Ola bilsin ki, Braziliyadakı finaldan sonra dayanmalı idi. Amma “Milan”ın çağırışına da cavab verməyə bilməzdim. Mən komandaya ikinci gün, “Pyaçenze” məğlubiyyətindən sonra qayıtdım. Problemin nədə olduğunu anlamaq üçün futbolçuların hər biri ilə ayrıca söhbət etdim. Anladım ki, bu “Milan”da ruh yoxdur. Əla futbolçular var idi, amma motivasiyaları yox idi. Kimdəsə problem yeni müqavilə ilə bağlı idi. Bəziləri isə istədiklərini edirdi. Brayda ilə gecəyarısı restorandan çıxanda Saviçeviç və yanında daha bir futbolçu ilə orada rastlaşdıq – onlar şam etməyə hazırlaşırdılar. Hamı üçün komandada qaydalar eyni olmalıdır, amma həmin “Milan”da soyunub-geyinmə otağını idarə etmək çox çətin idi. Yorulmağıma baxmayaraq hələ də futbolu sevirdim: necə ki, siqarət çəkən yerdə onun çəkilmiş parçasını görüb, dayana bilməyən kimi. Öz növbəsində özümü həm də sıxılmış limon kimi hiss edirdim. Yaranmış çətin vəziyyətin öhdəsindən gəlməyim üçün enerjim və ehtirasım çatmırdı. Qallianiyə dedim: “Problem