Найти в Дзене
Fuad Sherifov

Serenata di Calcio 26

Koronavirus səbəbindən İtaliya futbol federasiyası A Seriyasının 26-cı həftəsinin oyunlarını iki həftəyə sığdırmalı oldu. Belə ki, turun ilk 4 oyunu ötən həftə keçirildiyi halda qalan 6 oyun isə bu həftəsonu baş tutdu. Böyük ehtimalla bu turu bu ayda keçirilən yeganə oyun həftəsi olacaq. Belə ki, artıq ölkə üzrə bütün tədbirlərin keçirilməsi dayandırılıb və İtaliya çempionatı barədə yekun qərar bu gün veriləcək. Baş tutan bütün oyunlarda qapılara 33 qol (orta hesabla hər oyuna 3,3) vurulub. Oyunların beşində ev sahibi, dördünə isə qonaqlar qələbə qazanıb, cəmi bir oyunda tərəflər sülhlə ayrılıblar. Oyunu bərabərliklə başa çatan “Udineze” 2012-ci ilin payız ayından sonra ilk dəfədir ki, ardıcıl dörd oyunda analoji nəticə ilə oyunlarını yekunlaşdırır. Onlar həmçinin 2016-cı ildən sonra “Fiorentina”ya qalib gələ bilmirlər: 5 məğlubiyyət, 3 bərabərlik. Bu həftədə qalib gəlməyi bacaran “Latsio” klub tarixində məğlubiyyətsizlik rekordunu 21 oyuna çatdırdı. Onlar həmçinin 2000-ci ildən sonra ilk dəfədir ki, ardıcıl 14 ev oyununda məğlub olmurlar. “Bolonya” bu həftədə qapısında qol görməklə cari mövsümdə ardıcıl 21 oyundur ki, bu antirekorda imza atır və bu klubun tarixində ən pis göstəricidir. “Kalyari” 2015-ci ildən sonra ilk dəfədir ki, ardıcıl 11 oyunda qələbəyə həsrətdir. Onlar da 2013-cü ildən bu tərəfə “Roma”ya qalib gələ bilmirlər: 4 bərabərlik, 8 məğlubiyyət. Qələbəyə daha bir həsrət komanda “Torino” isə yeni baş məşqçisi Moreno Lonqo ilə keçirdiyi ilk 3 oyunun hər birində məğlub olub. O “Torino”nun tarixində son 24 ildə bu anti göstəriciyə sahib olan ilk baş məşqçi olur.

Cari mövsüm fantastik məhsuldarlıq nümayiş etdirən “Atalanta” mövsümün ən məhsuldar oyununda iştirakçı oldu. Belə ki, “Leççe” ilə qarşılaşmada “berqamolular” və rəqib birlikdə qapılardan 9 qol keçirdilər. Onlar həmçinin cari mövsümün ən böyük hesablı ev və səfər qələbələrinədə sahibdirlər. Bununla yanaşı “Atalanta” cari mövsüm 5 oyunda minimum 5 dəfə fərqlənməklə “Milan”ın 1958/59 mövsümündəki göstəricisini təkrarlayıblar. Çempionluq yarışında mövsümün ən vacib oyunlarından biri bu həftə baş tutdu. İtaliya derbisində sevinən tərəf ev sahibi “Yuventus” oldu və turnir cədvəlində liderliyini möhkəmləndirdi. Turinlilər “milanlılarla”ardıcıl 5 qarşılaşmadır ki, qapısını toxunulmaz saxlamağı bacarırlar, həmçinin “İnter” 2012-ci ilin noyabr ayından “Yuventus”u səfərdə məğlub edə bilmir. Bu həftə “Cenoa” “Milan”a qarşı 6 oyunluq qələbəsilik seriyasını qırmağı bacardı. “Verona”nın ardıcıl 10 oyun məğlubiyyətsizlik seriyasına “Sampdoriya” tərəfindən son qoyuldu. SPAL isə ardıcıl 5 məğlubiyyətdən sonra qələbə qazandı. Bu onların “Parma”ya qarşı son 4 oyunun hamsında qələbə qazanması demək idi.

-2

A Seriyasında baş tutan oyunların nəticələri

“Latsio” – “Bolonya” 2-0

“Napoli” – “Torino” 2-1

“Leççe” – “Atalanta” 2-7

“Kalyari” – “Roma” 3-4

“Parma” – SPAL 0-1

“Milan” – “Cenoa” 1-2

“Sampdoriya” – “Verona” 2-1

“Udineze” – “Fiorentina” 0-0

“Yuventus” – “İnter” 2-0

“Sassuolo” – “Breşiya” 3-0

Baş tutan oyunlarda hakimlər kobudluqlara görə 46 dəfə (orta hesabla hər oyuna 4,6) əllərini ciblərinə salmalı olublar. Onlar göstərdikləri vərəqələrin 44-nün rəngi sarı, ikisinin rəngi isə qırmızı olub. Ən çox vərəqə Marko Di Belonun Sardiniyada idarə etdiyi oyunda göstərilib. Belə ki, hakim bu oyunda futbolçulara 9 sarı vərəqə göstərib.

Bu həftə keçirilən oyunların yalnız dördündə azarkeşlərin iştirakı mümkün olub. Məlum hadislərə görə qalan 6 oyun azarkeşlərin iştirakı olmadan baş tutub. Ümumilikdə bu həftə oyunları 101 min 35 nəfər azarkeş izləyib. Ən çox azarkeş paytaxta keçirilən oyunda qeydə alınıb. Stadionun həcminə görə isə əsl anşlaq Sardiniyada qeydə alındı. Yerlərin 91% azarkeşlər tərəfindən doldurulmuşdu.

-3

Keçirilən oyunlarda qeydə alınan azarkeş statistikaları

“Latsio” – “Bolonya” – 40 000 (55%)

“Napoli” – “Torino” – 24 843 (41%)

“Leççe” – “Atalanta” – 21 344 (63%)

“Kalyari” – “Roma” – 14 848 (91%)

“Parma” – SPAL - azarkeşsiz

“Milan” – “Cenoa” – azarkeşsiz

“Sampdoriya” – “Verona” - azarkeşsiz

“Udineze” – “Fiorentina” - azarkeşsiz

“Yuventus” – “İnter” - azarkeşsiz

“Sassuolo” – “Breşiya” – azarkeşsiz

-4

İtaliya derbisini qazanan Maurizo Sarri son 40 ildə bir mövsümdə “İnter”ə hər iki oyunda qalib gələn ikinci “Yuventus” baş məşqçisi olur. Marqlıdır ki, ona qədər bunu hazırda “İnter”in çalışdırıcısı Antonio Konte etmişdi. Kriştiano Ronaldu A Seriyasında ardıcıl 11 oyundan sonra ilk dəfə fərqlənməyi bacarmadı. Paolo Dibala isə son 7 ildə “İnter”ə qarşı bir mövsümdə hər iki oyunda fərqlənməyi bacaran ilk futbolçu oldu. “Sassuolo”nun bombardiri Françesko Kaputo son 2 mövsümdə Ronaldu və İmmobile ilə birlikdə mövsüm ərzində minimum 13 qol vurmağı bacaran üçüncü futbolçu olur.

-5

Joao Pedro “Kalyari” tarixində mövsüm ərzində minimum 16 qol vurmağı bacaran ikinci legioner futbolçu ünvanına sahib olur. Ona qədər bunu Davide Sousa etməyi bacarmışdı.

Ardı var...