İtaliya A Seriyasında 11-ci həftənin oyunlarında ümumilikdə 26 qol (orta hesabla hər oyuna 2,6 qol) vuruldu. Oyunların ikisində ev sahibləri, altısında isə qonaqlar qələbə qazandığı halda, iki matçda bərabərlik qeydə alındı. Ötən həftə "Roma"ya böyükhesablı məğlubiyyətdən sonra İqor Tudoru istefaya göndərən "Udineze" bu həftə "Cenoa" ilə qarşılaşmaya baş məşqçinin köməkçisi Luka Qottinin başçılığı altında çıxdı və 3-1 hesablı qələbə qazandı. "Samdoriya"nın yeni baş məşqçisi Klaudio Ranyeri dördüncü oyununda 3 xal qazanmağa bacardı.
Enişdə olan "Milan" ilə oyunda "Latsio" 1989-cu ildən sonra ilk dəfə A Seriyasında ev sahibi komanda üzərində "San Siro"da qələbə qazana bildi. Öz oyunu ilə bu il hamının təəccübünə səbəb olan "Kalyari" 1967/70 mövsümündən sonra çempionatın ilk 11 oyunundan sonra ilk dəfə 21 xal toplamağı bacardı. Milan şəhərinin digər təmsilçisi "İnter" isə cari mövsümdə Avropanın "top-5" çempionatlarında bütün səfər qarşılaşmalarında (6/6) qələbə qazanan yeganə komandadır.
A Seriyasının 11-ci həftəsində qeydə alınan nəticələr:
"Roma" - "Napoli" 2-1
"Bolonya" - "İnter" 1-2
"Torino" - "Yuventus" 0-1
"Atalanta" - "Kalyari" 0-2
"Cenoa" - "Udineze" 1-3
"Verona" - "Breşiya" 2-1
"Leççe" - "Sassuolo" 2-2
"Fiorentina" - "Parma" 1-1
"Milan" - "Latsio" 1-2
SPAL - "Sampdoriya" 0-1
Bu tur oyunları ümumilikdə 252 min 19 nəfər azarkeş izləyib. Ən çox azarkeş, həmişəki kimi, "San Siro"ya toplaşmışdı. Stadionun həcminə görə əsl anşlaq "Turin derbisi"ndə müşahidə edildi. Stadionun 95% yerləri azarkeşlər tərəfindən tutulmuşdu. Ən az azarkeş isə "Paolo Matsa"da SPAL - "Sampdoriya" oyununda qeydə alındı.
Oyunlarda qeydə alınan azarkeş statistikaları:
"Roma" - "Napoli" - 34 502 (47%)
"Bolonya" - "İnter" - 28 498 (74%)
"Torino" - "Yuventus" - 26 664 (95%)
"Atalanta" - "Kalyari" - 18 617 (87%)
"Cenoa" - "Udineze" -20 030 (54%)
"Verona" - "Breşiya" - 16 525 (42%)
"Leççe" - "Sassuolo" - 22 087 (65%)
"Fiorentina" - "Parma" - 32 479 (75%)
"Milan" - "Latsio" - 41 000 (51%)
SPAL - "Sampdoriya" - 11 617 (72%)
Baş tutan oyunlarda kobudluqlara görə hakimlər 57 dəfə (orta hesabla 5,7) əllərini ciblərinə salmalı oldular. Vərəqələrdən 54-nün (orta hesabla 5,4) rəngi sarı, 3-ü isə (orta hesabla 0,3) qırmızı idi. Penaltilərin bolluğu ilə seçilən həftədə "Napoli" qapıçısı Meretin qapısına iki dəfə 11 metrlik zərbə təyin olundu. Onlardan ilkini qaytaran qapıçı Avropanın "top-5" çempionatlarında bunu minimum bir dəfə edən beş gənc qapıçıdan biri oldu.
Bu həftə hər oyun qollarını sıralamaqda davam edən "Latsio"nun hücumçusu İmmobile üçün xüsusilə yadda qaldı. O, "Milan"ın qapısına vurduğu qolla bütün turnirlər nəzərə alınmaqla "Latsio" forması ilə 100-cü qoluna (147 oyunda) imza atdı. Hücumçu həmçinin ilk 11 həftədə 13 qol vurub. Bu da onun ötənilki göstəricisindən 1 qol azdır. Lakin sonuncu dəfə ondan sonra bu göstəriciyə 1960-cı ildə 14 qolla "Roma"nın hücumçusu Manfredini nail olmuşdu.
"Latsio" ilə oyunda xüsusilə seçilən "Milan"ın müdafiəçisi Teo Ernandes isə A Seriyasında ən çox driblinq edən futbolçudur - 14 dəfə. Bu həftə vurduğu qolla "Yuventus"a qələbə qazandıran De Lixt "Turin derbisində" buna nail olan ən gənc beş futbolçudan biri oldu - 20 yaş 82 gün. Qollarını sıralamaqda davam edən daha bir hücumçu - Lukaku "İnter"in A Seriyasında 11 oyunda 9 qol vuran ilk futbolçusu oldu. "Breşiya" ilə oyunda ilk qola imza atan Eddi Salsedo isə 18 yaş 33 günlüyündə, Moyze Kindən sonra (2017-ci ilin oktyabrı) "Verona"nın çempionatda qol vuran ən gənc futbolçusu kimi yadda qaldı.
Ardı var...