Koronavirus səbəbindən İtaliya A Seriyasının 25-ci turunda cəmi 6 oyun baş tutdu. Digər 4 görüş ("Verona” – "Kalyari”, "Torino” – "Parma”, "İnter” – "Sampdoriya” və "Atalanta” – "Sassuolo”) virusun tüğyan etdiyi şimal regionlarında keçirilməli olduğu üçün İtaliya Futbol Federasiyası oyunların müəyyən müddətə təxirə salınmasına dair qərar qəbul etdi. Baş tutan 6 oyunun birində ev sahibləri, üçündə qonaqlar qalib gəldilər. 2 matçda bərabərlik qeydə alındı. Ümumilikdə qapılara 19 qol vuruldu. Liderlərdən "İnter” və "Atalanta”nın oyunlarının təxirə düşdüyü həftədə üst sıralarda qərarlaşan digər iki komanda - "Yuventus” və "Latsio” qələbə qazanmağı bacardılar. Özgüvənini bərpa edən "Napoli” məğlub duruma düşdüyü görüşdə geridönüş edərək qələbə qazandı. "Neapollular" cari mövsümdə "top-5” liqalarda keçirdiyi səfər oyunlarında bu cür qazanılan xalların sayına (10) görə liderdir. "Yuventus” son 9 mövsümdə oyunlarını keçirdiyi fərqli 32 stadionda ən azı bir dəfə qələbə qazanmağı bacarıb. Çox mə