Найти тему
Aliyev's blog

Şotland şorbası(Britaniya mətbəxi)

Tərkibi qrammla : (1 nəfər üçün)

Qoyun əti - 108 qramm

Yerkökü - 15 qramm

Şalğam-turp(репа) - 16 qramm alternativi kartof

Kərəviz - 22 qramm

Kəvər soğanı(satışda çox vaxt luk pure,luk porey kimi də deyilir rus dilindəki лук-порей sözünən gəlir) - 6 qramm

Baş soğan - 12 qramm

Arpa yarması(perlova) - 14 qramm

Göyərti cəfəri - 3 qramm

Duz-istiot(0.1 qramm)

Hazırlanması :

Əvvəlcə qazana qoyun ətini qazana qoyub üzərinə soyuq su əlavə edirik, bağ soğanı da bölüb qazana əlavə edirik qoyuruq alçaq odda 1 saat ərzində bişməyə. Bulyon hazır olduqda ətləri çıxardıb bulyonu süzürük. Süzülmüş bulyona xırda kub şəklində doğranmış tərəvəzləri və əvvəldən bişirdiyimiz arpa yarmasını əlavə edib hazır olana qədər bişiririk. Qırağa qoyduğumuz ətləri sümükdən ayırırıq,çox iridilərsə bölürük. Şorba hazır olduqda hazırladığımız ətləri əlavə edib qaynadırıq,kəfi olsa yığırıq, qaynayadıqda duz-istiotunu vururuq. Şüfrəyə qaynar vəziyyətdə üstünə xırda doğranmış cəfəri səpərək verilir.