Birinci Hissə: II İrakli tərəfindən təşkil oluna biləcək sui-qəsd ehtimallarına baxış
🤝🏴 Fəth Əli xan 1789-cu ilin yanvarında Gəncə xanlığında, Şəmkir çayının sol sahilində yerləşən Şəmkir qalasının yaxınlığında Kartli-Kaxeti çarı II İrakli ilə görüşdü. Cavad xan da bu məclisdə iştirak edirdi, hansı ki görüşdən az əvvəl Quba xanına Gəncə qalasının açarlarını təqdim etmiş və Xana itaət etdiyini bildirmişdi. Görüşdə qərara alındı ki, II İrakli Cənubi Qafqaza, Fəth Əli xan isə İran Azərbaycanına nəzarəti təmin etsin. II İrakli Fəth Əli xanın xahişi ilə işğal etdiyi Şəmşəddil sultanlığını Gəncəyə qaytardı. Lakin görüşdən dərhal sonra Fəth Əli xan xəstələndi və Bakıya gələrək orada vəfat etdi.
🗞 Görkəmli tarixçi Tofiq Mustafazadənin əsərində Fəth Əli xanın II İrakli tərəfindən zəhərlənməsi ilə bağlı versiya irəli sürülür və bir çox müəlliflər bu versiyanı dəstəkləyirlər. "Nəzərə alsaq ki, Fəth Əli xanın ölümündən sonra II İrakli Şəmşəddil ərazisinə iddialarını bir daha təkrarlamışdır, onda bu versiyanın doğruluğuna şübhə yoxdur", bunu tarixçi Mürvət Əliyev iddia edir.
⚔️🤝 II İrakliyə tarixdə digər yanaşma belədir: 1780-cı illərin əvvəllərindən II İrakli və Quba xanlığı arasında münasibətlər gərgin idi. Qarabağ xanı İbrahimxəlil xan bir neçə dəfə II İrakli vasitəsilə Quba xanına qarşı mübarizə aparmış, müdafiə olunmuş və beləliklə Fəth Əli xanla II İrakli arasında düşmənçilik mövqeyi qurulmuşdu Lakin, 1787-ci ildən sonra Fəth Əli xanla səmimi müttəfiq münasibətləri qurmağa çalışıb, bir neçə dəfə məktublaşmış, görüşmək arzusunda olduqları qeyd edilmiş və çətin siyasi gərginlik dövründə sonda qarşılıqlı razılıqlar əldə edilmişdir. Dəqiq desəm, 1787-ci ilin martında Kartli-Kaxetiya çarlığı ilə Quba xanlığı arasında ittifaq bağlandı ki, bu da Zaqafqaziyada tarazlığın yaranmasına səbəb oldu. Vadim Leviatov yazır ki, "Fəth Əli xan üçün belə bir ittifaq bağlamaqda məqsəd həm də Qarabağın və Cənubi Azərbaycanın alınması idi", yəni Azərbaycanın birləşdirilməsi. Hətta 1788-ci ildə II İrakli Qubalı Fəth Əli xanın dəstəyi ilə Gəncənin kənarını tuta bilmişdi.
⚡️⚡️⚡️📌 Şəxsi fikrim belədir ki, Xanın ölümündə onun rolunun olması barəsində nisbətən az şübhəm var. Xanla II İrakli razılıq (1789) əldə etmişdilər ki, İrakli Gürcüstanda qalaraq, arxa cəbhəni təmin edəcək, yəni Azərbaycan və Dağıstanda Fəth Əli xanın mümkün əleyhdarları üçün "ildırım" rolunu oynayacaq və bununla da o, Xanın mülkündə onun gücünü dəstəkləyəcək, asılı və Fəth Əli xanın təsiri altında olan kənar hökmdarlardan mümkün sui-qəsd cəhdlərinin qarşısını alacaq. Xan isə ordu ilə Araz çayını keçib Cənubi Azərbaycana, oradan da İrana doğru gedəcəkdi. Həmçinin digər bir səbəb kimi qeyd edilir ki, Ağa Məhəmməd xan Qacarın cənubdan yüksələn təhlükəsinə qarşı birlikdə fəal mübarizə aparmaq üçün II İrakli Quba xanına yaxınlaşırdı, yəni o Xanla müttəfiq olmaq istəyirdi. Belə bir vəziyyətdə, həmçinin Rusiyanın artan nüfuzu fonunda, II İrakli niyə bölgənin yeganə güclü hökmdarına sui-qəsd etsin, hansı ki, o ondan yardım gözləyir...
