Найти в Дзене
Fuad Sherifov

Ariqqo Sakkinin “Sportsmail”ə geniş müsahibəsi

- “Mançester siti”nin bu ilki forması barədə nə düşünürsünüz? Sizi belə qarışıq nəticələr təccübləndirir?

Mən Qvardiolanı sonuncu çətin səfər qələbəsinə görə tərifləmək üçün ona yazmışdım. Düşünürəm ki, O futbolu dəyişən məşqçilərdən biridir. Onun işini izləmək çox xoşdur, onun komandaları yaxşı oynayırlar. Həmişə çətin anlar olur. Mənim “Milan”ımında Çempionlar kubokunda “Styau”nu məğlub etməzdən öncə çətinlikləri var idi. Bu Pep və onun inanılmaz komandası üçün faciə deyil.

- “Qızıl top”un səsverməsinin nəticələri barədə nə düşünürsünüz?

Düşünürəm ki, podiumda doğru seçilənlər idi – həmin üç çempiona baxın. Çoxu istəyirdi ki, Vircil Van Dayk mükafata sahib olsun, O inanılmaz mövsüm keçirdi. Franko Barezidə “Qızıl top”a layiq idi, amma ala bilməmişdir. O hücumçuların mükafatlandırıldığı illərin müdafiəçisi idi.

- Muarizio Sarri yayda “Çelsi”dən “Yuventus”a yollandı. Onun Turindəki gördüyü iş barədə nə düşünürsünüz?

Hesab edirəm ki, O dünya futbolunun ən dahi strateqlərindən biridir. O komandanı çox yaxşı bir məşqçi Massimilano Allqeridən qəbul edib. Onları müqayisə etməli olsaq deyərdim ki, çox fərqlidirlər: şimal və cənub, şərq və qərb kimi. Sarri özü bu futbolçuları seçməyib. Faktiki olaraq bütün qərarlar Alleqri komandada olduğu dönəmdə qəbul edilib. Sarri idman direktoruna etibar etməyə üstünlük verir.

- Aron Ramzi barədə nə deyə bilərsiniz?

Onun haqqında elə də çox şey bilmirəm . Onu deyə bilərəm ki, O hələ hiss olunmur. Ümid edirəm ki, O özü və Sarri üçün hələ artıracaq. Elə təsir bağışlayır ki, sanki “Yuvetus”un baş məşqçisi özü seçmədiyi musiqi ilə orkestrə dirijorluq etməyə çalışır. Maurizio əlində olan bütün futbolçularla çətin işin öhdəsindən gəlməyə çalışır. Bu asan deyil, amma Sarri ən yaxşılardan biridir.

- Siz baş məşqçi olanda rəhbərliyin təklif etdiyi futbolçulardan imtina etmisiniz?

Əlbəttə. Mənə uyğun gələn futbolçular lazım idi. “Milan”da əla prezident olan Silvio Berluskoninin təklif etdiyi çox futbolçuya “yox” demişəm. Bir dəfə O Klaudio Borqini almaq istəyirdi. Mən cavabında: “Yox dedim. O çox ləngdir və müdafiədə oynaya bilməyəcək”. Berluskoni təkid edirdi, mən isə ondan soruşdum: “Prezident, siz işinizin metoduna uyğun olmayan birini seçərdiniz?” O cavabında: “Yox” demişdi. Mən isə gülərək cavabımda: “Onda mən niyə bunu etməliyəm ki?” - demişdim. Berlsukoni və Qalliani dahi bosslar idi.

- “Liverpul”un dörd futbolçusu “Qızıl top”a namizəd 10 futbolçu arasında daxil ola bildi. İngilis futbolu üçün əla nəticə hesab edilə bilər?

Sözsüz. Mənim “Milan”ımda dördü “TOP-10”da var idi – bu rekord idi. Növbəti ildə tarix yenidən təkrarlanmışdır. “Liverpul” futbolu gözəlləşdirir, onların dahi məşqçiləri var. Mənimlə də futbolçular inkişaf edirdi, biz heç vaxt artıq nəsə qazanmış futbolçuları almırdıq. Mənim, komanda və onlar arasında düzgün bağ mövcud idi. Mənim əla prezident ilə yaxşı komandaya sahib olmaqda bəxtim gətirmişdi.

- Siz beynəlxalq təcrübəsi olmayan “Milan” ilə Avropada necə hegomona çevrilməyi bacardınız?

1988-ci ildə “Skudetto”nu qazanandan sonra yay hazırlıqlarını Avropanın ən yaxşı klubları ilə başlamağa qərar verdik. Biz bütün oyunları udduq. Hətta iki oyunumuz “Makita” turniri çərçivəsində “Umebli”də baş tutdu. Biz “Mançetser yunayted”, “Bavariya”, “Monako”, “PSV”, “Real Madrid”ə qalib gəldik. İşimizin sayəsində böyük “Milan”ı yarada bildik.

- Mohəmməd Salah barədə nə düşünürsünüz?

O İtaliyada çox yaxşı futbolçu idi, amma çempion deyildi. Kloop və sistemin sayəsində O kifayət qədər böyüyüb, əsl çempion olmağı bacarıb. Futbol – təkamüldür. O İtaliyadakı dönəmi ilə müqayisədə kifayət qədər artırıb. “Liverpul”u təbrik edirəm.