Найти тему
Aliyev's blog

Blinçik xəmiri resepti(2 fərqli resept)

Blinçik xəmiri 1 ci üsul. Mənbə : povar.ru saytı

Tərkibi :

Buğda unu - 1,5 stəkan

Toyuq yumurtası - 2 ədəd

Şəkər tozu - 2 xörək qaşığı

Duz - 1 çay qaşığı

Süd - 1 stəkan

Su - 1 stəkan

Bitkii yağı - 30 mililitr və ya 2 xörək qaşığı

Qabartma tozu - 1 çay qaşığı

Porsiyon sayı : 5

Hazırlanması :

Bir qaba yumurta şəkər, duz, qabartma tozu əlavə edin və tam qarışanacan çırpın. Daha sonra süd və su əlavə edib yenidən çırpın. Unu ələkdən keçirib hazırladığınız qarışıma əlavə edin. Daha sonra bu qarışıma 2 xörək qaşığı bitki yağı əlavə edin və yenidən çırpın. Xəmiri 15 dəqiqə saxlayın. İlk blinçik üçün tavaya bir neçə damla yağ tökün. Birinci porsiya üçün xəmirdən tökün və bişirin. Sonrakı xəmirləri isə yağ tökmədən bişirin.

Blinçik xəmiri
Blinçik xəmiri

Blinçik xəmiri 2 ci üsul. Mənbə : Düzgün və ləzzətli bişirməyinizə kömək edəcək 200 kulinariya bacarığı kitabı A. Sidorova

Tərkibi :

Buğda unu - 1 stəkan

Toyuq yumurtası - 3 ədəd

Şəkər tozu - 1 xörək qaşığı

Duz - 1 çay qaşığı

Süd - 2 stəkan

Bitkii yağı - 3 xörək qaşığı

Hazırlanması :

Əvvəlcə yumurta və südü soyuducudan çıxarıb qoyun otaq temperaturunda olsunlar. Yumurta,şəkər tozu və duzu bir dərin qabda yüngülcə çırpın daha sonra buna südü əlavə edib qarışdırın. Daha sonra bu qarışıma ələkdən keçirərək unu əlavə edin və bu zamanda qarışda düyür yaranmaması üçün qarışdırın. Xəmir 10-15% li xamanı xatırlatmalıdır. Daha sonra yağı əlavə edib təkrar qarışdırın. Tavanı güclü qazda yaxşı qızdırın. Qızdıqdan sonra altını orta istiliyə salıb tavaya yağ sürtün(bitki yağıda istifadə edə bilərsiniz kərə yağıda). Daha sonra çömçə ilə xəmirdən götürüb tavanın tam ortasına tökün və tavanı yüngülcə fırladaraq xəmirin tavaya bərabər şəkildə yayın. Hər iki üzü qızılı rəng qalana qədər çevirib bişirin.

Blinçik xəmiri 2 ci üsul
Blinçik xəmiri 2 ci üsul

1 blinçikin içinə nə qədər içlik gedir?

Kəsmik - təxminən 20 qramm və ya 1 xörək qaşığı

Əgər ətdirsə, onda bir az daha çox, 30 qramm və ya 1 xörək qaşığığından(25 qramm) biraz artıq

Digər içliklərdə məsələn, cem, kəsmik kimi təxminən 20-25 qramm

Şirin içlikləri isə böyük həcmdə qoymaq lazım deyil, belə bu zaman onlar çox şirin(şəkərli) çıxır.

-3