- Quba qəzasının gerbi, 21 may 1843 - Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspi vilayətinin gerbindəki təsvirlərin eynisidir, yəni, 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. 3-cü yaşıl sahədə dənizçilər üçün mayak kimi xidmət edən Beşbarmaq dağı və Xəzər dənizini simvolizə edən mavi dalğalı kəmər təsvir olunmuşdur. 4-cü yaşıl sahədə təsvir olunmuş üç taxıl sünbülü bu ərazidə çörəyin bolluğundan xəbər verir.
- Quba şəhərinin gerbinin təsdiqlənməmiş layihəsi, 1843-cü il - Qızılı qalxan 3 hissəyə bölünüb, yuxarıdakı böyük hissədə regionun əsas hissəsini əhatə edən dağlar və qala təsvir olunub. Maraqlıdır ki, Quba şəhərinin təsdiq edilməmiş gerbində o dövrdə artıq məhv edilməyə doğru gedən Quba qalası yer alıb. Aşağı hissədə, yenə Beşbarmaq dağı və Xəzər dənizini simvolizə edən hissə, o cümlədən taxıl sünbülünə aid olan hissələr saxlanılmaqdadır. Qalxanın yuxarısı beş dişli qızıl divarlı tacla bəzədilib.
- 1875-ci ildə Quba şəhərinin gerbinin yeni layihəsi tərtib edildi: Qırmızı qalxanda, qızılı qoz yarpaqları ilə müşayiət olunan sola doğru qızıl dişli lent var. Qalxanın sərbəst hissəsində Bakı quberniyasının gerbi var (yuxarı sol). Qalxan üç dişli gümüş divarlı tac və Aleksandr lenti ilə birbirinə bağlanmış qızılı üzümlərlə haşiyələnmişdi. Yuxarıda qeyd etdiyim qızıl dişli lent hərbi topoqrafiyada xəndək (rus. траншея) simvoluna bənzəyir, buradan da ehtimal edirəm ki, bu o dövrdə demək olar ki, tamamilə məhv edilmiş (Quba qalası) qala simvolunu xarakterizə edir.
Qeyd edim ki, son 2 gerb təsdiqlənməyib. Səbəb ola bilsin ki, gerblərdə Quba qalasının yer alması, qala tipli qızılı və ya gümüşü taclarla bəzədilməsi olmuşdur. Xatırladım ki, şəxsi fikirlərim sadəcə ehtimaldır.
Mənbə
- Prezi̇dent ki̇tabxanasının “Azərbaycan: Dövlət rəmzləri̇ və atri̇butları” adlı elektron nəşri, səh. 14