Serenata di Calcio 26
Koronavirus səbəbindən İtaliya futbol federasiyası A Seriyasının 26-cı həftəsinin oyunlarını iki həftəyə sığdırmalı oldu. Belə ki, turun ilk 4 oyunu ötən həftə keçirildiyi halda qalan 6 oyun isə bu həftəsonu baş tutdu. Böyük ehtimalla bu turu bu ayda keçirilən yeganə oyun həftəsi olacaq. Belə ki, artıq ölkə üzrə bütün tədbirlərin keçirilməsi dayandırılıb və İtaliya çempionatı barədə yekun qərar bu gün veriləcək. Baş tutan bütün oyunlarda qapılara 33 qol (orta hesabla hər oyuna 3,3) vurulub. Oyunların...