Milad bayramı və Yeni il ilə əlaqədar olaraq yaranacaq iki həftəlik fasilə öncəsi A Seriyasında 17-ci turun oyunları baş tutub. Səudiyyə Ərəbistanında keçirilən İtaliya Superkuboku səbəbindən "Latsio”nun oyunu təxirə salındığı üçün bu həftə çempionatda 9 görüş oynanılıb. Turun oyunlarında ümumilikdə 33 qol (orta hesabla hər oyuna 3,7 qol) vuruldu. Bu, vurulan qolların sayına görə mövsümün ilk həftəsində qeydə alınan rekordun yenidən təkrarlanması deməkdir. Bu həftə 9 oyun keçirildiyini nəzərə alsaq, çempionatın 17-ci turunu indilik mövsümün ən məhsuldar turu hesab edə bilərik. Həmçinin baş tutan bütün oyunlarda qapılara minimum 2 qol vuruldu. "Udineze” və "Kalyari” arasındakı qarşılaşmada isə qapılara endirilən hər 3 zərbə qol ilə nəticələndi. A Seriyasının 17-ci həftəsində qeydə alınan nəticələr: "Sampdoriya” – "Yuventus” 1-2 "Fiorentina” – "Roma” 1-4 "Udineze” – "Kalyari” 2-1 "İnter” – "Cenoa” 4-0 "Torino” – SPAL 1-2 "Atalanta” – "Milan” 5-0 "Leççe” – "Bolonya” 2-3 "Parma” – "Breşiya