Avro-2020-nin təsnifat mərhələsi səbəbindən yaranan fasilədən sonra İtaliya A Seriyasında 8-ci turun oyunları keçirildi. Həftənin 10 oyununda ümumilikdə 31 qol vuruldu. Bu, hər oyuna orta hesabla 3,1 qol deməkdir. Mövsümün ən çox bərabərlik qeydə alınan turunda 4 oyun sülhlə nəticələndi, 5 matçda ev sahibləri, bir görüşdə isə qonaq komanda qələbəni bayram etdi. İki oyunda ümumiyyətlə qapılara yol tapmaq mümkün olmadı. "Udineze" 4 qol vurmaqla 10 xal toplamağı bacarıb ki, bu da Avropanın "top-5" liqalarında ən yüksək göstəricidir. Hər qol komandaya 2,5 xal qazandırıb. 8-ci turda qeydə alınan nəticələr: "Latsio" - "Atalanta" - 3:3 "Napoli" - "Verona" - 2:0 "Yuventus" - "Bolonya" - 2:1 "Sassuolo" - "İnter" - 3:4 "Kalyari" - SPAL - 2:0 "Sampdoriya" - "Roma" - 0:0 "Udineze" - "Torino" - 1:0 "Parma" - "Cenoa" - 2:2 "Milan" - "Leççe" - 2:2 "Breşiya" - "Fiorentina" - 0:0 Çempionatın iki komandası - "Milan" və "Sampdoriya" bu həftə yeni baş məşqçilərinin rəhbərliyi altında ilk oyunlarına çıxmı