Şıxəli-Mirzə, yəni Sultan Əhmədxan kim idi? 🔅 Şeyx Əli xanın bir oğlu olub - Sultan Əhmədxan. O, 1807-ci ildə Şeyx Əli xanın ikinci həyat yoldaşı Mülayim xanımdan dünyaya gəlib. Sultan Əhmədxan qacar nəslindən olan Zöhrə xanım ilə evlənib və 1853-cü ildə İranda vəfat etmiş, Ərdəbildə dəfn edilmişdir. 1826-cı il. Qubaya hücum ⚡️🔥⚡️ 1826-cı il. İran-Qacar qoşunları ruslarla müharibə aparır. Döyüşlər Qafqaza gəlib çatmış və sentyabr-oktyabr aylarında Quba şəhəri və tarixi Quba qalası ətrafında gərgin vəziyyət yaranmışdır. Yermolov yazırdı ki, "Abbas-Mirzə Quba quberniyasına qaçaqlıqda ölmüş məşhur yaramaz, keçmiş xan, Şeyx Əli xanın oğlunu da göndərir. İndiyədək ona çox az adam qoşulub. Bundan əlavə, Şıxəli-Mirzənin komandanlığı ilə Quba vilayətinə 2 min sarbaz (döyüşçü), 50 top, toplam 800 nəfərlik fars və şirvan (400 nəfər) süvariləri gəlib". Xan oğlu “xalqı üsyana çıxarmaq üçün Şirvana və Qubaya” göndərilsə də, “vilayətdə yaşayanların əhəmiyyətli bir hissəsi Rusiyaya sədaqətindən dön
Sultan Əhmədxan Şeyx Əli xan oğlunun 1826-cı ildə Qubaya Qacar Komandanı kimi Qayıdışı
16 мая 202316 мая 2023
7
2 мин