⚡️⚡️⚡️ Əlhəmdulillah, əlamətdar bir irəliləyişlə 1826-28-ci illərdə İrana sığınan sonuncu Quba xanı Şeyx Əli xanın nəsli və övladları haqqında eksklüziv məlumatı paylaşıram! ⚡️ Səyahətimiz bizi Şeyx Əli xanın övladlarının alqı-satqısını təfərrüatlandıran əhəmiyyətli bir sənədə apardı. Bu əvəzsiz tarixi sənədi Harvard Kitabxanasının arxivində aşkar etdim. ⚡️ Belə ki, sənəddə Qaraçorlu ailəsi ilə Quba xanlarının ailəsi arasında İranın Zəncan şəhəri yaxınlığındakı Ənzər Tarom kəndinin satılması prosesi yer alıb. Qaraçorlu ailəsini bu razılıqda, Mərhum Hüseynqulu xan Qaraçorlunun övladları Kərbəlayi Mehdiqulu, Həzrətqulu bəy və bacıları Şah-Nisə xanım iştirak edib. Quba xanlarının ailəsini isə Şeyx Əli xanın nəvəsi - Fəth Əli xan təmsil edib, hansı ki, onun atası Sultan Əhmədxan 1853-cü ildə Qacar İranında vəfat etmişdir. Qaraçorlular məşhur bir türk nəslidir, hansı ki, araşdırmalarıma əsasən müəyyən etdim ki, bu nəslin nümayəndəsi Nəcəf Sultan Qaraçorlu hicri 1148-ci ildən Nadir şah Əfşa
Şeyx Əli xanın 1820-ci illərdə İrana sığınan nəsli və övladları haqqında eksklüziv məlumat ABŞ və İrandan gəlir!
3 октября 20233 окт 2023
5
1 мин