İtaliya A Seriyasında mövsümün ilk dövrəsi arxada qaldı. 19 turdan sonra son çempion "Yuventus" cari mövsümün "ekvator"unda da liderliyini qoruyub saxlamağı bacardı. Bu tur baş tutan oyunlarda ümumilikdə 24 qol (orta hesabla hər oyuna 2,4 qol) vuruldu. Bu, cari mövsümün ən aşağı məhsuldarlıqla seçilən həftələrindən biri idi. Bir oyunda bərabərlik qeydə alındı, yeddi oyunda ev sahibləri, iki oyunda isə qonaqlar qələbəyə sevindilər. Ən məhsuldar oyun "Luici Ferraris"də qeydə alındı. Ev sahibi "Sampdoriya"nın 5 dəfə fərqləndiyi matçda ümumilikdə 6 qol (5:1) vuruldu. "Latsio"nun 120 illik yubileyini qeydə etməsi səbəbindən Roma təmsilçilərinin hər ikisi oyunlarını doğma arenaları - "Olimpiko"da keçirməli oldular. Bu, çempionatlar tarixində ikinci, 1988/89 mövsümündən sonra isə ilk belə hal idi. "Qartallar" həmçinin tarixlərində ilk dəfə ardıcıl 10 oyunda qələbə qazandılar. A Seriyasının 19-cu turunda qeydə alınan nəticələr: "Kalyari" - "Milan" 0-2 "Latsio" - "Napoli" 1-0 "İnter" - "Atalant