Найти в Дзене
Fuad Sherifov

Serenata di Calcio 20

İtaliya A Seriyasında ikinci dövrənin ilk turunun oyunları baş tutub. Keçirilən oyunların dördündə ev sahibləri, üçündə qonaqlar qələbəyə sevinib. Üç qarşılaşmada isə bərabərlik qeydə alınıb. Ümumilikdə qapılara 34 qol vurulub. 20-ci tur vurulan qolların cəminə görə mövsümün ən məhsuldar həftəsidir. Bütün oyunlarda qapılara minimum 2 qol vurulub ki, buda orta hesabla hər oyuna 3,4 qol deməkdir.

Çempionatın liderləri qrupunda qərarlaşan "İnter” ardıcıl ikinci dəfə xal itkisi ilə üzləşdi. Əvəzində "Yuventus” növbəti qələbəsini qazanaraq yerini möhkəmləndirdi. Üstəlik, "Latsio” ardıcıl 11 oyunda qalib gəlməklə klub rekordunu yenilədi. Bu nəticə onlara çempionatın qızıl medalları üçün mübarizəyə qoşulmaq şansı yaradıb. "Latsio” həm də A Seriyası tarixində "İnter”, "Yuventus”, "Roma” və "Napoli” ilə yanaşı, minimum 10 ardıcıl oyunda qələbə qazanan beşinci komanda oldu. Həmçinin "romalılar" 2005-ci ildən bəri doğma meydanlarında "Sampdoriya”ya məğlub olmurlar: 11 qələbə, 3 bərabərlik.

"Napoli” növbəti dəfə məğlub oldu. "Neapollular" 2012-ci ildən bəri ilk dəfədi ki, ardıcıl 3 oyunda uduzurlar. Həmçinin bu, onların 2009-cu ildən sonra ilk dəfədi ki, onlar ardıcıl 6 ev matçında qələbəyə həsrətdilər. "Sassuolo” son 4 il ərzində ilk dəfə "Torino”ya qalib gəldi. "Leççe” ardıcıl 13 oyundur ki, öz evində qələbə qazana bilmir: 5 bərabərlik, 8 məğlubiyyət. Çempionatın lideri "Yuventus” çempionatda ardıcıl 31-ci dəfə doğma meydanında uduzmadı: 26 qələbə, 5 bərabərlik. "Qoca Sinyora" Avropanın "top-5” çempionatlarında son 3 ardıcıl mövsümdə 20 həftəyə minumum 50 xal toplamağı bacaran yeganə klubdur. SPAL isə cari mövsümdə üçüncü dəfə geridönüş edərək qələbə qazandı.

-2

-3

İtaliya A Seriyasının 20-ci həftəsində qeydə alınan nəticələr:

"Latsio” – "Sampdoriya” 5-1

"Sassuolo” – "Torino” 2-1

"Napoli” – "Fiorentina” 0-2

"Milan” – "Udineze” 3-2

"Breşiya” – "Kalyari” 2-2

"Bolonya” – "Verona” 1-1

"Leççe” – "İnter” 1-1

"Cenoa” – "Roma” 1-3

"Yuventus” – "Parma” 2-1

"Atalanta” – SPAL  1-2

Bu tur baş tutan oyunlarda hakimlər 49 dəfə əllərini ciblərinə salmalı oldular. Onların göstərdiyi vərəqələin 46-sının rəngi sarı, 3-nün rəngi isə qırmızı olub. Ən çox vərəqə göstərilən (1 qırmızı, 8 sarı) oyun "Breşiya” və "Kalyari” arasındakı qarşılaşma oldu. Ən az vərəqə isə Marko di Belonun "Aliants arena”da idarə etdiyi matçda göstərildi. Bu oyunda hakim yalnız bir dəfə vərəqə üçün əlini cibinə atmalı oldu.

