İtaliya A Seriyasında 24-cü turun oyunları baş tutub. Məhsuldarlığın aşağı olduğu həftədə qapılara 23 qol (orta hesabla hər oyuna 2,3 qol) vurulub. On oyunun biri heç-heçə başa çatıb, beşində ev sahibləri, dördündə isə qonaqların qələbəsi qeydə alınıb. Çempionatın lideri "Yuventus” "Breşiya”ya qalib gəlməklə doğma meydanında sözügedən rəqibə qarşı keçirdiyi oyunlarda məğlubiyyətsizlik seriyasını 23 oyuna çatdırdı: 18 qələbə, 5 bərabərlik. "Fiorentina” son 11 mövsümdə ilk dəfə çempionatın hər iki oyununda "Sampdoriya”nı məğlub etməyi bacardı. "Bolonya” ardıcıl 11 görüşdən sonra ilk dəfə doğma meydanında qola həsrət qaldı. "Cenoa” 2013-cü ilin yanvarından bəri ilk dəfə "Bolonya”nın qapısından birdən artıq qol keçirdi. "Cenoalılar" 2018-ci ilin sentyabr ayından sonra ilk dəfə ardıcıl 2 oyundu qələbə qazandılar. Həmçinin bu, "Cenoa”nın cari mövsümdə ilk səfər qələbəsi idi. "Leççe” son 16 il ərzində ilk dəfədi ki, A Seriyasında ardıcıl 3 oyunda qələbə qazanır. "Sassuolo” cari mövsümdə ilk d