⚡️⚡️ ÖZƏL MƏLUMAT
⭐️ 1817-ci ildə İvan Dobrovolskinin "Asiya musiqisi jurnalı"nda çap olunmuş "Dərbəndli Fətəli xanın mahnısı", ilk dəfə nota alınmış Azərbaycan xalq mahnısıdır.
Düşünürük ki, mahnının meydana gəlməsi, XVIII-əsrin ikinci yarısına, yəni Fəth Əli xanın Dərbəndi xanlığa birləşdirməsi dövrünə təsadüf edir. Jurnalda çap olunmuş "Dərbəndli Fətəli xanın mahnısı"ndan savayı bütün not yazıları fortepianoda çalmaq üçün köçürülüb və həm orijinal, həm də rus dilinə tərcümə olunmuş mahnı mətnləri ilə bərabər verilmişdir. Bu mahnının fərqi isə, onun kamera ansamblının ifasında, yəni kvartet tərkibində (iki skripka, fleyta və iri tambur üçün) qeydə alınmasıdır. 22 avqust, 2023 - Buxarest Milli Musiqi Universitetinin çox hörmətli musiqi müəllimləri mahnının orijinal və həyəcanverici ifasını təmin etmək üçün öz təcrübələrini bizimlə bölüşüblər. Onların not quruluşunun müəyyən edilməsi və mahnının ilkin ifasında göstərdikləri münasibət və fədakarləq bu əziz musiqi irsinin qiymətini dah