Bu həftə İtaliya A Seriyasında 21-ci turun oyunları baş tutub. Matçların dördündə bərabərlik qeydə alınıb. Ev sahibləri və qonaqlar isə hərəyə 3 görüşdə qələbəyə seviniblər. Qeyri-məhsuldar keçən turun iki oyununda qapılara qol vurulmayıb. Ümumilikdə isə qapı torları 24 dəfə (orta hesabla hər oyuna 2,4 qol) sirkələnib. Məhsuldarlığın aşağı olmasına baxmayaraq, bu həftə cari mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb. "Atalanta” səfərdə "Torino"nu 7 dəfə mərkəzdən oyuna başlamağa vadar edib. Bu, "berqamolular”ın A Seriyası tarixində 7 top fərqi ilə ilk qələbəsi idi, "Torino” isə ilk dəfə öz evində bu fərqlə məğlub olurdu. Bu həftə "ilk dördlük"də qərarlaşan komandaların heç biri qələbə qazana bilmədi. Bu, 2017/18 mövsümünün 16-cı həftəsindən sonra ilk belə haldır. Turun mərkəzi oyunu heç şübhəsiz ki, "paytaxt derbisi” idi. Sülhlə ayrılan tərəflər cari mövsümdə ikinci dəfə buna nail oldular. Həmçinin 2002/03 mövsümündən sonra ilk dəfə bir mövsüm ərzində oynanılan hər iki "payta