Qranit tavanın necə hazırlanır?
Əslində "qranit tava" adı altında hətta alüminiumdan hazırlanmış bir məhsulda ola bilər. İstehsalçıların çoxu öz məhsulunu necə adlandırmağı özü seçsədə yekun nəticə etibarı ilə tavaların tərkibi eynidir.
Qranit tavanın istehsalına qayıtsaq biz aşağıdakıları aşkar edə bilərik: Məhsulun səthi xüsusi qatla örtülüb ki, onun tərkibinə polimerlər və qranit qırıntıları daxildir. Burada flüorpolimer kimi bir komponentin olmaması nəzərə alaraq qranit qabların ekoloji cəhətdən tamami ilə təmiz olması müəyyən edilə bilər.
Qranit örtüklü tava niyə adi teflondan daha yaxşıdır?
Qranit tavanın bir sıra üstünlükləri var :
- Öz tavanızı qeyri-ixtiyari cızmaqdan qorxmaya bilərsiniz. Ama yenə də bunu etməyə çalışmaq lazım deyil.
- Olduqca tez və bərabər şəkildə qızır
- Temperatur rejiminin uzunmüddətli qorunması - yəni xörək o qədər də tez soyumayacaq
- Material yüksək temperatur səviyyəsinə "sakit" reaksiya verir
- Yağlı əti bitki yağı əlavə etmədəndə hazırlamağa imkan verir
- İstifadə müddəti olduqca uzundur
Ama unutmaq olmaz ki, qranit örtüklü tavalarında öz çatışmazlıqları mənfi cəhətləri var:
- Teflon variantından fərqli olaraq, bu tavalar daha baha qiymətə olur
- Temperatur dəyişkənliyinən tavaya müəyyən zərərlər dəyə bilər
- Qranit tavalar düşməyi və zərbələri pis keçirir - bu hallarda tavada çatlar əmələ gələ bilər ki, bu da yekunda tavanın zərər görməsinə və dağıdıcı fəsadlara gətirib çıxaracaq
- Bütün qranit tavaları qab yuyan maşında yumaq olmaz
Qranit tavadamı teflon kimi zərərlidir?
Yəqin ki, əvvəlcə teflon örtüklü tava haqqında bir az qeyd etmək yerinə düşər. Baxmayaraq ki, bu variantda ola tava daha ucuzdur ama onun kimyəvi tərkibi heçdə qaneedici deyil. Bu örtüyün tərkibində olan böyük ölçüdə zəhərli kimyəvi maddələr qızma zamanı asanlıqla xörəyə hopur və havaya qarışır. Əgər siz bu örtüklü tavanı tez tez yüksək temperaturlara qədər qızdırsaz onda örtüyü tez çatlayır. Və bu zaman ağciyərlərinizə keçə biləcək zərərli maddələr sərbəst qalır. Gördüyünüz kimi, bu alıcıların da əksəriyyətini qorxudan teflon örtüklü tavaların ciddi çatışmazlıqlarıdır.
Yaxşı bəs qranit tava növü haqqında nə deyə bilərik? Daha əvvəl də qeyd etdiyimiz kimi, bu tavanın səthi xüsusi bir qırıntı ilə örtülür və sonra yapışmaz örtük təbəqəsini meydana gətirir. Beləliklə tavanın səthi istənilən mexaniki zədələrə qarşı daha möhkəm, uzunömürlü və dayanıqlı olur. Belə yüksək keyfiyyət göstəricilər ilə isə bu tip örtüklü tavalar teflon örtüklü tavaları mütləq "nokaut" edir. Bundan başqa, qranit məhsulunun yüksək ekoloji cəhətdən təmizliyi də yekun zərbədir. Yüksək temperaturun tətbiqi bu tip örtüklü tavalarda hər hansı zərərli maddələrin sərbəst buraxılmasının qarşısını alır. Beləliklə, sağlamlığınızın təhlükəsizliyinə zəmanət verilir.
Qranit tavada xörək bişirərkən, yalnız mərkəzdə qızdırılacağından qorxmayın. Xörəyi yandırmamaqla yanaşı, xörək üçün həmişə yağ əlavə etməkdə lazım olmur. Bundan əlavə, bu tip tavalar ciddi kimyəvi yuyucular olmadanda çox asanlıqla yuyulur. Tavanın yüngül çəkisi olsa da, tələb olunan temperaturu uzun müddət saxlaya bilir.
Qranit tavalara necə qulluq göstərmək lazımdır?
Əgər siz mətbəx avadanlığının uzun müddətli istismarını arzu edirsinizsə istənilən qab - qacağa mütləq şəkildə keyfiyyətli qulluq göstərmək lazımdır.
Aşağıdakı qulluq etmə tövsiyələrinə diqqət yetirməyiniz məsləhət görürülür:
- Məhsulun istismar təlimatlarında heç bir göstəriş olmadığı təqdirdə metal qaşıq, çəngəl istifadə etməyin
- Hər hansı bir qab üçün sərt fırça və ya dəsmallardan qaçınmaq daha yaxşıdır. Necə də olmasa bunlar tətbiq edildikdən sonra qabda iz qoyur;
- İstənilən halda, tavanın bəzi modellərində kiçik miqdarda da olsa bitki yağının əlavə edilməsini nəzərdə tutulur;
- Əgər həmişə ki, tək xörək bişidikdən sonra qabınızı yumağı planlaşdırırsınızsa, soyuq suyu yalnız qab soyuduqdan sonra tökün