Найти тему
Aliyev's blog

Dovğa resepti

Tərkibi :

Qatıq 3 kiloqram

1 ədəd yumurta

1 xörək qaşığı un

0.5 stəkan yumru düyü

Hərəsindən 1 dəstə olmaqla : keşniş,şüyüd,nanə,cəfəri,dağ keşnişi

Hazırlanması :

Əvvəlcə göyərtilər yuyulub doğranır və suyu çəkilməsi üçün qoyulur. Bir kiçik qazanda yumru düyü bişməyə qoyulur. Daha sonra qatığa yumurta və un əlavə edilərək vençiklə yaxşı-yaxşı çalınır ki, yumurta dağılsın.

Vençik
Vençik

Daha sonra qatıq güclü(yüksək) od üzərinə qoyularaq taxta qaşıqla ara vermədən qarışdırılır.(bulanır). Qatıq buğlananda(parlananda) çeçələ(kiçik) barmaq ilə qaynar olub olmadığı yoxlanılır. Qatıq qaynar olmalıdır. Qatıq qaynar olduqda əvvəlcədən hazır etdiyimiz göyərtiləri əlavə edə edə qarışdırırıq. Göyərtinin rəngi dəyişən kimi isə qaz söndürülür. Əvvəldən bişirdiyimiz düyü əlavə edilib qarışdırılır.

Qeyd : Gəncə zonası dovğaya noxud əlavə etmir. Dovğaya ispanaqda əlavə edilə bilər ama mən əlavə etmirəm deyə reseptdədə yazmamışam.

Dovğa
Dovğa