Lazım olan ərzaqlar :
Çəkisi 0.5 kq ma qədər olan cücə (çolpa) əti
Duz-istiot
Duru yağ - 3 xörək qaşığı
Kərə yağı - 2 xörək qaşığı
zövgə görə toyuq ətinə vurulan ədviyyatlar
Bəzəmək üçün bunlardan istifadə etmək olar : kahı,cəfəri, sogan pomidor
Hazırlanma qaydası :
Tabaka üçün ideal çəkisi 0.5 kq ma qədər olan cücə (çolpa) əti sayılır. Bunların əti yumşaq və dadlı olur həmdə tez bişir.
1. Əvvəlcə toyuğun sinəsini bölürsüz
2. Daha sonra bıçaqla toyuğun : budun buddibinə birləşən hissəsinə və qanadın birləşən hissəsisə yüngün kəsik atırsız. Tam axıra qədər kəsmək lazım deyil
3. Sonra toyuğun üstünə striç və ya adi pinqvin salafan salıb çəkiçlə yaxşı döyürsüz. Salafansız döymək olmaz! Daha sonra balaca qab götürürsüz içinə : duz-istiot zövqə görə şirin paprika və pul bibər varsa digər toyuq ətinə vurulan ədviyyatları tökürsüz. Bunlarında üstünə 1 xörək qaşığı zeytun yağı(yoxdursa adi günəbaxan yağı və ya qarğıdalı yağı) töküb yaxşı qarışdırırsız.(klassik marinad) Sonra bu marinadı yaxşıca toyuğa sürtürsüz. Tavanı od üzərinə qoyursuz 2 xörək qaşığı duru yağ və 2 xörək qaşığıda kərə yağı tökürsüz qızır. Qızdıqdan sonra toyuğu sinəsi aşağıda olmaq şərti ilə qoyursuz tavaya. Üzərinədə xüsusi tabaka tavasının qapağını qoyursuz ki, toyuğu basdırsın. Əgər belə qapağa imkan yoxdusa adi qapaq və ya düz boşqab qoyun toyuğu əhatə eləsin üzərinədə nəisə bir ağırlıq qoyun ki,toyuğu pressləsin( tabaka tavasının qapağı çox ağır olur azı 1-1.5 kg bəlkədə daha artıq ona görə onu qoyanda toyuğu pressləyir.). Vam odda qoyursuz bişir. Toyuğu tez-tez çevirməyə ehtiyyac yoxdu. Bir tərəfi bişdikdən sonra digər üzünüdə eyni qaydada bişirirsiz. Süfrəyə isti verilir. Süfrəyə verildikdə rahatlıq üçün minimum 4 hissəyə bölünür : bir dənə belin ortasınan kəsib ikiyə ayırırsız. Sonra kəsdiyiniz hissələri də 2 yerə bölürsüz. İstəsəz bud dibini və qanadlarıda ayıra bilərsiz. Bəzəmək üçün kahı,cəfəri, sogan pomidor dilimləyib yanına qoymaq olar