Найти в Дзене
Fuad Sherifov

Adriano Qallianinin “Corriere dello Sport”a geniş müsahibəsi

Bir dəfə Adriano Qalliani Berluskoniyə olan etibarını belə izah etmişdir: “Mən varlı, məşhur və yaraşıqlı deyildim. Berluskoni məni varlı, tanınmış və yaraşıqlı etdi”. Qallianinin həyatında bir çox qadın, qələbə və məğlubiyyətlər olub. Amma özünün Silvioya olan münasibətini etibarlılıq deyil, heyranlıq olaraq qeyd etməyi münasib bilir.

“Beş yaşım olardı, anam ilk dəfə məni futbola aparanda. Klubun prezidenti onun qohumlarından biri idi. İlk baxışdan ona vuruldum. 85-ci ildə isə Berluskoni məni öz yanına çağırdı”.

- İndi siz C Seriyasında Milan modelini təkrarlayırsız. “Monza” elə bir transfer siyasətini yürüdür ki, bu başqa rəqiblərə heç bir şans qoymur.

Siz böyük səhvə yol verirsiz, özü də nəinki siz. Bu bizim klubda ilk ilimizdir, amma Berluskoni onu alana kimi çox işlər görülmüşdür. Biz 3 milyon komandanın alınmasına, 5 milyon isə infrastruktura, idman mərkəzinə və stadiona xərcləmişik. Məvacib isə başqa məsələdir.

- Siz Berluskonini “Monza”nı almağa inandıra bildiniz və O indi onun ən əsas azarkeşidir.

Silvio 40 ildir ki, Monzdan iki kilometr məsafədə yerləşən Arkoredə yaşayır. Onun evindən stadionun işıqları belə görünür. Mənim onu inandırmağıma ehtiyac olmadı. Bir dəqiqə 15 saniyədən sonra Berluskoni dedi: “Alırıq”. Mən şadam ki, O səfər oyunlarına da gedir. Silvio həqiqətən azarkeş oldu. Biz ikimizdə eyni dəyərlərə inanır və kluba bağlılığı hiss edirik. Həyatda və futbolda uğura nail olmaq üçün bu çox vacibdir.

- Buna inanmaq çox çətindir. Berluskoni və Qalliani üçüncü divizyonda.

Mənim üçün “Monza” ilk növbədə emossiyadır. Odisey İtakaya yenidən dönüb.

- Ançelotti zarafat edib. Onun indi başqa qayğıları var

Bir il yarımdan sonra biz A Seriyasına qayıdanda mən onu çağıracam.

- Uğura nə qədər inanırsız?

Biz başlamışıq və daha qısa müddətdə məqsədə nail olmaq istəyirik. Məqsəd üçün həmişə hədəflər qoymaq lazımdır: bəzən onları yerinə yetirirsən, bəzən də yox. Berluskoni çox pozitivə köklənib. O Serie Aya qayıtmağa hazırlaşır. Silvio nəyə nail olmaq istəyirsə, ona da nail olur.

- Milanlı kimi Sizin ən yadda qalan gününüz hansı olub?

Heç bir şübhəsiz Barselonadakı final, bizim ilk Çempionlar kuboku. Tam dolmuş “Kamp Nou” və yarıya kimi qırmızı-qara. Final fitindən sonra Berluskoninin gözləri. Onu heç vaxt belə xoşbəxt görməmişəm. Birdə Rambledəki gecə. Bizi dostum Çezare Kadeo ilə, təssüf ki, indi həyatda yoxdur azarkeşlər çiyinlərinə alıb küçənin sonuna kimi apardılar. Oteldən stadiona kimi avtobusla gedərkən biletsiz qalan azarkeşlər getməyə qoymurdular. Sakki komandaya müraciət edib - “uşaqlar, bu gün qalib gəlməsək, özünüz onların cavabını verəcəksiniz” – dedi. Ən kədərli gün isə - İstanbuldakı final idi.

- Belə çətinlikdən sonra özünə gəlmək.

Bu məlubiyyət öldürədə bilərdi. Yalnız Ançelotti kimi insan bu cür dəhşətdən sonra hər şeyi qaydasına qoymağı bacarardı. O vəziyyəti düzəldib, sakitləşməyi bacarır. Biz “Liverpul”dan bir neçə dəfə güclü idik. Amma 119-cu dəqiqədə Dudek Şevanın iki zərbəsini dəf edəndə mən anladım ki, biz məğlub olacağıq. İki ildən sonra isə Pirlo qapıya ilk zərbəni vuranda top İnzaginin arxasına dəyib, qapıya daxil oldu. Dostum Florentino Peres həmişə deyir “bu futboldur”.

-2

- Ançelottinin “Napoli”də problemləri var.

Mən artıq qeyd etdim, çətinliklərdən qalib olaraq çıxmağı bacaran məşqçi varsa, O da Ançelottidir. Ona inamaq lazımdır.

- Sizin ən sevimli məşqçiniz?

Mən Alleqriyə çox bağlıyam. Mən onu “Kalyaridə görəndə səhv də etmədim və həmin an anladım ki, O “Milan”ın məşqçisidir. Biz tez-tez danışırıq, həftədə üç-dörd dəfə.

- Siz onu komandadan qovmaq istəyəndə Berlsukoninin tənqidlərindən qoruyurdunuz

Gəlin, başqa şeylərdən danışaq. Onları xatırlamıram (gülür).

- İbrahimoviç haqqında? Onun mümkün qayıdışı.

Yox, yox. İndi “Milan” başqalarının əziyyətidir.

- Hamı “Milan”ı çalışdıra bilməz. Düzdür?

Milan hamı üçün deyil və San Siroda oynamaqda asan deyil. Təcrübə lazımdır. Ciddi komandaların futbolçularının ilk səhvləri belə tribunaların etirazına səbəb olur. “San Siroda bir metr ona bərabərdir” – Aryedo Brayda deyirdi.

- Demək Alleqri? Mən Sakki düşünürdüm.

Arriqo – bu sevgidir.

- Bəs Ançelotti?

O da sevgidir. Bir məşqçini seçmək olmaz? Ançelotti ilə oynayarkən 5, çalışdırarkən isə 8 il bir yerdə olduq. Dörd Çempionalar kuboku. Düşünürəm ki, Karlo ilə 5 dəfə ardıcıl bunu qazanada bilərdik. “Barselona” ilə oyunu indiyə kimi yaddan çıxara bilmirəm – Eto Kafunu saxlamaq üçün müdafiədə oynayırdı. Ən parlaq mövsüm isə “İnter”ə yarım finalda qalib gəlib, “Yuventus”u məğlub etdiyimiz idi. “Milan” azarkeşi daha nəyi arzulaya bilərdi ki?

- Kapello?

Kapello – ziddiyyətlidir, amma dahidir.

- İndiyə kimi Berluskoniyə Siz olaraq müraciət edirsiniz?

O mənə də həmçinin. Çezare Romiti və Cianni Anyelidə belə müraciət edirdilər. Romiti deyirdi: “Siz” yaxınlıq üçün mane olmur, amma müstəqilliyi təmin edir”.

- “Milan”a olan sevgini iki sözlə ifadə edin.

Tarixçə danışacam. Mançester 2003-cü il. Şeva həlledici penaltini vurur və biz qalib gəldik. Biz bunu “Kastello Sforçeskoda” qeyd edirdik, mən masaların arası ilə gedirdim və birdən indi yadımda deyil, məşhur psixiatrı gördüm. “Professor, bir neçə gündür Şeva yuxuma girir və penaltini qaçırdır. Ağır durumdur?”

- Bəs O?

“Sağalmazdır!”.