Найти тему
Aliyev's blog

Bulyon resepti

Bildiyiniz kimi müxtəlif  şorbaları hazırlamaq üçün bulyon istifadə edilir. Bəs bulyonun dadlı olması üçün necə hazırlamaq lazımdır? Bulyon ətlə hazırlana bildiyi kimi heyvanların sümüklərin ilə də hazırlanır.  Hazırlanma qaydası isə aşağıdakı kimidir

Lazim olan ərzaqlar :

Sümük - 300 qramm

Yer kökü - 10 qramm

Cəfəri(kökü) - 8 qramm

Baş soğan - 10 qramm

Soyuq su - 1.250 lt

Hazır olacaq bulyon həcmi - 1 lt

Hazırlanma qaydası :

Əvvəlcə sümüklər qazana qoyulub üstünə soyuq su əlavə edilir, və zəif odda 3.5-4 saat bişirilməyə qoyulur. Mütəmadi olaraq üzərindən kəfi və yağı kəfkirlə yığılır. Hazır olmağına 30-40 dəqiqə qalmış ayrıca bir tava yağ tökmədən qızdırılır, yerkökü və baş soğan yarıya bölünərək daxili üzləri tavada biraz qızardılır.Üzləri biraz qaralan kimi götürülüb bulyona daxil edilir.

Ardınca isə cəfəri(kökü) tökülür.Eyni zamanda zövqə görə adi cəfəri, kərəviz və şüyüd də əlavə edilə bilər. Hazır olduqdan sonra bulyon süzülür.

Ətlə hazırlanan bulyonda eyni sümük bulyonu kimi hazırlanır sadəcə burada ət bulyona hazır olmağına 2-3 saat qalmış tikələr şəklində əlavə edilir - bu həm bulyonun həm də ətin daha dadlı olmasını təmin etməklə bərabər bulyonu daha şəffaf edir

-2
Cəfəri kökü
Cəfəri kökü