Çempionatın bu həftə baş tutan oyunlarını ümumilikdə 252 min 999 nəfər azarkeş izləyib. Bu, orta hesabla təxminən hər oyuna 25 min 300 nəfər deməkdir. Ən çox azarkeş hər tur olduğu kimi, yenidən "San Siro”da müşahidə olundu: 56 min 107 nəfər. Ən az azarkeş "Mapey Arena”da (44%), stadionun həcminə görə isə ən çox azarkeş "Aliants Arena”da (91%) qeydə alındı. 

Keçirilən oyunlarda qeydə alınan azarkeş statistikaları:

"Latsio” – "Sampdoriya” – 30 000 (41%)

"Sassuolo” – "Torino” – 10 500 (44%)

"Napoli” – "Fiorentina” – 22 219 (37%)

"Milan” – "Udineze” – 56 107 (70%)

"Breşiya” – "Kalyari”  - 12 133 (62%)

"Bolonya” – "Verona” – 20 697 (54%)

"Leççe” – "İnter” – 25 966 (77%)

"Cenoa” – "Roma” – 20 951 (57%)

"Yuventus” – "Parma” – 37 790 (91%)

"Atalanta” – SPAL  - 16 636 (78%)

-4

Zlatan İbrahimoviç bu həftə "Milan” ilə növbəti qələbəsini qazanmaqla A Seriyası tarixində 150 qələbəyə ən az oyunda (222) çatan ilk futbolçu oldu. İsveçli futbolçu rekordu "İnter"in sabiq oyunçusu Kambiassonun əlindən aldı. Bu həftə də dubl ilə yadda qalan Kriştianu Ronaldu 2005-ci ildən sonra ardıcıl 7 çempionat oyununda qol vuran ilk "Yuventus” futbolçusu oldu. Sonuncu dəfə buna David Trezege nail olmuşdu. Həmçinin, o, 1960-cı ildən sonra ilk 20 turda 16 qola imza atan ilk futbolçudur. Portuqaliyalı futbolçuya qədər bunu Omar Sivori etmişdi.

Çempionatın dördüncü ən sərrast futbolçusu Joao Pedro cari mövsümdə vurduğu qolların sayını 13-ə çatdırdı. O, əvvəlki 2 mövsümdə ümumilikdə 12 qola imza atmışdı (2017/18 – 5 qol, 2018/19 – 7 qol). Meydana sonradan daxil olan və etdiyi dublla "Milan”a qələbə qazandıran Ante Rebiç 2015-ci ilin noyabr ayından sonra (1540 günlük fasilədən sonra) ilk dəfə A Seriyasında qol vurdu. O, sonuncu dəfə "Fiorentina”da çıxış edərkən fərqlənmişdi. Duşan Vlahoviç Avropanın "top-5” çempionatlarında minimum 3 qola imza atan ən gənc hücumçudur. Yeri gəlmişkən, onun bu göstəricisini Dortmund "Borussiya"sında bu həftə debüt oyununda het-trik edən Arlinq Holand təkrarladı.

-5

Cari mövsümdə 23-cü dəfə fərqlənən Çiro İmmobile çempionatın vahid bombardiridir. O, bu həftə iki penaltini qola çevirməklə 11 metrlik zərbələrdən sonra vurduğu qolların sayını 9-a çatdırdı. Sonuncu dəfə bir mövsümə ən çox penaltidən qola imza atan 2011/12 mövsümündə Zalatan İbrahimoviç olmuşdu. O həmin il 10 penalti zərbəsini dəqiq yerinə yetirmişdi. Andrea Petanya "Atalanta”ya qarşı son 4 oyunda 5 qola imza atıb. Təyinatından sonra "Napoli”də ciddi çətinliklərlə üzləşən Cenaro Qatuzo isə 2000-ci ildə Zdenik Zemandan sonra, ilk 5 oyunun 4-də qələbə qazana bilməyən birinci baş məşqçidir.

Ardı var...