Ekvatora yaxınlaşmaqda olan İtaliya A Seriyasında bu həftə sonu 16-cı turun oyunları baş tutdu. Keçirilən 10 oyunun üçündə bərabərlik qeydə alındığı halda, dördündə ev sahibi, üçündə isə qonaqlar qələbəyə sevindilər. Ümumilikdə bütün oyunlarda qapılara 29 qol (hər oyuna 2,9 qol) vuruldu. Çempionatın lideri "İnter” cari mövsümdə ilk dəfə səfərdə qələbə qazana bilmədi. Nəticədə liderin büdrəməsindən yararlanan hazırkı çempion "Yuventus” qələbə qazanmaqla turnir cədvəlinin şərikli liderinə çevrildi. "Fiorentina” "neradzurrilər"ə uduzmamaqla son 6 oyunun heç birində "İnter”ə məğlub olmamaq statistikasını davam etdirdi: 3 qələbə, 3 bərabərlik. "Udineze” çempionatlar tarixində "Yuventus”a ən çox uduzan komandadı - 62 dəfə. "Latsio” 2015-ci ilin yazından sonra ilk dəfədi ki, ardıcıl 8 oyunda qələbə qazanır. "Qartallar” həmçinin ilk 16 matçdan sonra 36 xal toplamağı bacarıb və bu 1973/74 mövsümündən sonra rekorddur. Bu, həm də "Kalyari”nin ardıcıl 13 oyunluq məğlubiyyətsizlik seriyasının qırıl