub. Kənd sakinləri 1960-cı illərdə onun evlərinə qonaq gəldiyini söylədi. 🔥 Xanbaba xanın da bir övladı olub. Onların övladları barədə danışan yaşlı kənd sakini, hər birinin adını xatırladıqca, onların bölgənin yüksək hörmətli şəxsləri ilə ailə həyatı qurduqlarını, savadlı və iş həyatlarında uğurlu olduqlarını söyləyirdi.

🔅🔅 Fəth Əli xan, Şeyx Əli xan və Həsən Əli xan adları bizə Quba xanlarının adlarını xatırladır. Deyilənə görə, həmin dörd qardaşın soyadı Dərgahi olaraq adlandırlıb. Deməli bunlar niyə Dərgahi soyadı ilə adlandırılıblar: Düşünürəm ki, birinci Bakı xanı Mirzə Məhəmməd xan, Dərgahqulu xanın oğlu idi. Mən bu şəxs barədə bir arayış verəcəm. Amma, məsələ belədir ki, onlar həm Bakı, həm də Quba xanlarının nəsillərinin davamçılarıdır. Çünki, bu iki xan ailəsi tarixdə bir neçə dəfə qohum olublar. Həmçinin, rus işğalı zamanı cənuba köçən qubalı Şeyx Əli xanın övladları da məhz Zəncan və Ərdəbildə yaşayıblar, hətta dəfn ediliblər. Çox böyük ehtimalla, bu iki ailə həmçinin cənubda yaşayan dövrdə qohum olublar, hər bir halda ikisi də xan nəsli və yeni köçdükləri bölgədə bir-birlərini tanıyan ailələr olublar. Ona görə də, gələcək nəsil övladlarının adlarını həmçinin Quba xanlarının şərəfinə qoyublar.

⚡️⚡️ Beləliklə, ilk dəfə, cənubdan gələn bu möhtəşəm xəbər münasibətilə sizləri təbrik edirəm. Mövzu davam edəcək. Sirli Ərdəbil-Quba-Dərbənd yolu hələ bizi çox sirrlərə aparacaq, Allah yardımçımız olsun! Növbəti yazı İnşallah tezliklə gələr!

Rəbbim, ya Rəbbim, Sən Ağasan, mən – qul, qula Ağasından başqa kim rəhm edər? - مولاي يا مولاي أنت المولى وأنا العبد وهل يرحم العبد إلا المولى

Bot | Dzen & Telegram @QubaKhanate ☑️