Tərkibi :
Dana əti 1 kiloqram
2-3 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı
4 ədəd orta soğan
3-4 diş sarmısaq
2-3 ədəd turşməzə alma
1 limonun qabığı
1-2 çay qaşığı karri*
Pors sayı : 4
Diqqət Karri ilə sarıkökü qatmayın! Karri sarıkökdən fərqli olaraq heç bir müalicəvi əhəmiyyətə sahib deyil və sırf xörəklər üçün nəzərdə tutulub. Karri marketlərdən hazır şəkildə alına və ya lazımi ərzalar(sarıkök,qırmızı və qara bibər,zəncəfil,keşniş və.s) alınıb evdə hazırlana bilər
Hazırlanması :
Əvvəlcə əti yuyun qoyun suyu çəkilsin. Suyu çəkildikdən sonra çoxda böyük olmayan hissələrə bölüb, iki tərəfinidə unlayın. Tavaya kərə yağını əlavə edib qızdırın və ətin iki üzünüdə qızılı rəng alana qədər təxminən 8 dəqiqə qızardın. Bundan sonra əti yüngülvari duzlayın. Soğanı kiçik kub şəklində doğrayıb ətə əlavə edin və 4-5 dəqiqə ərzində bişirin. Daha sonra qabığı soyulub toxumu təmizlənmiş almaları kub şəklində doğrayıb ətə əlavə edib 10-15 dəqiqə ərzində arada qarışdırmaq şərti ilə bişirin. Daha sonra bu qarışıma sürtgəcdən keçirilmiş(və ya soyularaq xırda doğranmış) limon qabığı və karrini əlavə edib zövgə görə duzlayın. Bundan sonra xörəyin qapağını örtüb 10 dəqiqə ərzində alçaq odda bişməyə qoyuruq. Süfrəyə verildikdə üzərinə pressdən(sarmlsaq əzən) keçirilmiş sarmısaq səpilib verilir.