⚡️⚡️🗞 Gürcüstan Milli Parlament Kitabxanasının Gürcüstan Ensiklopediyasının III cildindən bir sitat gətirməklə, II İrakli ilə bağlı hissəyə son qoyuram:
"1789-cu ilin yanvarında İrakli və Azərbaycanın böyük bir hissəsinin sahibi Fəth Əli xan öz maraqlarına əsaslanaraq, danışıb birgə fəaliyyət planı müəyyən etdilər ki, onun həyata keçirilməsi hər ikisinin Qafqazda qüdrətini gücləndirməli idi, lakin çox keçmədən 54 yaşlı Fəth Əli xan öldü və (Q.X. - onların) Kartli-Kaxetiyanı gücləndirmək planı da iflasa uğradı."
İkinci hissə: Azərbaycan xanları haqqında iddialar - Cavad xan
Diqqət! Mövzu ilə bağlı araşdırma yazısı bütövlükdə heç bir tarixi şəxsə ittiham xarakteri ilə yanaşmır, əksinə qaranlıq qalmış suallar və iddialara etibarlı mənbələr vasitəsilə yanaşma sərgiləyir və ehtimallar barəsində düşünməyə dəvət edir.
Həmçinin Telegram-da bax: Birinci hissə - II İrakli barəsində
📌⚡️⚡️ Fəth Əli xanın ll İrakli tərəfindən yox, Gəncə xanı Cavad xan tərəfindən zəhərlənməsi barəsində ehtimallar da var. Məsələ burasındadır ki, tarixən Azərbaycan şahlarına sui-qəsdin onların doğmaları və ya yaxın şahlar, xanlar tərəfindən olması faktları təəssüf ki, vardır. Tatar tarixçisi Rafael Hakimov yazır ki, “Fəth Əli xanın Azərbaycan torpaqlarının birləşdirilməsində əldə etdiyi uğurlar qonşuları təşvişə salmışdı”. Buna misal olaraq deyə bilərəm ki, Gavduşan döyüşünün baş verməsi məhz tariximizin qara səhifələrindən biridir. Azərbaycan hakimləri niyə Azərbaycan torpaqlarının birləşdirilməsində Xana dəstək vermədi, ona qarşı güclü koalisiya yaradıldı və hətta buna müharibə ilə cavab verildi?... O dövrdə Fəth Əli xanın təsiri Dağıstandan Xəzərboyu bölgə ilə Gilana qədər, Bakıdan Gəncəyə, oradan isə Təbrizə kimi hazırki qərbi Azərbaycan istisna olmaqla bütöv Azərbaycana yayılmışdı. 1789-cu ildə bu hadisə baş verməsə idi bəlkə də, yox-yox dəqiqliklə Azərbaycan birliyi yarana biləcəkdi. Yuxarıda qeyd etdiyim suallar tariximizin qara ləkəsi kimi bizləri izləyəcək və Xanın ona qarşı olan yerli müttəfiq xanlar tərəfindən sui-qəsd olunma ehtimalını artıracaq.
⚡️ Qeyd etməkdə fayda var ki, Xanın Cavad xan tərəfindən sui-qəsd ehtimalı ilə bağlı mənbələrdə məlumat yoxdur. Bu Vikipediya-da yer almış bir iddia idi ki, bu gün mən də bu mövzuya toxundum.
Şübhəsiz ki, Allah hər şeyi bilir - إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Telegram-da "Quba Xanlığı" səhifəsinə abunə olmaq üçün bu bağlantıya keçid et.
Ədəbiyyat:
- Mustafazadə, Tofiq. Quba xanlığı (az.). Bakı: Elm. 2005. 480 səh.
- Алиев, Мурват. Георгиевский Трактат 1783 Года И О Вопросе Влияния На Территории Борчалы И Газах-Шамшаддиля Русско-Грузинского Блока (ru.). DOI.
- В. Н., Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1948. səh. 227 səh.
- Рафаэль Хакимов: «Успехи Фатали-хана в деле объединения азербайджанских земель встревожили соседей» Источник: https://realnoevremya.ru/articles/143548-rafael-hakimov-ob-azerbaydzhanskih-hanstvah