Найти тему
Aliyev's blog

Soyuducuda saxlanılmayan bəzi məhsullar

Pomidor

Soyuducuda soyuq hava səbəbiylə, pomidor qoxu və dad keyfiyyətlərini itirir. Tərəvəzin strukturu dəyişir-pomidor hüceyrə membranlarının məhv edilməsi nəticəsində boş olur. Pomidorların dadını, rəngini və qoxusunu itirməməsi üçün onları otaq temperaturunda saxlamaq lazımdır.

Pomidor
Pomidor

Kartof

Kartof saxlamaq üçün mətbəxdə(və ya anbarda) qaranlıq və sərin yer seçmək daha yaxşıdır. Soyuqda kartof nişastası şəkərə çevrilir. Əgət kök yumruları +3 dərəcədən aşağı temperaturda saxlanılsa, onda kartofda qlükoza əmələ gəlir ki, buda kartofa həddindən artıq şirin bir dad verəcək və isti emal zamanı formanı saxlamağa imkan verməyəcəkdir.

Kartof
Kartof

Baş soğan

Baş soğanı soyuducuda saxlamaq olmaz çünki digər məhsulların qoxularını özünə çəkir, onlara isə öz qoxusunu hopdurur. Yüksək rütubətli şəraitdə baş soğan yumşalır və kiflə örtülür. Buna görədə soğanı sərin və quru yerdə salamaq lazımdır amma heç bir halda kartof ilə soğanı bir saxlamaq lazım deyil çünki birgə saxlama zamanı məhsullar daha tez xarab olacaq.

Baş soğan
Baş soğan

Bal

Bu qiymətli məhsul -7-dan +20 dərəcə temperaturda saxlanıla bilər. Soyuducuda temperatur aşağı olduqda, balın qaranlıq bir dolabda qalması daha yaxşıdır. Bal faydalı keyfiyyətləri daha aşağı temperaturlarda saxlayır lakin bu halda o, şəkərlənəcək, dadını dəyişəcək və maye balın qatılmağı tələb olunduğu reseptlər üçün yararsız ola bilər. Yeri gəlmişkən, əgər mənfi temperaturda saxlanıldıqdan sonra bal maye qalırsa, deməli, istehsalçı məhsulu həddindən artıq qızdırıb və belə balda faydalı maddələrdən xeyli azdır.

Bal
Bal

Sitrus meyvələri

Portağallar, limonlar və qreypfrutlar eyni bir qrupuna aiddir, amma onları birlikdə saxlamaq lazım deyil — belə ki, bu halda onlar daha tez xarab olur və kiflənirlər. Soyuducuda sitrus meyvələri solur,yumşalır və onların qabığı ləkələrlə örtülür, buna görə də onları otaq temperaturunda saxlamaq və satın alındıqdan sonra bir neçə gün ərzində yemək daha yaxşıdır. İsti temperaturda limon portağallardan daha uzun saxlanılır. Sonuncunu kəsə və dondura bilərsiz

Sitrus meyvələri
Sitrus meyvələri

Çörək məmulatları

İstənilən çörək məmulatlarını təzə istifadə etmək daha yaxşıdır -hazırlanma və ya alınma anından iki-üç gün ərzində. Soyuducuda çörək məhsulları daha sürətli quruyur.

Çörək məmulatları
Çörək məmulatları

Göyərti

Cəfəri, şüyüd, yaşıl soğan, keşniş, salat(kahı) və reyhanı dondurmaq daha yaxşıdır. Bu halda onlar nəm və dad keyfiyyətlərini saxlayacaqlar. Soyuducuda saxladığınız zaman isə bitkilər çürüyür və onlarda vitaminlər əhəmiyyətli dərəcədə azalır. Soyuducuda təzə göyərtini saxlamaq üçün yeganə yol onu nəmi hopduracaq kağıza və ya pambıq salfetə bükməkdir, və göyərti çürüməyəcək

Göyərtilər
Göyərtilər