Yemək bişirərkən sıx rast gəlinən hallardan biridə yeməyin hədindən artıq duzlu alınmasıdır. Bəs bu halda nə etmək olar? Aşağıda bu problemi həll etmək üçün istifadə edilən bəzi üsulları yazacam
1.Su əlavə etmə üsulu
Bu üsulla xörəyi “xilas etmək” üçün əvvəlcə xörəyə 2-4 xörək qaşığı təmiz su tökülür və qaynadılır. Qaynadıqdan sonra dadına baxılır əgər qaydasına düşməsə eyni qaydada proses təkrar olunur.
Souslar üçün bu üsül uyğundur
Şorbalar üçün uyğun deyil – su əlavə olunduqda şorbanın rəngi bulanıqlaşıb dadını itirəcək.
2. Su ilə yuma
Duzlu alınan tərəvəzlər, dənli bitkilər, makaron axar suyun altında yuyulur və ya yenidən təmiz su ilə doldurularaq qaynamağa qoyulur və qaynadıqda 1 dəqiqə gözləyirlər ki, su artıq duzu ərzaqdan çəksin.
3. Turş bir şey əlavə etmə üsulu
Ətdən, balıqdan hazırlanmış çox duzlu xörəkləri və həmçinin çox duzlu sousu “xilas etmək” üçün turş məhsul qatma üslundan istifadə etmək olar. Bunlara – limon turşusu, sirkə və ya xardalın əlavə edilməsi xörəyi “xilas etməyə” kömək edəcək. Lakin ehtiyatlı olun və turşunu damcı damcı əlavə edin ki,onsuzda artıq duzlanmadan korlanmış xörəyi tamamilə xarab etməyin
4.Şirin əlavə etmə üsulu
Şəkər, bal, eləcə də şirin tərəvəzlər, məsələn, yerkökü, sous və ya şorba əlavə duz aradan qaldırılması kömək edəcək. Ama diqqətli olun ki,turş məhsullarda olduğu kimi şirin əlavə edərkən də az-az əlavə etmək lazımdır
5. Yağlı və ya qaymaqlı bir şey əlavə etmə üsulu
Yağlı qaymaq, xama, kokos südü və ya avokado, qulyaş, şorba və ya sousun duzlu dadını mükəmməl şəkildə balanslaşdırır və daha yumşaq edir. Xörəkdən asılı olaraq, zövqə görə bir qaşıq xama və ya yetişmiş avokado dilimini əlavə edə bilərsiz. Duzlu ət və ya balıq isə balanslaşdırılmaq üçün xama əlavə edilib qaynamağa qoyulur, qaynayan kimi bir altı aşağı salınaraq bişməyə qoyulur
6. “Uducu” məhsul əlavə etmə üsulu
Bəzi məhsullar udma xüsusiyyətlərinə malikdir, yəni onlar xörəkdə olan artıq duzları çəkməyi(udmağı) bacarırlar. Belə məhsullara kartof, nişastalı yarmalar, makaron, təzə göyərtilər daxildir. Artıq duzlanmlarış şorbaya bir neçə xırda kartof qoymaq və ya 100-150 qr düyü tökmək olar – bu inqrediyentlər özünə artıq duzu çəkəcəklər. Əgər yeməyi artıq məhsullarla korlamaq istəmirsinizsə o zaman kartof bütöv şəkildə qoymaq olar ki, onu sonradan çıxartmaq asan olsun,yarmaları isə parça kisəsində şorbaya salmaq olar.
7. Xörəyə tərəvəz və ya yarma əlavə etmə üsulu
Duzlu farşa sürtgəcdən keçirilmiş çiy kartof, baş soğan, kabacki, yerkökü və ya bişmiş düyü əlavə edə bilərsiniz. Ət və ya balıq yeməklərinə isə çiy tərəvəz əlavə edib öz buğunda bişirə bilərsiz – bu zaman həm əsas yemək, həm də tərəvəz qarnir alınacaq.
8. Duzlanmış məhsulları təkrar emal etmə üsulu
Duzlanmış ətdən və ya balıqdan əlavə inqrediyentlər (tərəvəz, yarmalar) əlavə edərək piroq üçün dadlı və doyumlu içlik hazırlamaq olar. Duzlanmış tərəvəzlərdən isə təkrar emal üçün bişmiş duzsuz tərəvəzlər əlavə etməklə püre hazırlamaq olar
9. Qarnirlə tamamlama üsulu
Əgər əsas yeməyi artıq duzlayıbsınızsa və onu artıq düzəltmək mümkün deyilsə o zaman yeməyi sadə qarnirlə təqdim edin – yarmalardan sıyıq, duzsuz püre və ya duzsuz pörtlədilmiş tərəvəzlərlə. Bu zaman əsas yeməklə qarnir bir birini tamamlayacaq